Qrup: 611. 23 Fənn: Kimya



Yüklə 65,66 Kb.
səhifə2/2
tarix25.12.2023
ölçüsü65,66 Kb.
#196955
1   2
Kİmya word

oksidləşmə dərəcəsi adlanır. Aşağıdakı cədvəldə bir neçə misal verilmişdir.


Oksidləşmə dərəcəsinin qiyməti, məlum element atomundan başqa element atomuna keçmiş və ya ona tərəf yerini dəyişmiş elektronların sayı ilə müəyyən olunur. Birləşmələrdə hər bir elementin oksidləşmə dərəcəsini təyin etmək üçün aşağıdakı məlumatlardan istifadə olunur.




Digər elementlərin oksidləşmə dərəcəsi dəyişkən olur. Cl, Br, J metallarla birləşmələrində (MeCln) və əksər üzvi birləşmələrdə -1 oksidləşmə dərəcəsi göstərir. Oksigenli birləşmələrində isə +1 –dən +7 –dək oksidləşmə dərəcəsi göstərir.



Dəyişkən valentli metallarda birləşmələrində yalnız müsbət olmaqla müxtəlif oksidləşmə dərəcəsi göstərirlər. Bəsit maddələrdə elementlərin oksidləşmə dərəcəsi həmişə sıfıra bərabər olur. Yuxarıda deyilənlərdən belə nəticə çıxır ki, oksidləşmə dərəcəsi molekulda atomun payına düşən şərti yükdür.


Oksidləşmə dərəcəsinin hesablanması qaydaları.
1) Mürəkkəb maddələrdə elementlərin oksidləşmə dərəcələrinin qiymətlərinin cəmi həmişə sıfıra bərabərdir. Bu qaydaya əsasən birləşmədə başqa kimyəvi elementlərin oksidləşmə dərəcəsi məlum olduqda, oksidləşmə dərəcəsi məlum olmayan hər hansı bir kimyəvi elementin oksidləşmə dərəcəsini asanlıqla hesablamaq olar. Oksidləşmə dərəcəsi məlum olmayan elementin oksidləşmə dərəcəsini həmişə “x” qəbul edin.


2) Mürəkkəb ionlarda elementlərin oksidləşmə dərəcələrinin cəbri cəmi ionun yükünə bərabərdir. Mürəkkəb ionların yükləri ədədi qiymətcə birləşmədə göstərdiyi valentliyə bərabərdir.




Mürəkkəb ionda oksidləşmə dərəcəsi məlum olmayan elementin oksidləşmə dərəcəsini “x” qəbul edin. İonun formulunu mötərizədə yazıb, yükünü mötərizədən kənarda (sağ tərəfdə yuxarıda) yazmaq lazımdır. Məsələn:




4) Elementlərin oksidləşmə dərəcəsini birləşmələrin qrafik və ya quruluş formuluna görə də təyin etmək olar. Bunun üçün birləşməni əmələ gətirən elementlərin elektromənfiliklərini fərqləndirmək lazımdır. Yenə də elementlərin oksidləşmə dərəcələrinin cəmini sıfıra bərabər etməklə naməlum elementin oksidləşmə dərəcəsini hesablamaq olar. 3-cü misala əsaslanaraq aşağıdakı birləşmələrdə x-i hesablayın.




Metallar heç zaman mənfi oksidləşmə dərəcəsi göstərmir. Onların hamısının ən kiçik oksidləşmə dərəcəsi sıfırdır. Ona görə də metallar neytral halda elektron almır. Həmişə elektron verirlər.


Bir çox hallarda elementin birləşmədə göstərdiyi oksidləşmə dərəcəsi ədədi qiymətcə valentliyinə uyğun gəlir (F, O, Fe, Au-dan başqa). Lakin həmişə heç də belə olmur. Məsələn, karbon yalnız dəm qazında (CO) üçvalentli, qalan bütün birləşmələrində 4 valentli olur. Oksigen yalnız hidroksonium ionunda (H3O+) və dəm qazında üç valentli, qalan bütün birləşmələrində iki valentli olur. Al4C3, CO2, CCl4, CF4, CS2 kimi birləşmələrdə karbonun oksidləşmə dərəcəsi ilə valentliyi ədədi qiymətcə üst-üstə düşür
6) Oksidləşmə dərəcəsi müsbət, mənfi, sıfır qiymətlər alır. Oksidləşmə dərəcəsini verilən və alınan elektronların ümumi balansı ilə təyin etdikdə onun orta qiyməti bəzən kəsr, sıfır da olur.
Ona görə də hər hansı element ən kiçik oksidləşmə dərəcəli halında yalnız elektron verə bilər, yəni oksidləşir, reduksiyaedici olur. Hər hansı element ən yüksək oksidləşmə dərəcəli halında yalnız elektron ala bilər, yəni reduksiya olunur, oksidləşdirici olur.
Deməli element aralıq oksidləşmə dərəcəli halında həm elektron ala, həm də elektron verə bilər. Ona görədə element aralıq oksidləşmə dərəcəli halında həm oksidləşdirici, həm də reduksiya edici olur.


Yüklə 65,66 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin