2020-ci il 27 sentyabrında başlamış II Qarabağ müharibəsi Ali baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətdli ordumuzun əmri ilə Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhfələr yazmışdır, sülh yolu ilə getmək istəməyən erməni terorçuları məhv edilərək tarixi Azərbaycan torpaqlarından təmizlənmişdir.

Bu gün dünya artıq Ermənistanın işğalçı siyasətinə, Azərbaycanın isə tarixi ədalətinin bərpası üçün mübarizə apardığına şahidlik edir. İndi bütün dünya bilir ki, Qarabağ Azərbaycandır! Bu faktdır və xalqımız bu həqiqət uğrunda mübarizə aparmağa, canından, qanından keçməyə hazırdır. Komandan – Ordu birliyi öz sözünü demişdir. Çünki bu günki Vətən müharibəsində, bizim haqq mübarizəmizdə əsas gücümüz birliyimizdir. Mənfur düşmənin hiylələrinə qarşı cənab Ali Baş Komandanın qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, xalqın vətənə olan sevgisi dayanır. Bu günki hərbi uğurlarımızda Ali Baş Komandan tərəfindən hərbi potensialımızın gücləndirilməsi istiqamətində məqsədyönlü siyasətin həyata keçirilməsinin nəticəsidir. Ordu quruculuğu dahi Heydər Əliyev tərəfindən hərbi məktəblərin yaradılmasından tutmuş nizami ordu yaradılmasınadək aparılmışdısa, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ordumuzun dünyanın güclü ordularından birinə çevrilməsi prosesi səbr və təmkinlə həyata keçirilmişdir. Bütün bunlar isə Azərbaycanın gücünü ortaya qoymuş, dünyada və regionda yeni dönüş nöqtəsi yaratmış və Azərbaycanın yumruğunun gücü xalqımızı Böyük Qayıdışa hazırlamışdır.