Qrup: r-302 Fənn: Beynəlxalq münasibətlər nəzəriyyəsi


Demokratiyanın qlobal ekspansiyası və mütləq suverenliyin iflası



Yüklə 26,87 Kb.
səhifə4/5
tarix31.12.2021
ölçüsü26,87 Kb.
#49918
1   2   3   4   5
Beynəlxalq münasibətlər sisteminin fəaliyyətinə təsir göstərən amillər

3. Demokratiyanın qlobal ekspansiyası və mütləq suverenliyin iflası. Qlobal demokratiya zonasının genişlənməsi dövlətlər arasında sülh və əmin-amanlıq zolağının genişlənməsi deməkdir.

Demokratikləşmə – demokratik quruluşun bərqərar olunmasına istiqamətlənmiş siyasi və sosial dəyişiklik prosesini xarakterizə edir. Demokratiya ideya və prinsiplərin, institut və prosedurların inkişafı, genişlənməsi və yenilənməsi prosesidir. Demokratiya bu və ya digər problemlərin həllinə təminat vermir, sadəcə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün şərait yaradır. Nəticə demokratik prosesin inkişaf şərtlərindən, qüvvələrin xarakteristikasından, onların demokratik prosesə təsirlərindən və problemləri həlletmə qabiliyyətlərindən və daxili siyasətə təsir edən xarici vəziyyətdən asılıdır.

"Demokratikləşmə dalğası" anlayışını irəli sürən S.Hantinqton bu ad altında müəyyən zaman kəsiyində qeyri-demokratik rejimdən demokratik rejimə keçidin şərtlərini nəzərdə tutub. Onun fikrinə əsasən, dünya üç qlobal demokratikləşmə mərhələsindən keçib. Birinci mərhələ 1828-1926-cı illəri əhatə edib. Bu mərhələ ABŞ və fransız burjua inqilablarının təsiri altında insanların səsvermə hüququ əldə etməsi, hakimiyyətin formalaşmasında parlament və ümumxalq seçkilərinin rolunun artması ilə xarakterizə edilib. 1922-1942-ci illərdə isə faşist, totalitar və militarist rejimlərin meydana gəlməsi ilk demokratikləşmə dalğasından uzaqlaşma meylləri kimi dəyərləndirilib.

1943-1962-ci illəri əhatə edən ikinci dalğa II Dünya müharibəsinin bitməsi nəticəsində Qərbi Avropada demokratik institutların yaradılması ilə yadda qalıb. İkinci demokratikləşməyə qarşı 1958-1975-ci illərdə baş vermiş geri çəkilmələrə dekolonizasiya prosesi səbəb olmuşdur. Həmin proses nəticəsində Latın Amerikası kontinentinin əksər dövlətlərində avtoritar rejimlər quruldu.

Üçüncü dalğa isə 1974-cü ildən başlayıb və günümüzədək davam etməkdədir. Bu mərhələ dekolonizasiyanın bitməsi, dünyada kommunist rejiminin iflası və yeni demokratik dövlətlərin meydana gəlməsi ilə əlaqələndirilir .

Qlobal demokratiyanın əsas nəticələrindən biri insan hüquq və azadlıqlarının çəkisinin artması və onun suveren dövlətin daxili səlahiyyətləri çərçivəsindən kənara çıxması məsələləri arasında artmaqda olan konsensus hesab edilir. Müasir dünyada münasibətlər sisteminin açıqlığı və qloballaşma prosesləri sayəsində insan hüquqlarının kütləvi şəkildə pozulması və hakimiyyətin digər qanunsuz əməlləri dünya ictimaiyyətinin nəzərindən yayına bilməz və məhz bu səbəbdən beynəlxalq müdaxiləyə həqiqi ehtiyac yaranır [5]. Münaqişələrin sayının artması və beynəlxalq terrorizm təhdidinin durmadan artması dünyanın böyük dövlətlərini hansısa dövlətin hökumətinin razılığı belə olmadan zorakılığın qarşısını almağa vadar edir. Müasir dünyada xarici siyasətin aləti qismində humanitar müdaxilələrin əhəmiyyətinin yüksəlməsi bu mövzunun aktullığını getdikcə artırır.

Humanitar müdaxilə – dövlət və ya dövlətlər tərəfindən digər dövlətə qarşı onun razılığı olmadan həyata keçirilən güc tətbiq etmək və ya güclə hədələmək siyasətidir ki, məqsədi əsas insan hüquqlarına qarşı yönəlmiş kütləvi və kobud pozuntuların qarşısını almaq və ya onu aradan qaldırmadır. Bu konsepsiyanın subyektiv geosiyasi maraqların gerçəkləşməsi naminə istifadə edilməsi də diqqətdən yayınmır. Supergüclərin Əfqanıstan, keçmiş Yuqoslaviyada və Yaxın Orta Şərqdə həyata keçirdikləri hərbi əməliyyat və çevrilişlər məhz "humanitar müdaxilə" konsepsiyasının adı altında realizə edilib.

Bir sıra hallarda humanitar müdaxilə özünü doğruldur. Məsələn, üçüncü dünya ölkələrində avtoritar rejimlərin yaradılması ona dəlalət edir ki, belə dövlətlər itisadi və siyasi oriyentirləri itirib. Hakimiyyət rıçaqlarını itirməklə əhali üzərində nəzarəti əldən verən yerli hakimiyyətlərin sərt tədbirlərə əl atması dövlətdaxili münasibətlərdə gərginliyə və sosial-siyasi xaosa gətirir. Bu dövlətlərin rəhbərlərinin daxili poblemləri həll edə bilməməsi və ya həll etmək iqtidarında olmaması səbəbindən humanitar müdaxilə özünü doğrulda bilər. Əks təqdirdə isə, ölkə daxilində xaos nəinki regional, hətta beynəlxalq nizamı sabitsizləşdirə bilər.

"Humanitar müdaxilə" konsepsiyasının inkişaf etdirilməsi cəhdləri "mütləq suverenliyin məhdudlaşdırılması" fonunda həyata keçirilir. Dövlətlərin iqtisadiyyatları və bazarları arasında qarşılıqlı asılılığın artması səbəbindən suverenliyə artıq pozulmaz və toxunulmaz bir məfhum kimi baxılmır. Dövlətüstü strukturlar və idarəetmə orqanları yaradılır və hakimiyyət səlahiyyətlərinin bir hissəsi onlara ötürülür. Belə bir şəraitdə humanitar müdaxilədən yararlanmaq olduqca asanlaşır.

Digər tərəfdən, 2005-ci ildə qəbul edilmiş "Qorumaq haqqında" BMT Bəyannaməsi suverenlik kategoriyasının erroziyaya uğraması istiqamətində son nöqtəni qoydu və belə bir ideyanı həyata keçirməyə nail oldu ki, əgər dövlət hakimiyyətləri ölkədə bu və ya digər şəraitin öhdəsindən gələ bilmirsə, o zaman problemin həlli beynəlxalq ictimaiyyətin əlinə keçir. Bu Bəyannamə humanitar müdaxilənin əsaslandırılmasını əhəmiyyətli dərəcədə asanlaşdırdı və üçüncü tərəflərin dövlətin daxili işinə müdaxiləsi hüququnu qanuniləşdirdi [5]. 1999-cu ilin sentyabrında BMT-nin baş katibi Kofi Annan bəyan etmişdir ki, insan hüquqlarının kütləvi şəkildə pozulması zamanı suverenlik humanitar müdaxilə ilə aradan qaldırıla bilər .

Lakin bəyannamədə əksini tapmış ideyaların izahından subyektiv məqsədlər üçün sui-istifadə edilə bilməsi və təcavüzkar fəaliyyətlərə haqq qazandırılması cəhdləri da istisna edilə bilməz. Bu proseslər fonunda dövlətin mövcudluğunun əsası hesab edilən suverenlik öz gücünü itirir və daha güclü dövlətlərin zəif dövlətlərə təsiri artır.


Yüklə 26,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin