Qrup: tm-2301 Kurs: 1 İxtisas



Yüklə 89,92 Kb.
səhifə2/3
tarix16.10.2023
ölçüsü89,92 Kb.
#156102
1   2   3
E.Seyidilham arx

Arxeoloji mənbələr. Arxeoloji mənbələr öz xarakterinə və daşıdığı informasiyanın növünə uyğun olaraq xüsüsi qrupa aid edilir və aşağıdakı növlərə bölünür:
1. Əmək alətləri.
2. Silahlar.
3. Məişət əşyaları.
4. Dini-inanc xarakterli əşyalar.
5. Bəzək əşyaları.
Arxeoloji mənbələr öz adət-ənənələri ilə fərqlənən uzaq keçmişin mədəniyyət qalıqlarıdır ki, bu mənbələrin araşdırılması da xüsusi yanaşma tələb edir. Həmçinin nəzərə alınmalıdır ki, arxeoloji mənbələr əsasən fraqmental xarakterlidir və çox vaxt təbii, yaxud fiziki amillərin təsiri altında dəyişikliklərə məruz qalmış şəkildə aşkar olunur. Onların daşıdıqları informasiya birtərəfli olmayıb tarixin müxtəlif mərhələlərinə aid məlumatları əhatə edir. Qeyd edilən səbəblərə görə arxeoloji mənbələr dəqiq tarixi fakt hesab edilə bilməz. Bu, sözü gedən mənbələrin əsas çatışmayan cəhətidir. Qarşıya çıxan digər çətinliklərdən biri də onların ölü, artıq mövcud olmayan mədəniyyətin qalıqları olmalarıdır.
Arxeoloji materialların güvənli saxlanma, yeri sözsüz ki, torpaqdır. Torpaqdan aşkar edilən əşyaların sayı hər il artmaqdadır. Yeni tədqiqat üsullarının tətbiqi və texnologiyanın inkişafı sayəsində bu mənbələrdən yeni məlumatlar əldə olunur, yeni nəticələr çıxarılır və zaman keçdikcə onlara olan tarixi baxışlar dəyişir. Arxeoloji abidələr.
Arxeoloji abidələri istənilən ərazidə aşkar etmək olmaz. Bu yalnız yaşamla bağlı olan qədim yaşayış məskənlərində və insanların dəfn olunduğu yerlərdə mümkündür. Belə yerlər ümumilikdə arxeoloji abidə adlanır. Öz xüsusiyyətlərinə görə abidələr müxtəlifdir. Ən geniş yayılmış arxeoloji abidələr qədim yaşayış məskənləridir. Aid olduğu dövrdən və xarakterindən asılı olaraq arxeoloji abidələri aşağıdakı qruplara bölmək olar: müvəqqəti məskənlər - daş dövrü (paleolit, neolit) üçün mağaralar, düşərgələr, dayanacaqlar, daha sonrakı tunc, dəmir dövrlərinə və ilk orta əsrlərə xas olan təbii istehkamlar, arxlar və ya torpaq sədlərlə əhatə olunmuş yüksəkliklərdə salınan yaşayış məskənləri - kəndlər, süni istehkamlarla möhkəmləndirilmiş məskənlər şəhərlər aiddir. Yaşayış məskənləri yerləşmiş ərazilərdə torpaq qatı altında əsasən evlərin, daş, tunc və dəmir əmək alətlərinin qalıqları aşkar olunur.
Arxeoloji abidələrin digər böyük qrupunu - qəbirlər təşkil edir. Qafqazın bəzi bölgələrində və ümumiyyətlə, dünyada müxtəlif dövrlərə aid edilən, öz quruluşu ilə bir-birindən fərqlənən bir çox qəbir abidələri aşkar 20 edilib tədqiq olunmuşdur. Bunlar torpaq, yaxud daş kurqanlar, daş qutular, katakombalar, kromlex və torpaq üzərində heç bir izi olmayan ən sadə torpaq qəbirlər, dolmenlər, daşdan yonulmuş sərdabələr, gil küplərdir. Ən geniş yayılmış abidələrə toplu qəbirlər və kurqanlar aid edilir. Kurqan - bir və ya bir neçə qəbirin daş və torpaq və yaxud onların qarışığının örtülməsi nəticəsində əmələ gələn təpəyə deyilir. Kurqanlar əsasən toplu şəkildə müşahidə olunur, onlara nadir hallarda tək-tək rast gəlinir. Arxeoloqlar tez-tez heç bir yerüstü qurğuya malik olmayan qəbirlərlə işləməli olurlar. Araşdırmalar göstərir ki, qədim dövr dəfn mərasimlərində dövrün inanclarına uyğun olaraq qəbirlərə mərhumla birlikdə müxtəlif əşyalar qoyulurdu: əmək alətləri, silahlar, bəzək əşyaları, dulusçuluq məmulatları və s.
Arxeoloji abidələrdən sayılan qədim yataqlar və dağ-mədən işləri aparılan yerlərdə xüsusi maraq doğurur. Bu tip abidələr dövrün istehsalat mənzərəsini özundə canlandırır və bizdə əcdadlarımızın əmək prosesi barədə müəyyən təsəvvür yaradır. Onu da qeyd edək ki, qədim yataqlar adətən dağlıq ərazilərdə yerləşir.
Arxeoloqlar qədim insanın izləri olan mağaraları, məbədləri, cızma və döymə üsulu ilə həkk olunmuş qayaüstü rəsmlərin - petroqliflərin tədqiqi zamanı qiymətli materiallar əldə edirlər. Bu nadir abidələr tarixin müxtəlif mərhələlərində yaradılmışdır. Bəzi yerlərdə ilk hidrotexniki qurğuların və yolların qalıqlarına da rast gəlinir. Bunlar da öz növbəsində arxeoloji abidə hesab olunur. Arxeoloji abidələrin qazıntıları zamanı tədqiqatçılar yalnız maddi mənbələri aşkar edilməsi ilə məşğul olmurlar. Məs., yaşayış məskənləri öyrənilərkən məskənin yerləşdiyi ərazi, evlərin quruluşu, onların yerləşmə prinsipi və sayı, qəbirlərin tədqiqi zamanı isə qəbir abidələrinin quruluşu, yazıların və qaya təsvirlərinin araşdırılması zamanı təsvirin qayaya həkk olunma üsulu, süjeti, rəsmin bədii tərtibatı diqqətlə araşdırılır və elmi nəticələr çıxarılır. Arxeoloji materiallar hətta abidə sərhədləri çərçivəsində də yerliyerində olmurlar, onların öyrənilməsi əsasən dağılıb uçulması ilə əlaqədar olur. İnsan kollektivinin ərazidə uzunmüddətli məskən salması nəticəsində xüsusi mədəni təbəqə yaranır və bu təbəqələrdə əşyalar torpaq qatı ilə örtülmüş şəkildə olur. Əgər biz torpağın qalınlığını şaquli istiqamətdə kəssək, onun ayrı-ayrı qatları ən aşağı materik əsasından ən yuxarı yer qabığına qədər görünəcək. Bu qatlar arasında insan fəaliyyətinin qalıqları, tikinti və təsərrüfat tullantıları, orqanik məhsulların çürüntüləri, evlərin və təsərrüfat quyularının qalıqları olan zəngin təbəqələr yerləşir. Hər bir yaşayış məskənlərində təbəqələrin rəngi, yerləşmə dərinliyi, qalınlığı, müxtəlif olduğu kimi, oradakı insan fəaliyyətinin qalıqları da müxtəlif olur. Mədəni təbəqənin bu kimi xüsusiyyətləri önəmlidir. Belə ki, 21 bir yaşayış məskənində müxtəlif dövrlərə aid bir neçə mədəni təbəqə yerləşə bilər. Mədəni təbəqənin qalınlığı dövrdən, buradakı insan fəaliyyətinin intensivliyindən və təbii amillərdən - torpağın eroziyası, küləyin istiqaməti və s.-dən asılıdır. Arxeoloqlar yaşayış məskənində araşdırma apararkən mədəni təbəqənin tərkibi, təbəqələrin yerləşmə ardıcıllığı, qurğular və onlar arasındakı əlaqəni öyrənirlər. Təbəqələrin bu cür araşdırılması stratiqrafiya (təbəqələrin təsviri) adlanır. Stratiqrafiya xronoloji nəticələrin çıxarılmasında böyük rol oynayır.

Yüklə 89,92 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin