Qruplar və konsolidasiya. Ümumi baxış


hesablarında 0 məbləğində mənfəət qeyd edəcək, amma qrup nöqteyi nəzərdən rəqəmlər aşağıdakı kimi olacaq



Yüklə 1,3 Mb.
səhifə8/9
tarix26.11.2022
ölçüsü1,3 Mb.
#70751
1   2   3   4   5   6   7   8   9
UNEC 1666253665

hesablarında $400 məbləğində mənfəət qeyd edəcək, amma qrup nöqteyi nəzərdən rəqəmlər aşağıdakı kimi olacaq:

Dəyər $1,600

Kənar satışlar nil

Dövrün sonuna mal-material ehtiyatları ilkin dəyərində $1,600

Mənfəət / zərər nil

Əgər P və S şirkətlərinin fərdi maliyyə vəziyyəti haqqında hesabatda bölüşdürülməmiş mənfəət və mal-

material ehtiyatları hesablarını toplasaq nəticədə konsolidə edilmiş ehtiyatlar və konsolidə edilmiş mal- material ehtiyatları lazım olduğundan $400 məbləğində artıq görünəcək. Buna görə də aşağıdakı şəkildə konsolidasiya düzəlişi etmək vacibdir.

DEBET Qrupun ehtiyatları

KREDIT Qrupun mal material ehtiyatları (maliyyə vəziyyəti haqqında hesabat)

Törəmə müəssisənin il ərzində qismən alınması

Ana müəssisə törəmə müəssisəni qismən aldıqda dövr sonuna olan mənfəət satınalmadan

əvvələ və sonraya düşən hissələrə ayrılmalıdır. Qrupun maliyyə vəziyyəti haqqında konsolidə

edilmiş hesabatında yalnız satınalmadan sonrakı mənfəət daxil edilməlidir.

Törəmə müəssisənin konsolidasiya ediləcək hesabatlarında bütün il üzrə törəmə müəssisənin mənfəət və ya zərəri görünəcək. Lakin konsolidasiya məqsədləri üçün aşağıdakıları

fərqləndirmək lazımdır:

(a) satınalmadan əvvəl yaranmış mənfəət - qudvili hesablamaq üçün

(b) satınalmadan sonra yaranmış mənfəət – qrupun bölüşdürülməmiş mənfəətini və NEİP-i

hesablamaq üçün

Qısa test

1 Aşağıda 31 Dekabr 20X8 –ci il tarixinə FalKon və Kestrel şirkətlərinin maliyyə vəziyyəti haqqında

hesabatlarının icmalı verilmişdir:

FalKon Kestrel

$m $m

Xalis aktivlər 68 25

Səhm kapitalı 10 10

Ehtiyatlar 58 15

68 25

1 Yanvar 20X8-ci il tarixində FalKon şirkəti $28 milyon məbləğinə Kestrel şirkətinin 80% səhm kapitalını almışdır.

Həmin tarixdə Kestrel şirkətinin xalis aktivlərinin dəyəri $30 milyon məbləğində idi. Satınalma tarixində nəzarət


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin