QüDRƏTLİ DÖVLƏt və


Modelin aparıcı qüvvəsi olan Azərbaycan Respublikası vətəndaşının bilik



Yüklə 0,53 Mb.
səhifə15/58
tarix16.03.2023
ölçüsü0,53 Mb.
#88285
növüXülasə
1   ...   11   12   13   14   15   16   17   18   ...   58
2022-2026 sosial iqtisadi inkisaf

Modelin aparıcı qüvvəsi olan Azərbaycan Respublikası vətəndaşının bilik, bacarıq səriştələrinin artması onun gəlir qazanmaq imkanlarını genişləndirəcək sağlam həyat tərzini təmin edəcəkdir. Bilikli cəmiyyət müasir texnologiya və innovasiyaların həm yaradıcısına, həm də istifadəçisinə çevriləcəkdir.
Ölkədə təbii resurslardan dayanıqlı istifadə etməklə, ekoloji mühiti qorumaqla iqtisadiyyatın effektivliyinə nail olunacaqdır. Yüksək inkişaf səviyyəsi eyni zamanda yüksək maddi və mənəvi rifahı təmin edəcək, dayanıqlı artan milli gəlirdən insanlar daha geniş şəkildə faydalanacaqlar.
Yeni sosial-iqtisadi inkişaf modelinin reallaşdırılması üçün ölkədə zəruri iqtisadi resurslar və müasir infrastruktur bazası mövcuddur. Strateji dövrdə sosial-iqtisadi inkişaf modeli əvvəlki dövrlərdə əldə edilmiş nailiyyətlərə əsaslanmaqla reallaşdırılacaq. Beynəlxalq nüfuza malik güclü lider, çətin dövrlərdə yüksək dövlət və vətəndaş həmrəyliyi, yeniliyə açıq və biliyi hər şeydən üstün tutan cəmiyyət, eləcə də uzun illər ərzində formalaşmış yüksək iqtisadi potensial yeni milli sosial-iqtisadi inkişaf modelinin uğurla həyata keçirilməsinin təminatıdır.
Əlverişli demoqrafik vəziyyətin mövcudluğu, iqtisadi fəal gənc əhalinin işçi qüvvəsinin ümumi strukturunda yüksək paya malik olması və gənclər tərəfindən yeni innovativ metodların dərindən mənimsənilməklə tətbiqi daha effektiv nəticələrin əldə olunması üçün fürsətlər yaradır.


  1. “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsviri




    1. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivə


Ölkə iqtisadiyyatının şaxələndirilməsi qeyri-neft ixracının artırılması hesabına davamlı yüksək iqtisadi artım təmin olunacaqdır. Keyfiyyətli məhsul və xidmətlər ixracı hesabına ölkə iqtisadiyyatı qlobal dəyər zəncirinə inteqrasiya ediləcəkdir. Bu məqsədlə daha sağlam və rəqabətli biznes mühiti yaradılacaq, sahibkarlığın inkişafına dövlət geniş dəstək verəcəkdir. Dövlətə məxsus olan hüquqi şəxslərin effektivliyi artırılacaq, onların hesabatlılığı gücləndiriləcəkdir. Nəticədə ölkə iqtisadiyyatı hər il orta hesabla 3‒4%, qeyri-neft/qaz ÜDM-i isə illik orta hesabla 5% artacaq. Özəl sektorun iqtisadiyyatda payı 88%-ə çatdırılacaqdır.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin