kooperativin üzvləri tərəfindən həmin vəsaitlərdən istifadə edilməsinin
mümkün istiqamətlərini) qiymətləndirir;
kooperativin fəaliyyətinin ərazi hüdudlarını müəyyən edir;
42
zəruri bina və avadanlıqları seçir;
bankda və ya başqa kredit təşkilatlarında işlə bağlı müəyyən vərdişlərə və
təcrübəyə malik olan şəxsləri kooperativdə işə cəlb etməyə çalışırlar.
Aparılmış hazırlıq işi və təhlil kredit kooperativlərinin yaradılması üçün
obyektiv şərait olması barədə nəticə çıxarmağa imkan verirsə, kredit
kooperativlərinin potensial üzvləri növbəti mərhələyə - təşəbbüs qrupu
yaradılmasına başlayır. Qrupun əsas vəzifəsi kooperativin təsis yığıncağını
hazırlamaqdan və onu keçirməkdən ibarət olacaqdır.
Kifayət sayda potensial payçı kooperativə daxil olmağı qərara aldıqda,
aşağıdakı əsas məsələlərin həll edilməsi üçün yığıncaq keçirilir:
kredit kooperativinin yaradılması üzrə təşəbbüs qrupu seçilir;
təşəbbüs qrupuna kooperativin nizamnaməsinin işlənib hazırlanması
barədə tapşırıq verilir;
təşəbbüs qrupuna kooperativə üzv olmaq barədə ərizələrin qəbul edilməsi
haqqında tapşırıq verilir;
təşəbbüs qrupuna kredit kooperativlərinin ümumi təsis yığıncağını
hazırlamaq barədə tapşırıq verilir.
Təsis yığıncağının hazırlanmasından əvvəl təşəbbüs qrupu artıq fəaliyyətdə olan
kredit kooperativlərinin rəhbərləri ilə məsləhətləşmələr apara bilər, kredit
kooperativinin yaradılmasına və inkişafına kömək edən yerli, regional və
beynəlxalq təşkilatlarla əlaqə saxlaya bilər. Kooperativə xidmət edəcək bank
seçilir, xidmətin şərtləri müzakirə edilir.
Kooperativin maliyyə-iqtisadi fəaliyyətinin texniki-iqtisadi əsaslandırılması
hazırlanır. Texniki-iqtisadi əsaslandırma aşağıdakı bəndlərdən ibarət olur:
kredit kooperativinin fəaliyyətinin məqsədi və predmeti;
kooperativin əmlakı;
kooperativin fondları;
təşkilati məsrəflər; əməliyyat məsrəfləri.
43
Ümumi Yığıncağın keçirilməsi üçün kooperativin nizamnaməsi hazırlanır.
Qüvvədə olan qanunvericiliyə uyğun olaraq nizamnaməyə aşağıdakı məlumatların
daxil edilməsi zəruridir:
kooperativin tam rəsmi adı;
kooperativin olduğu yer və onun fəaliyyət ərazisi;
kooperativin fəaliyyətinin predmeti, məqsədi və müddəti;
kooperativə üzvlüyə qəbulun və üzvlüyə xitam verilməsinin qaydası və
şərtləri (o cümlədən kooperativin üzvlüyündən xaric edilməyin əsasları və
qaydası);
üzvlərin hüquqları, vəzifələri və öhdəlikləri;
kooperativin öz üzvləri qarşısında məsuliyyəti;
idarəetmə orqanlarının tərkibi, yaradılma qaydası, səlahiyyətləri və
məsuliyyəti, onların qərarlar qəbul etməsi qaydası;
daxilolma və payçı kimi üzvlük haqlarının məbləği və ödənilmə qaydası,
onların ödənilməsi ilə bağlı öhdəliklərin pozulmasına görə kooperativ
üzvlərinin məsuliyyəti;
kooperativdən çıxma halında yığılmış payların qaytarılma qaydası;
əmlakın yaranma mənbələri və ondan istifadə qaydası;
yaradılan fondlar və onların formalaşma qaydası;
gəlirlərin bölüşdürülmə qaydası;
kooperativin təqdim etdiyi xidmətlərin siyahısı;
kooperativin kredit-maliyyə fəaliyyətinin təşkili;
maliyyə ilinin əvvəli və sonu;
kooperativdə əmək münasibətləri;
kooperativdə uçot və hesabatın təşkili;
kooperativin yenidən təşkili və ləğv edilməsinin qaydası və şərtləri;
kooperativin nizamnaməsini təsdiq etmiş üzvlərinin hər birinin soyadı, adı,
atasının adı, doğulduğu tarix, yaşadığı və ya işlədiyi yer;
pasportlarının və ya onları əvəz edən sənədlərin seriyası və nömrəsi.
44
Eyni zamanda bir sıra texniki məsələlər həll edilir: qəbul haqqında ərizənin
formasının hazırlanması, yığıncağın keçiriləcəyi yerin təyin edilməsi, protokol
aparılmasının təmin edilməsi, yığıncağın bütün iştirakçılarına kooperativin nizam-
naməsinin layihəsi ilə əvvəlcədən tanış olmaq imkanının verilməsi və s.
Ümumi təsis yığıncağının gündəliyinə daxil edilən əsas məsələlər
aşağıdakılardır:
kredit kooperativinin yaradılması;
kooperativin nizamnaməsinin müzakirəsi və təsdiq edilməsi;
kooperativ üzvlüyünə qəbul haqqında qərarın verilməsi;
kooperativi idarəetmə orqanlarının - direktorun, müavinin, İdarə Heyəti,
Müşahidə və Kredit Komitəsinin üzvlərinin seçilməsi.
Nizamnamənin qəbul edilməsi faktı həmin yığıncağın katibi tərəfindən yazılan
protokolla təsdiq edilir. Protokol yığıncağın bütün iştirakçıları tərəfindən, həmin
iştirakçıların hər birinin pasport məlumatları və qeydiyyat ünvanları göstərilməklə
imzalanır. Növbəti mərhələ - kredit kooperativinin bilavasitə hüquqi şəxslərin
dövlət qeydiyyatı orqanlarında qeydiyyatdan keçirilməsidir.
Kredit kooperasiyasının təşkilati-iqtisadi aspektlərinin təhlili göstərir ki,
respublikamızda belə təsisatların formalaşması istiqamətində zərurətlər və
ehtiyaclar mövcuddur. Bu həm də ondan irəli gəlir ki, kredit kooperasiyasının
təşkilati-iqtisadi strukturu daha mobil xarekterlidir və onun fəaliyyəti iri həcmli
resurslar tələb etmir.
Bütün bu reallıqlardan çıxış edərək, Azərbaycan Respublikasında da müvafiq
kooperativlərin yaradılması məqsədəmüvafiq hesab edilir.
Kredit ittifaqları və onların kooperativ təsisatlandırmalarda əhəmiyyəti
Kredit kooperasiyalarının inkişafında müvafiq təyinatlı ittifaq və birliklər də
əhəmiyyətli rol oynayırlar. Bu sırada çoxtərəfli müqavilələr əsasında kənd
təsərrüfatı əmtəə istehsalçıları ittifaqlarını və aqroservis müəssisələrini birləşdirən
qeyri-kommersiya təşkilatları - aqrar-sənaye və sahə ittifaqları ( assosiasiyalar)
daha çox fəırqlənirlər. Statusuna görə kredit birliklərinə yaxın olan bu
45
assosiasiyaların məqsədləri daha genişdir. Onların məqsədi - həmin qurumların
fəaliyyətini əlaqələndirmək, daxili qiymətləri, resursları və digər iqtisadi
münasibətləri tənzimləmək; müəyyən edilmiş normativlər əsasında mənfəətdən və
ya gəlirdən ayırmalar hesabına ümumi ehtiyat fondu yaratmaq; saziş iştirakçılarına
maddi həvəsləndirmə və məsuliyyət formalarını tətbiq etmək; marketinq fəaliyyəti
məsələlərini əhatə edir.
Kredit ittifaqının fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:
üzvlərin mənafe ümumiliyi və qarşılıqlı etimadı əsasında birləşməsi;
üzvlüyün könüllülüyü;
fəaliyyətinin aşkarlığı;
şəxsi mənafeyin kollektiv mənafe ilə əlaqələndirilməsi;
payların həcmindən asılı olmayaraq üzvlərin hüquq bərabərliyi;
kredit ittifaqının idarə olunmasında üzvlərin şəxsən iştirakı; əldə edilmiş
vəsaitin sahibkarlıq fəaliyyətinə yönəldilməsi;
fəaliyyətinin təşkilinin özünənəzarətə əsaslanması.
Əmtəə istehsalçıları tərəfindən qarşılıqlı kreditvermə üçün 1995-ci ildə könüllü
şəkildə yaradılmış kredit kooperativi Beynəlxalq Kooperativlər Alyansının
Mançesterdə keçirilmiş konqresində qəbul edilmiş aşağıdakı prinsiplər əsasında
fəaliyyət göstərən təşkilatdır:
Dostları ilə paylaş: |