Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
197
91. Onlar: "Allaha and olsun ki, Allah səni bizdən ustün etmişdir. Biz isə (sənin
barəndə), sözsüz ki, günah etmişik!" - dedilər.
92. (Yusif) dedi: "Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi
bağışlasın! Çünki O, rəhm edələrin ən rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı
diləyərəm. O da sizi bağışlayar!)
93. Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün (atın), o (yenidən) görməyə
başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin!"
94. Karvan (vətənə qayıtmaq üçün Misirdən) ayrılanda ataları (Yə’qub yanındakı
övladlarına) dedi: "Əgər məni səfeh hesab etməsəydiniz (və ya yalançı hesab edib
danlamasaydınız), deyirdim ki, Yusifin ətrini alıram!"
95. Onlar: "Allaha and olsun ki, sən yenə öz köhnə yanlışlığında (şaşqınlığında)
qalmaqdasan!" dedilər.
96. Muştuluqçu gəlib köynəyi (Yə’qubun) üzünə sürtən kimi onun gözləri açıldı və o:
"Məgər sizə demədimmi ki, mən Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi
bilirəm!" söylədi.
97. (Oğlanları ona: ) "Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz,
doğrudan da, günahkar olmuşuq!" dedilər.
98. (Yə’qub) dedi: "Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən,
bağışlayandır, rəhm edəndir!"
99. (Yə’qub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını (analığı olan
xalasını) bağrına basıb: "İnşallah (hər şeydən) əmin olaraq Misirə daxil olun!" dedi.
100. (Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir
qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah
onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: "Atacan! Bu
əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə
yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını
vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu).
Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə
tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!"
101. (Yusif atası ilə bir müddət gözəl dövran sürdükdən sonra Yə’qub vəfat etdi. Yusif
atasını aparıb öz vətənində dəfn etdi və dünyanın heç bir e’tibarı olmadığını gördükdə
|