Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
217
50. Eyni zamanda da əzabım da çox şiddətli əzabdır!
51. Həm də onlara İbrahimin qonaqlarından (yanına qonaq gələn mələklərdən) xəbər
ver!
52. O zaman ki, onlar onun hüzuruna daxil olub: "Salam!" - dedilər. (İbrahim də
qonaqların yeməyə əl uzatmadıqlarını görüb: ) "Biz, həqiqətən, sizdən qorxuruq!" -
dedi.
53. Onlar: "Qorxma, biz səni çox bilikli bir oğulla (oğlun olacağı ilə) müjdələyirik!" -
deyə cavab verdilər.
54. (İbrahim: ) "Qocalıq məni basdığı vaxtdamı mənə müjdə verirsiniz? Məni nə ilə
muştuluqlayırsınız?" - deyə soruşdu.
55. (Mələklər: ) "Biz sənə doğru xəbərlə müjdə veririk. (Allah dərgahından) ümidini
üzənlərdən olma!" - dedilər
56. (İbrahim) dedi: "(Haqq yoldan) azanlardan başqa, Rəbbinin mərhəmətindən kim
ümidini üzə bilər?!"
57. "Ey elçilər! (Ey Allahın mələkləri! Bir deyin görək) işiniz nədir?" - dedi.
58. (Mələklər) belə cavab verdilər: "Biz günahkar bir tayfaya (əzab vermək, onları məhv
etmək üçün) göndərilmişik.
59. Yalnız Lutun ailəsindən başqa! Biz, sözsüz ki, onların hamısı xilas edəcəyik!
60. Ancaq (Lutun) zövcəsi istisna olmaqla! (Allahın əmri ilə) qət etdik ki, o, (küfr
etdiyinə görə) əzaba uğrayanlardan (əzab içində qalanlardan) olacaqdır!"
61. Elçilər (mələklər) Lutun yanına gələndə
62. (Lut) dedi: "Siz yad adamlarsınız (mən sizi tanımıram)!"
63. (Mələklər) belə cavab verdilər: "Xeyr, biz sənə onların (ümmətindən olan kafirlərin)
şübhə etdikləri şeyi (əzabı) gətirmişik!
64. Biz sənə (Allahdan) doğru xəbər gətirmişik. Biz, həqiqətən, doğru danışanlarıq!
|