Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə216/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   212   213   214   215   216   217   218   219   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

226 



48. Məgər onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmürlərmi ki, onların 

kölgələri Allaha acizanə surətdə səcdə edərək sağa-sola əyilir?!  

49. Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür 

göstərmədən Allaha səcdə edərlər!  

50. Onlar öz (başlarının) üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları 

edərlər!  

51. Allah belə buyurdu: "İki tanrı qəbul etməyin. O (Allah) yalnız tək bir tanrıdır. Ancaq 

Məndən qorxun!"  

52. Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Din də (itaət və ibadət də) daim 

Onundur. Belə olduğu təqdirdə Allahdan başqasındanmı qorxursunuz?  

53. Sizə gələn hər bir ne’mət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona 

yalvarıb-yaxarırsınız!  

54. Sonra sizi o müsibətdən qurtardığı zaman bir də görürsən ki, aranızda bir dəstə 

Rəbbinə şərik qoşur.  

55. Onlar bunu özlərinə verdiyimiz ne’mətlərə nankorluq etmək üçün edirlər. Hələ ki 

(dünyada) kef çəkib ləzzət alın. (Başınıza gələcək müsibəti) sonra biləcəksiniz!  

56. (Müşriklər) onlara verdiyimiz ruzidən heç bir şey bilməyənlərə (heç nə anlamayan 

bütlərə) pay ayırırlar. Allaha and olsun ki, yaxdığınız iftiralara görə sorğu-sual 

ediləcəksiniz!  

57. Onlar Allaha qızlar isnad edirlər/ (Mələklər Allahın qızlarıdır, deyirlər). Allaha 

pakdır, müqəddəsdir. (Onun oğula-qıza ehtiyacı yoxdur. ) Özlərinə gəldikdə isə 

istədiklərini (oğlan uşaqlarını) aid edirdilər.  

58. Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar.  

59. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. (Allah bilir!) Görəsən, 

onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? (Diri-diri basdıracaq?) 

Bir görün onlar necə pis mühakimə yürüdürlər! (Oğlanları özlərinə götürüb qızları 

Allaha isnad edirlər. )  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin