Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə219/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   215   216   217   218   219   220   221   222   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

229 



77. Göylərin və yerin qeybini (gözə görünməyən, heç kəsə bəlli olmayan məchul 

sirlərini) bilmək ancaq Allaha məxsusdur. Qiyamətin qopması (əmri) bir göz 

qırpımında, yaxud daha tez olar. Allah, həqiqətən, hər şeyə qadirdir!  

78. Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) 

halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini eşidib, 

qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) şükür edəsiniz!  

79. Məgər (müşriklər) yerlə göy arasında (uçaraq Allaha) ram olmuş quşları 

görmürlər?! Onları (havada) yalnız Allah saxlayır (bütün hərəkətlərini ancaq Allah 

idarə edir). Həqiqətən, bunda mö’minlər üçün ibrətlər vardır!  

80. Allah evlərinizi sizə məskən (yaşayıb dincəlmə yeri) etdi, heyvanların dərilərindən 

həm köç vaxtı, həm də bir yerdə qaldığınız zaman (daşınması) sizin üçün yüngül (asan) 

olan evlər-çadırlar düzəltdi, onların yunundan, tükündən və qılından müəyyən vaxta 

qədər (ömrünüzün sonuna kimi və ya onlar köhnələnədək) istifadə edəcəyiniz ev əşyası 

(pal-paltar, xalça-palaz) və (satlıq) mal verdi.  

81. Allah yaratdığı şeylərdən (ağaclardan, evlərdən, dağlardan və buludlardan) sizin 

üçün (günəşin hərarətindən qorunmaq məqsədilə) kölgəliklər əmələ gətirdi, sizdən ötrü 

dağlarda sığınacaqlar (mağaralar, kahalar), sizi istidən (və soyuqdan) saxlayacaq (yun, 

kətan, pambıq) köynəklər, (sizi müharibədə) qoruyacaq zirehli geyimlər düzəltdi. Allah 

ne’mətini sizə belə tamamlayıb verdi ki, bəlkə, Ona itaət edəsiniz (müsəlman olasınız)!  

82. (Ya Rəsulum! Əgər bütün bunlardan sonra müşriklər) yenə də (səndən) üz 

döndərsələr (ürəyini qısma)! Çünki sənin vəzifən ancaq (Mənim dinimi, hökmlərimi) 

açıq-aşkar təbliğ etməkdir!  

83. Onlar Allahın ne’mətini (Muhəmməd əleyhissəlamı peyğəmbər göndərməklə onlara 

etdiyi lütfü) bilir, lakin sonra onu (Muhəmməd əleyhissəlamın peyğəmbərliyini) 

danırlar. Onların əksəriyyəti kafirdir.  

84. Qiyamət günü hər ümmətdən bir şahid (öz peyğəmbərini) gətirəcəyik. (Onlar 

mö’minlərin lehinə, kafirlərin əleyhinə şahidlik edəcəklər). Kafirlərə (üzrxahlıq etməyə) 

izin verilməyəcək, heç üzr diləmələri də istənilməyəcəkdir!  

85. Zalımlar (kafirlər, müşriklər) əzabı (Cəhənnəm əzabını) görüncə (yalvarıb-

yaxaracaqlar), lakin (əzabları) yüngülləşdirilməyəcək, (tövbə üçün) onlara bir an belə 

möhlət də verilməyəcəkdir!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin