Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə250/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   246   247   248   249   250   251   252   253   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

260 



8. (Zəkəriyya) dedi: "Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən 

düşmüş (sümüyü sustalmış bir kişi) ikən mənim necə oğlum ola bilər?"  

9. (Allah Cəbrailin dili ilə buyurdu: ) "Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi 

görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən (yoxdan) 

yaratmışdım!"  

10. (Zəkəriyya) dedi "Ey Rəbbim! Mənim üçün (ürəyim arxayın olsun deyə, bu barədə) 

bir əlamət müəyyən et!" (Allah) buyurdu: "Əlamətin budur ki, sən sağlam ikən üç gün-

üç gecə adamlarla danışa bilməyəcəksən!"  

11. (Nəhayət, Zəkəriyyanın dili tutulduğu, ona danışmaq qadağan edildiyi üçün artıq 

zövcəsinin hamilə olduğunu başa düşdü və Allahın Öz əhdinə sadiq olduğuna bir daha 

əmin olub Ona cani-dildən şükür etdi). Sonra (Zəkəriyya) mehrabdan (mə’bəddən) öz 

camaatının qabağına çıxıb (əli ilə) onlara belə işarə etdi: "Səhər-axşam (Allahı) təqdis 

edib şə’ninə tə’riflər deyin! (Və ya namaz qılın!)"  

12. (Yəhya dünyaya gəldikdən sonra ona dedik: ) "Ey Yəhya! Kitabdan bərk yapış 

(Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət 

(Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.  

13. Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət (yaxud insanlara qarşı şəfqət) və 

(günahlardan) paklıq bəxş etdik. O, (çox) müttəqi idi.  

14. (Yəhya) ata-anasına qarşı da olduqca itaətkar (nəvazişkar) idi: zalım, asi (dikbaş) 

deyildi.  

15. Ona doğulduğu gün də, öləcəyi gün də (qiyamətdə) diriləcəyi (qəbirdən diri olaraq 

qaldırılacağı) gün də salam olsun! (Yəhya anadan olduğu gün Şeytan şərindən, vəfat 

etdikdə qəbir əzabından, axirətdə isə qiyamət dəhşətindən salamat olsun!)  

16. (Ya Rəsulum!) Kitabda (Qur’anda) Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb 

(evinin, yaxud Beytülmüqəddəsin) şərq tərəfində (ibadət məqsədilə xəlvət) bir yerə 

çəkilmişdi.  

17. Və ailə üzvlərindən gizlənmək (paltarını dəyişmək, yaxud yuyunub təmizlənmək) 

üçün pərdə tutmuşdu. Biz də Öz ruhumuzu (Cəbraili Məryəmin) yanına göndərdik. 

Ona (Məryəmə) kamil bir insan qiyafəsində göründü.  

18. (Məryəm) dedi: "Mən səndən Rəhmana (Allaha) pənah aparıram. Əgər müttəqisənsə 

(mənə toxunma)!"  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin