Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə320/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   316   317   318   319   320   321   322   323   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

330 



23. Fir’on dedi: "Aləmlərin Rəbbi nədir? (Nə cür şeydir?)"  

24. (Musa: ) "Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında 

olanların (bütün məxluqatın) Rəbbidir!" - deyə cavab verdi.  

25. (Fir’on) ətrafındakılara: "Eşitdinizmi?" - dedi. (Musanın cavabı mənim sualıma 

uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində 

soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir).  

26. (Musa) dedi: "O sizin də, ulu babalarınızın (keçmiş atalarınızın) da Rəbbidir!"  

27. (Fir’on ətrafındakılara: ) "Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir!" - 

dedi.  

28. (Musa) dedi: "Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə, (anlayın ki) O, şərqin, qərbin və 

onların ikisinin arasında olanların Rəbbidir!"  

29. (Fir’on: ) "Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!" - 

dedi.  

30. (Musa) dedi: "Əgər sənə (dediklərimin doğru olduğunu sübut edəcək) açıq-aşkar bir 

şey (dəlil) gətirsəm necə?"  

31. (Fir’on) "Əgər doğru deyirsənsə, di onu gətir!" - dedi.  

32. (Musa) əsasını (yerə) atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu.  

33. Sonra əlini (qoltuğunun altından, yaxud qoynundan) çıxarar-çıxartmaz o, baxanlara 

ağappaq göründü (parlar bir nur kəsildi).  

34. (Fir’on) ətrafındakılara dedi: "Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır!  

35. O öz sehri ilə sizi (qorxudub) yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz? 

(Nə edək?)"  

36. Onlar dedilər: "Onu və qardaşını bir qədər gizlət və şəhərlərə də adamlar (yığanlar) 

göndər ki,  

37. Bütün bilikli (bacarıqlı) sehrbazları (toplayıb) sənin yanına gətirsinlər!"  

38. Nəhayət, sehrbazlar mə’lum bir günün müəyyən vaxtında (bayram günü günorta 

çağı) yığıldılar.  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   316   317   318   319   320   321   322   323   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin