Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə338/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   334   335   336   337   338   339   340   341   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

348 



istəyən) qəyyumuna deyəcəyik ki, biz onun ailəsinin (kimlər tərəfindən) 

öldürüldüyünü görməmişik (öldürüldüyü yerdə olmamışıq) və biz, həqiqətən, doğru 

danışırıq!"  

50. Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən (gözlənilməyən bir əzabla) 

hiylələrinin cəzasını verdik.  

51. (Ya Rəsulum!) Bir gör onların hiylələrinin axırı necə oldu. Biz onların (doqquz 

kişinin) özlərini də, tayfalarını da büsbütün yox etdik.  

52. Bu, zülmləri üzündən onların bomboş (viran) qalmış evləridir. Həqiqətən, bunda 

(qüdrətimizi) anlayıb bilən bir qövm üçün ibrət vardır!  

53. İman gətirib (Allaha şərik qoşmaqdan, Ona asi olmaqdan) qorxanları isə xilas etdik!  

54. Lutu da (peyğəmbər göndərdik). O zaman (Lut) öz tayfasına demişdi: "Gözünüz 

görə-görə çirkin işləmi məşğul olursunuz? (Etdiyiniz əməlin qəbahətini, günahını başa 

düşə-düşə hələ də ona davam edirsiniz!)  

55. Siz qadınları qoyub şəhvətlə erkəklərin yanınamı (üstünəmi) gedirsiniz? Həqiqətən, 

siz cahil bir tayfasınız!"  

56. (Lut) tayfasının cavabı yalnız: "Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki 

onlar (bizim gördüyümüz işlərdən) təmiz qalmaq istəyən insanlardır!" - deməkləri 

olmuşdu.  

57. Buna görə də Biz onu və ailəsini xilas etdik, yalnız övrətini (əzab içində) qalanlardan 

olmasını təqdir etdik. (Canında nə olduğunu bildiyimiz üçün onun barəsində əzəldən 

belə hökm verdik).  

58. Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbərlər vaxitəsilə 

Allahın əzabından) qorxudulanların yağışı nə yaman imiş!  

59. (Ya Rəsulum!) De: "Həmd olsun Allaha! Salam olsun (Allahın peyğəmbər) seçdiyi 

bəndələrinə! (Ey Məkkə əhli!) Allah yaxşıdır, yoxsa (müşriklərin) Ona şərik qoşduqları 

(bütlər)?!  

60. (Bütlər yaxşıdır) yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən 

kimsə?! Sonra Biz o yağmurla sizin üçün gözəl bağçalar yetişdirdik. (Əgər Allahın 

yaratdığı və yerə endirdiyi su olmasaydı) siz (o bağçaların) ağaclarını göyərdə 

bilməzdiniz. Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Lakin (müşriklər bütlərini 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   334   335   336   337   338   339   340   341   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin