Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə348/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   344   345   346   347   348   349   350   351   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

358 



43. Əvvəlki nəsilləri məhv etdikdən sonra insanlara (İsrail oğullarına) bir nur, doğru 

yolu göstərən rəhbər və rəhmət olaraq Musaya Kitab verdik ki, bəlkə, (onun vasitəsilə) 

öyüd-nəsihət qəbul etsinlər.  

44. (Ya Rəsulum!) Biz Musaya vəhy etdiyimiz (peyğəmbərlik bəxş edib Fir’on əhlinin 

yanına getməsini buyurduğumuz) zaman sən (Tur dağının) qərb tərəfində (Musanı 

gözləyənlər arasında) deyildin. Sən (buna) şahid olanlardan da deyildin! (Sənin 

yəhudilərə və ərəb müşriklərinə bu xəbərləri doğru söyləməyin yalnız Allahdan nazil 

olan vəhylərdir!)  

45. Lakin Biz (Musadan sonra) neçə-neçə nəsillər yaratdıq. Onlar uzun ömür sürdülər. 

(Vəhy kəsildi; bir çox xəbərlər unudulub getdi, şəriət təhrif olundu). Sən ayələrimizi 

onlara oxuyarkən Mədyən əhli arasında deyildin. (Sən Mədyəndə deyildin ki, onların 

əhvalını bilib Məkkə əhlinə xəbər verəsən. Buna görə də onlar sənin bu xəbərləri 

Mədyən camaatından öyrəndiyini deyə bilməzlər). Lakin Biz (bu əhvalatları onlara 

olduğu kimi xəbər vermək üçün səni) peyğəmbər göndərdik. [Və ya: Ancaq (bu 

xəbərləri sənə) göndərən Bizik].  

46. Və Biz (Musaya) xitab etdiyimiz (Tövratı verdiyimiz) zaman da sən Tur dağının 

yanında deyildin. Lakin səndən əvvəl özlərinə peyğəmbər gəlməmiş bir tayfanı 

(Allahın əzabı ilə) qorxudasan deyə, Rəbbindən bir mərhəmət olaraq (sənə bunları 

öyrədib onlara peyğəmbər göndərdik). Bəlkə, öyüd-nəsihət qəbul etsinlər!  

47. Öz əlləri ilə etdikləri əməlləri (qazandıqları günahları) üzündən onlara bir müsibət 

üz verincə: "Ey Rəbbimiz! Barı, bizə bir peyğəmbər göndərəydin ki, biz də Sənin 

ayələrinə uyub mö’minlərdən olaydıq!" - deməsəydilər, səni onlara peyğəmbər 

göndərməzdik. (Onların bəhanəsini kəsmək üçün belə etdik).  

48. Dərgahımızdan onlara (müşriklərə) haqq (Qur’an və Peyğəmbər) gəldikdə onlar: 

"Musaya verilən (mö’cüzələr) nə üçün eynilə ona da verilmədi?" - dedilər. Məgər onlar 

daha öncə Musaya verilənləri danıb: "İki sehr (Tövrat və Qur’an) bir-birilə köməkləşdi 

və biz (iki sehrbazın - Musanın və Muhəmmədin) hər birini inkar etdik!" - 

deməmişdilərmi?  

49. (Ya Rəsulum!) De: "Əgər doğru deyirsinizsə, Allahın dərgahından bu ikisindən 

(Qur’andan və Tövratdan) daha doğru yol göstərən bir kitab gətirin, mən də ona tabe 

olum!"  

50. Əgər sənə (sənin bu təklifinə) cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar. 

Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan (Rəbbinə şərik qoşandan, 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   344   345   346   347   348   349   350   351   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin