Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə406/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   402   403   404   405   406   407   408   409   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

419 



26. Bəli, onlar bu gün (Allahın əmrinə) təslim olmuşlar!  

27. Onların bir qismi (tabe olanlar) digəri (öz başçıları) ilə çənə-boğaz olmağa 

başlayacaq.  

28. (Tabe olanlar öz başçılarına) deyəcəklər: "Siz bizim yanımıza (özünüzün haqlı 

olduğunuz barədə) and-amanla (bizim bərəkətli və uğurlu saydığımız sağ tərəfdən) 

gəlirdiniz. (Əslində isə bizi haqq yoldan azdırmısınız)".  

29. (Başçıları) deyəcəklər: "Xeyr, siz (Allahın vəhdaniyyətinə) inanmırdınız.  

30. Və bizim sizin üzərinizdə heç bir hökmümüz də yox idi. Xeyr, siz (özünüz) azğın 

(günah etməkdə həddi aşmış) bir qövm idiniz.  

31. Buna görə də Rəbbimizin sözü (əzab və’dəsi) bizim barəmizdə gerçəkləşdi. Biz 

mütləq (əzabı) dadacağıq!  

32. Biz sizi yoldan çıxartdıq, çünki biz özümüz yoldan çıxmış kimsələr idik!"  

33. O gün hamısı əzaba (cəhənnəm oduna yanmağa) şərik olacaqlar.  

34. Həqiqətən, Biz günahkarlarla belə rəftar edirik.  

35. Onlara: "Allahdan başqa heç bir tanrı yoxdur!" - deyildiyi zaman təkəbbür 

göstərirdilər.  

36. Və: Biz heç divanə bir şairdən ötrü tanrılarımızı tərk edərikmi?!" - deyirdilər.  

37. Xeyr, o, haqla (Qur’anla) gəldi və (özündən əvvəlki) peyğəmbərləri təsdiq etdi.  

38. Siz (müşriklər) şiddətli əzabı mütləq dadacaqsınız!  

39. Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.  

40. Allahın müxlis bəndələri isə müstəsnadırlar (onlara cəza verilməyəcəkdir).  

41. Məhz onlar üçün mə’lum bir ruzi vardır.  

42. (Onlar üçün) növbənöv meyvələr vardır. Onlar hörmətə (şərəfə) nail olacaqlar -  

43. Nəim cənnətlərində.  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   402   403   404   405   406   407   408   409   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin