Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə541/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   537   538   539   540   541   542   543   544   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

559 



(dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu, Allah üçün çox 

asandır!  

8. Elə isə Allaha, Onun Peyğəmbərinə və nazil etdiyimiz nura (Qur’ana) iman gətirin! 

Allah etdiyimiz əməllərdən agahdır!  

9. Allahın sizi (haqq-hesab üçün) toplanmış gününə cəm edəcəyi gün - məhz o gün 

qarşılıqlı aldanma günüdür! (Həmin gün kafirlərin dünyaya uyaraq axirəti əldən 

verdiklərinə görə, bə’zi mö’minlərin də dünyada bacardıqlarından az yaxşı əməllər 

etdiklərinə görə aldanmaları bəlli olacaqdır). Kim Allaha iman gətirib yaxşı əməllər 

etsə, (Allah) onun günahlarının üstünü örtər və onu (ağacları) altından çaylar axan 

cənnətlərə daxil edər. Belələri orada (Cənnətdə) əbədi qalacaqlar. Bu, böyük 

qurtuluşdur (uğurdur)!  

10. Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər. Onlar 

orada həmişəlik qalacaqlar. Ora necə də pis məskəndir!  

11. Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman 

gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. (O, dünyada baş verən hər şeyin 

Allahın əzəli hökmü və izni ilə olduğunu bilər). Allah hər şeyi (keçmişi, indini və 

gələcəyi) biləndir!  

12. Allaha itaət edin, Onun Peyğəmbərinə itaət edin; hər kəs (itaətdən) üz döndərsə, 

(bilsin ki) Peyğəmbərimizin öhdəsinə düşən yalnız açıq-aşkar təbliğdir! (O heç kəsi 

zorla iman gətirməyə məcbur edən deyildir).  

13. Allahdan başqa heç bir tanrı (mə’bud) yoxdur. Buna görə də mö’minlər ancaq 

Allaha təvəkkül etsinlər!  

14. Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən 

olanlar vardır. (Onlar din və ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, 

yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək 

istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu fikrinizdən daşındırmışdılar). 

Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, 

(təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) 

bağışlayandır, rəhm edəndir!  

15. Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır. Ən 

böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   537   538   539   540   541   542   543   544   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin