Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə580/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   576   577   578   579   580   581   582   583   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

598 



12. (Belə soruşulacaqdır: ) "(Bunlara) hansı günə qədər möhlət verilmişdir?"  

13. (Həmin suala cavab olaraq deyiləcəkdir: ) "(Haqla batili) ayırd ediləcəyi günə 

qədər!"  

14. Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!  

15. O gün vay halına (qiyaməti) yalan sayanların!  

16. Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!  

17. Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.  

18. Biz günahkarlarla belə rəftar edirik.  

19. O gün vay halına (qiyaməti) yalan sayanların!  

20. Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!  

21. Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,  

22. Müəyyən bir vaxta qədər.  

23. Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!  

24. O gün vay halına (qiyaməti) yalan sayanların!  

25. Məgər Biz yeri məskən etmədikmi  

26. Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-

dolanar).  

27. Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.  

28. O gün vay halına (bu ne’mətləri) yalan sayanların!  

29. (O gün kafirlərə belə deyiləcəkdir: ) "Girin (dünyada) yalan hesab etdiyiniz 

(cəhənnəm əzabının) içinə!  

30. Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!"  

31. O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.  



Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   576   577   578   579   580   581   582   583   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin