Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə101/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   97   98   99   100   101   102   103   104   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

107 



87. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini hidayətə 

çatdırdıq), onları seçdik və düz yola yönəltdik.  

88. Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar 

(Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı.  

89. Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi) 

bunlar (Qüreyş müşrikləri və başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin 

dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların yerinə dəlillərimizi inkar 

etməyəcək bir zümrə gətirərik).  

90. Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən 

də onların haqq yolunu tutub get. De: "Mən bunun (islam dinin təbliği) müqabilində 

sizdən bir əvəz istəmirəm. Bu (Qur’an) aləmlər (bütün bəşəriyyət) üçün yalnız bir 

moizədir (öyüd-nəsihətdir)".  

91. Onlar (yəhudilər): "Allah heç bir bəşərə bir şey (Qur’an) nazil etməmişdir", - 

deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: "Musanın insanlara bir nur və 

hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb 

göstərir, bir çoxunu da gizlədirsiniz. (Əslində) siz (Qur’an vasitəsilə) özünüzün və 

atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. (Ya Rəsulum!) Sən: "Allah!" deyib çağır, 

sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar. (Özlərinin 

dedi-qodularında, pis işlərində və yaramaz əqidələrində davam etsinlər).  

92. Bu (Qur’an) da mübarək (xeyir-bərəkəti daim, faydası çox), özündən əvvəlkiləri 

təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın 

əzabı ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, 

namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qilarlar).  

93. Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: "Mənə də vəhy 

olunmuşdur, mən də Allahın nazil etdiyi (Qur’an) kimi bir kitab endirəcəyəm", - deyən 

şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çabalayan, 

mələklərin də (bu zaman) əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı 

nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir 

əzabla cəzalandırılacaqsınız!" - dediklərini görəydin!  

94. Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə 

verdiyimiz (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz. Artıq sizin 

(vaxtı ilə) öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin