Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə195/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   191   192   193   194   195   196   197   198   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

204 



29. İman gətirib yaxşı işlər görənlərin xoş halına! (Onları) gözəl bir sığınacaq (Cənnət 

gözləyir)!  

30. (Ya Rəsulum! Səndən əvvəl peyğəmbərlər göndərdiyimiz kimi) səni də özündən 

əvvəl çoxlu ümmətlər gəlib-getmiş bir ümmətə Peyğəmbər göndərdik ki, onlar 

Rəhmanı (Allahı) inkar etdikləri halda, sənə vəhy etdiyimiz (Qur’anı) onlara oxuyasan. 

De: "O (Rəhman) mənim Rəbbimdir. Ondan başqa heç bir tanrı yoxdur. Mən ancaq Ona 

təvəkkül etdim. Axır dönüşüm (və ya tövbəm) də yalnız Onadır!"  

31. Əgər Qur’anla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər 

danışsaydılar (onlar yenə də iman gətirməzdilər). (Və ya əgər aləmdə bir kitab olsaydı 

və onun səbəbi ilə dağlar yerindən qopardılıb hərəkətə gətirilsə, yaxud yer parçalansa 

və ya ölülər dirilib danışsaydılar, o kitab mütləq bu Qur’an olardı). Bütün işlər yalnız 

Allahın ixtiyarındadır. Məgər iman gətirənlərə bəlli olmadımı ki, əgər Allah diləsəydi, 

bütün insanları hidayətə (doğru yola) yönəldərdi? (Və ya mö’minlər kafirlərin iman 

gətirmələrindən ümidlərini üzüb bilmədilərmi ki, doğru yolu tutmaq da, ondan çıxmaq 

da Allahın əlindədir?). Kafirlərə gəldikdə Allahın və’di (Məkkənin fəthi) yerinə 

yetənədək etdikləri əmələ görə onlara bir bəla üz verməkdə davam edəcək, yaxud 

yurdlarının yanında dayanıb duracaqdır. (Və ya: "Ya Rəsulum! Sən öz əshabən və 

ordunla onların yurdunun yaxınlığında dayanıb duracaqsan"). Həqiqətən, Allah Öz 

və’dinə xilaf çıxmaz!  

32. (Ya Rəsulum!) Səndən əvvəl gəlib-gedən peyğəmbərlərə də istehza edilmişdi. Mən 

kafirlərə möhlət verdim, sonra isə onları (əzabla) yaxaladım. Mənim onları 

cəzalandırmağım necə (də dəhşətli) idi! (Bir görəydin onlara nə dəhşətli əzab verdim!)  

33. Hər bir kəsin (dünyada yaxşıdan, pisdən) nə qazandığına nəzarət edən Allah bunu 

bacarmayan bütlər kimidirmi?! (Əsla yox!) (Bununla belə, müşriklər götürüb) Allaha 

(cürbəcür) şəriklər qoşdular. (Ya Rəsulum!) De: "Bunlara bir ad verin görək! (Axı onlar 

kimdirlər, nəçidirlər?) Yoxsa Allaha yer üzündə (özünə şərik) bilmədiyi bir şeyimi 

xəbər verirsiniz? Yaxud sözün zahirinə uyub (belə həqiqətdən uzaq şeyləri) deyirsiniz? 

Xeyr, kafirlərə öz hiylələri (iftiraları, Allaha qarşı uydurub düzəltdikləri yalanlar) gözəl 

göstərildi və onlar (haqq) yoldan döndərildilər. Əslində, Allahın zəlalətə saldığı 

kimsəyə doğru yolu göstərən olmaz.  

34. Onlar dünyada əzaba düçar olacaqlar. Axirət əzabı isə daha məşəqqətlidir. Onları 

Allahdan (Allahın əzabından) qurtaran olmaz.  

35. Allahdan qorxub pis əməllərdən çəkinənlərə (mö’minlərə) və’d edilən Cənnətin 

vəsfi belədir: (ağacları) altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir. Bu, 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin