Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə202/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   198   199   200   201   202   203   204   205   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

212 



42. (Ya Rəsulum!) Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! (Allah) 

onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən 

çıxar;  

43. Belə ki, onlar başlarını yuxarı qaldırıb, durar, gözlərini də qırpa bilməzlər. Onların 

qəlbləri də bomboşdur. (Ürəkləri duyğusuzdur, orada xeyirdən heç bir əsər-əlamət 

yoxdur).  

44. İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar: "Ey Rəbbimiz! Bizə bir 

az möhlət ver. Biz Sənin də’vətini qəbul edər (iman gətirər) və peyğəmbərlərə tabe 

olarıq!" deyərlər. Bəs əvvəlcə sizə heç bir zaval toxunmayacağı barədə and 

içməmişdiniz?!  

45. Siz özlərinə zülm edənlərin yurdlarında da sakin oldunuz, onların başına nələr 

gətirdiyimiz də sizə bəlli oldu. Üstəlik sizin üçün (ibrətamiz) məsəllər də çəkdik.  

46. (Kafirlər Peyğəmbərə və islam dininə qarşı bacardıqları qədər) hiylə qurdular. 

Onların hiyləsi Allah dərgahında mə’lumdur (və buna görə də cəzalarını da alacaqlar). 

Onların hiyləsi ilə dağlar (islam dini, onun hökmləri) yerindən oynayan deyildir! (Və ya 

onların hiyləsi dağları yerindən oynatsa belə, yenə də Allahın dini qarşısında acizdir!)  

47. (Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi və’də xilaf çıxacağını sanma! 

Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!  

48. (Yadda saxla! Qiyamət günü) elə bir gündür ki, Yer (yer kürəsi) başqa bir yerlə, 

göylər də başqa göylərlə əvəz olunacaq (Yer dəyişib başqa cür yer, göylər də başqa cür 

göylər olacaq; onların mahiyyəti, şəkli o qədər dəyişəcək ki, tanınmaz hala düşəcəklər) 

və onlar (bütün insanlar qəbirlərindən çıxıb haqq-hesab üçün) bir olan, (hər şeyə) qalib 

olan Allahın hüzurunda duracaqlar!  

49. O gün günahkarları qandallanmış (zəncirlə bir-birinə bağlanmış) görəcəksən!  

50. Köynəkləri qətrandan olacaq, üz-gözlərini də atəş bürüyəcəkdir!  

51. Allah hər kəsə (dünyada) etdiyi əməllərin cəzasını vermək üçün belə edəcəkdir! 

Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!  

52. Bu (Qur’an) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də 

Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!  

 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin