Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə205/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   201   202   203   204   205   206   207   208   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

215 



21. (Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz 

ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk. (Onun nə qədər lazım olması isə 

yalnız Bizə mə’lumdur).  

22. Biz (buludla) yüklənmiş (bitkilərə, ağaclara həyat verən, onları tozlandıran) külək 

göndərdik, göydən yağmur endirib sizə su verdik (içirtdik). Yoxsa onu yığıb saxlayan 

(bir yerə toplayan) siz deyilsiniz! (Allah yağış suyunu saxlayıb istədiyi vaxt, istədiyi 

yerə yağdırar).  

23. Həqiqətən, dirildən də, öldürən də Bizik, (hər şeyə) varis olan da Biz (Sizi məhv 

etdikdən sonra yer üzünə sahib olub onu istədiyimizə verən də, hər şey fənaya 

uğradıqdan sonra əbədi qalan da Bizik!)  

24. Sizdən əvvəl kimlər gəlib-gedibsə, onları da bilirik, sizdən sonra kimlər gələcəksə, 

onları da! (Və ya sizdən əvvəl də, sonra da iman gətirənləri bilirik!)  

25. Həqiqətən, Rəbbin (qiyamət günü haqq-hesab çəkmək üçün) onları bir yerə yığacaq. 

O, hikmət sahibidir, (hər şeyi) biləndir!  

26. Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan 

tədriclə dəyişib başqa şəklə düşmüş) qara palçıqdan yaratdıq!  

27. (Cinlərin babası) can tayfası (və ya İblisi) daha öncə (insandan əvvəl) tüstüsüz 

oddan xəlq etmişdik.  

28. (Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: "Mən quru və 

qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!  

29. Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, tə’zim 

məqsədilə) səcdə edin!"  

30. Bundan sonra mələklərin hamısı ona (tə’zim məqsədilə) səcdə etdilər.  

31. Təkcə İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.  

32. (Allah buyudu: ) "Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?"  

33. (Şeytan) dedi: "Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə 

etmək mənə yaraşmaz!" (Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən 

oddan yaranmışam. Od isə torpağı yandırdığına görə ondan üstündür!)  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin