Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə206/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   202   203   204   205   206   207   208   209   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

216 



34. (Allah) buyurdu: "Oradan (Cənnətdən və ya səmalardan) çıx. Sən məl’unsan! 

(Dərgahımdan qovulmuş və rəhmətimdən kənar edilmişsən!)  

35. Sən qiyamət gününə qədər lə’nətlənmişsən!"  

36. (İblis) dedi: "Ey Rəbbim! İnsanların (qəbirlərindən qalxıb) diriləcəkləri günə 

(qiyamətə) qədər mənə möhlət ver!"  

37. (Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən"  

38. Ancaq mə’lum vaxtın gününə (İsrafil surunu birinci dəfə çalana və bütün məxluqat 

məhv olana) qədər!  

39. (İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz 

olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) 

yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!  

40. Yalnız Sənin sadiq bəndələrindən başqa!"  

41. (Allah) buyurdu: "Mənə görə, bu, düz yoldur! (Və ya: Bu, sonu Mənə gəlib çatacaq 

doğru yoldur!)  

42. Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb 

günaha vadar etməyə) sənin heç bir hökmün olmaz!  

43. Şübhəsiz ki, Cəhənnəm onların hamısına və’d olunmuş (onları gözləyən) yerdir!  

44. (Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər.  

45. Allahdan qorxub pis əməllərdən çəkinənlər isə cənnətlərdə və bulaqlar başında 

olacaqlar.  

46. Ora sağ-salamat (sağlıqla) və (hər şeydən) əmin olaraq daxil olun!"  

47. Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə 

qarşı-qarşıya əyləşərlər.  

48. Onlara orada (Cənnətdə) heç bir yorğunluq (zəhmət) üz verməz. Onlar oradan çıxan 

da deyillər. (Cənnətdə əbədi qalacaqlar).  

49. (Ya Rəsulum!) Qullarıma xəbər ver ki, (tövbə edəcəkləri təqdirdə) Mən, həqiqətən, 

bağışlayanam, rəhm edənəm!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin