Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə213/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   209   210   211   212   213   214   215   216   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

223 



16. (Yollarda dərə, təpə, çuxur kimi) əlamətlər də (müəyyən etdi). (İnsanlar gecə vaxtı) 

yollarını (və qibləni) ulduzlar vasitəsilə taparlar.  

17. Heç yaradan (Allah) yaratmayana (bütlərə) bənzəyərmi?! Məgər düşünmürsünüz?! 

(Belə bir sadə, açıq-aydın həqiqəti xatırlayıb bütlərə ibadət etməyin səhv olduğunu 

anlamarsınız?!)  

18. Əgər Allahın ne’mətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, 

Allah bağışlayandır, rəhm edəndir!  

19. Allah sizin nəyi gizli saxladığınızı və nəyi aşkar etdiyinizi (ürəyinizdə olanları, 

bütün gizli və aşkar əməllərinizi) bilir!  

20. (Müşriklərin) Allahdan qeyri ibadət etdikləri (bütlər) heç bir şey yarada bilməzlər, 

əksinə, onlar özləri (daşdan, ağacdan və sairədən) yaradılmışlar.  

21. Onlar ölüdürlər, diri deyillər və (insanların, bütün məxluqatın) nə vaxt 

diriləcəklərini də bilməzlər. (Elə isə onlara ibadət etmək düzgündürmü?!)  

22. Siz tanrınız bir olan Allahdır. Axirətə inanmayanların qəlbləri isə (Allahın qüdrət və 

əzəmətini, vəhdaniyyətini) inkar edər. Onlar (haqqa boyun qoymağı, Allaha iman 

gətirməyi) özlərinə sığışdırmazlar.  

23. Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür 

edənləri sevməz!  

24. (Müşriklərdən: ) "Rəbbiniz (Muhəmmədə) nə nazil etmişdir?" - deyə soruşduqda, 

onlar: "Qədimlərin əfsanələrini!" - deyə cavab verərlər ki,  

25. Qiyamət günü öz günahlarına tamamılə, nadanlıqları üzündən yoldan çıxartdıqları 

adamların günahlarına da qismən yüklənsinlər. Bir görün onların daşıyacaqları (yük) 

necə də pisdir!  

26. Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların binalarını təməlindən 

sarsıtdı, dərhal tavanları başlarına çökdü və heç özləri də (hiss edib) bilmədilər ki, əzab 

onlara haradan gəldi.  

27. Sonra qiyamət günü (Allah) onları rüsvay edəcək və: "Barələrində (mö’minlərlə) 

çənə-boğaz olduğunuz şəriklərim haradadır?" - deyə soruşacaqdır. Elm verilmiş 

kimsələr (peyğəmbərlər və mö’minlər) isə: "Bu gün kafirlər rəzalətə və əzaba (pisliyə) 

düçar olacaqlar!" - deyəcəklər.  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin