Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə221/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   217   218   219   220   221   222   223   224   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

231 



hörmət, ehtiram qazanan şəxs sözündə möhkəm durmayıb əhdini pozsa, nüfuzunu 

itirər və özünü fəlakətə, məhvə düçar etmiş olar).  

95. Allahla bağladığınız əhdi ucuz satmayın. (Əhdi pozmadığınıza görə) Allah yanında 

olan (savab) sizin üçün (dünya mənfəətindən) daha yaxşıdır. Kaş biləydiniz!  

96. Sizdə olan (dünya malı) tükənər, Allah dərgahında olan (axirət ne’mətləri) isə 

əbədidir. (Allah yolunda əziyyətlərə) dözənləri etdikləri yaxşı əməllərin müqabilində 

mükafatlandıracağıq (yaxud gördükləri yaxşı işlərin əvəzində onlara daha yaxşı 

mükafat verəcəyik!)!  

97. Mö’min olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və 

axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını 

verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını 

verəcəyik!)  

98. (Ya Rəsulum!) Qur’an oxumaq istədiyin zaman məl’un Şeytandan Allaha sığın! 

("Əuzu billahi minəş-şeytanır-rəcim" sözlərini de!)  

99. Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç 

bir hökmü yoxdur!  

100. Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (İnsanların 

Allaha şərik qoşmalarının əsas səbəbi onların Şeytana itaət etmələri, Şeytanı özlərinə 

dost, havadar seçmələridir!)  

101. Biz bir ayənin yerinə digər bir ayəni gətirdikdə (bir ayənin hökmünü ləğv edib onu 

başqası ilə əvəz etdikdə) - Allah nə nazil etdiyini (hansı hökmün bəndələri üçün daha 

münasib olduğunu) Özü daha yaxşı bilir - (Kafirlər Muhəmmədə): "Sən ancaq bir 

iftiraçısan (Allahın adından yalan uydurursan!)" - deyərlər. Xeyr! Onların əksəriyyəti 

(cahil olduğu üçün əsl həqiqəti, bir hökmü başqası ilə əvəz etməyin hikmətini) bilməz!  

102. (Ya Rəsulum!) De: "Ruhülqüds (Cəbrail) onu (Qur’anı) sənin Rəbbindən iman 

gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və (onlara Cənnətlə) 

müjdə vermək üçün haqq olaraq nazil etmişdir!"  

103. Biz (müşriklərin): "(Qur’anı) ona (Muhəmmədə) bir insan (ara-sıra görüb danışdığı 

Cəbr ər-Rumi adlı xaçpərəst bir gənc və ya Səlmani-Farsi) öyrədir!" - dediklərini də 

bilirik . Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Bu (Qur’anın dili) isə açıq-

aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir! (Ərəblər özləri Qur’anın dil, üslub gözəlliyi 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin