Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə223/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   219   220   221   222   223   224   225   226   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

233 



uzatmamaq şərtilə) başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər 

bunlardam yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Çünki Allah (bəndələrini) 

bağışlayandır, rəhm edəndir!  

116. Diliniz (bizə belə əmr edildiyi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): 

"Bu halaldır,o haramdır!" - deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. 

Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar!  

117. (Onlar üçün dünyada) az bir mənfəət vardır, (axirətdə isə) onları şiddətli bir əzab 

gözləyir!  

118. Yəhudilərə haram etdiyimiz şeyləri daha əvvəl sənə xəbər vermişdik. Biz (bunları 

haram buyurmaqla) onlara zülm etmədik. Onlar (günah işlər görməklə) özləri özlərinə 

zülm edirdilər. (Buna görə də Allah bir çox ne’mətləri onlara haram buyurdu).  

119. Sonra (bil ki) Rəbbin cahillikləri üzündən pis iş görən (Allaha şərik qoşan), ondan 

sonra tövbə edib özlərini islan edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin (tövbədən) 

sonra (bəndələrini) bağışlayandır, rəhm edəndir!  

120. Həqiqətən, İbrahim Allaha müt’i, batildən haqqa tapınan bir imam (rəhbər) idi. O 

heç vaxt müşriklərdən olmamışdı. (Və ya: İbrahim özü bir ümmət idi. Bir ümmətə xas 

olan bütün yaxşı cəhətlət, gözəl xüsusiyyətlər onda cəmlənmişdi).  

121. O, (Allahın) ne’mətlərinə şükür edən idi. (Allah da) onu (sədaqətinə, səmimiliyinə 

görə peyğəmbərlik üçün) seçmiş və düz yola yönəltmişdi.  

122. Biz ona dünyada gözəl ne’mət (peyğəmbərlik, hamı tərəfindən sevilib hörmət 

olunmaq) bəxş etdik. Şübhəsiz ki, o, axirətdə də (ən yüksək dərəcələrə nail olacaq) 

salehlərdəndir!  

123. Sonra (Ya Rəsulum!) sənə: "Batildən haqqa dönərək müşriklərdən olmayan 

İbrahimin dininə tabe ol!" - deyə vəhy etdik.  

124. Şənbə günü (ibadət etmək) ancaq onun barəsində ixtilafda olanlara (ibadət və 

istirahət günümüz cümə deyil, şənbə olsun deyə, mübahisə edən yəhudilərə) vacib 

edildi. Həqiqətən, Rəbbin qiyamət günü ixtilafda olduqları məsələlər barəsində onların 

arasında hökm verəcəkdir.  

125. (Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət 

(moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin