Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə234/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   230   231   232   233   234   235   236   237   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

244 



89. Biz bu Qur’anda insanlar üçün hər cür məsəl çəkib (mə’nasını) onlara izah etdik. 

Lakin onların (Məkkə əhlinin) əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı 

(ne’mətimizə nankor olub yalnız küfrü seçdi).  

90. (Qur’anın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini 

sındırmayan müşriklər) belə dedilər: "Bizə yerdən (Məkkədən) bir bulaq çıxarmayınca 

sənə iman gətirməyəcəyik.  

91. Yaxud (ağacları) arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca;  

92. Yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud 

Allahı və mələkləri (peyğəmbərliyinin doğruluğuna şahid olaraq) açıq-aşkar qarşımıza 

gətirməyincə;  

93. Və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca (biz sənə iman 

gətirməyəcəyik). Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə 

qalxmağına da əsla inanmayacağıq!" (Ya Rəsulum!) De: "Rəbbim pakdır, müqəddəsdir! 

(Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!) 

Mən isə yalnız peyğəmbər olan bir insanam!" (Allahın izni olmayınca, heç bir 

peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!)  

94. (Qüreyş müşrikləri kimi) insanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman 

ona iman gətirməyə mane olan şey yalnız onların: "Allah bir insanımı peyğəmbər 

göndərdi?" - demələridir. (Müşriklərin fikrincə, peyğəmbər bəşərdən deyil, mələklərdən 

göndərilməlidir).  

95. (Ya Rəsulum!) De: "Əgər yer üzündə (siz insanlar kimi) arxayın gəzib dolaşanlar 

mələklər olsaydı (yer üzünün əhalisi mələklərdən ibarət olsaydı), sözsüz ki, onlara bir 

mələk peyğəmbər göndərərdik!"  

96. De: "Mənimlə sizin aranızda təkcə Allahın (peyğəmbərliyimin həqiqiliyinə) şahid 

olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən (bəndələrinin bütün əməllərindən) 

xəbərdardır, (onların gizlində və aşkarda nələr etdiyini) görəndir!"  

97. Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı kəs üçünsə 

(Allahdan) başqa dostlar tapa bilməzsən. Biz qiyamət günü onları üzü üstə sürünə-

sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik. Onların düşəcəkləri yer 

Cəhənnəmdir. Cəhənnəm odu azaldıqca onların (bədənlərinin) alovunu artıracağıq!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin