Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə257/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   253   254   255   256   257   258   259   260   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

267 



87. Rəhmandan əhd almış kəslər istisna olmaqla, qalanları (kafirlər) şəfaət etməyə qadir 

olmazlar. (Yalnız iman gətirib yaxşı işlər görənlər qiyamət günü Rəhmanın izni ilə 

şəfaət etməyə layiqdirlər).  

88. (Müşriklər: ) "Rəhman özünə övlad götürmüşdür!" - dedilər.  

89. Siz, doğrudan da, olduqca pis bir şey etdiniz (çox böyük-böyük danışdınız)!  

90. Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub 

uçsun!-  

91. (Müşriklərin) Rəhmana övlad isnad etdiklərinə görə!  

92. Halbuki Rəhmana özünə övlad götürmək yaraşmaz.  

93. Çünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, (qiyamət 

günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin.  

94. And olsun ki, (Allah) onları (bütün yaratdıqlarını) hesablamış və təkrar-təkrar 

saymışdır.  

95. Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək.  

96. Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi 

yaradacaq. (Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini hamının, o 

cümlədən mö’minlərin qəlbinə salacaqdır).  

97. (Ey Muhəmməd!) Biz (Qur’anı) sənin dilinlə asan (hamıya müyəssər) etdik ki, 

onunla ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərə (Cənnətlə) müjdə verəsən və 

inadkar bir camaatı (batil dəlillərlə mübahisə aparan Məkkə müşriklərini Cəhənnəmlə) 

qorxudasan.  

98. Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. İndi heç onlardan birini görür, 

yaxud onlardan bir səs-səmir eşidirsənmi? (Bu müşrikləri də onlar kimi məhv edib 

kökünü kəsəcəyik).  

 

 

 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin