Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə336/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   332   333   334   335   336   337   338   339   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

346 



32. (Bəlqis) dedi: "Ey ə’yanlar! Bu iş barəsində mənə rə’yinizi bildirin. Mən sizinlə 

məsləhətləşməmiş heç bir iş görən (hökm verən) deyiləm!"  

33. Onlar dedilər: "Biz böyük bir qüvvət və qüdrət sahibiyik. (Güclü ordumuz, 

sursatımız, hərb alətlərimiz var. Özümüz də təcrübəli, mahir döyüşçülərik). Hökm 

sənindir. Nə əmr edəcəyinə özün bax (fikirləş)!"  

34. (Bəlqis) dedi: Hökmdarlar bir ölkəyə (zorla) girdikləri zaman onu xarabazara 

çevirər, xalqının böyüklərini də zəlil (qul, əsir) edərlər. Onlar məhz belə hərəkət edərlər. 

(Hökmdarların adəti, davranışı belədir).  

35. Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar! (Əgər 

Süleyman peyğəmbərdirsə, onu rədd edər; yox, əgər ancaq bir padşahdırsa, qəbul 

edər).  

36. (Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına gəldikdə o dedi: "Siz 

mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) 

sizə verdiyindən (dünya malından) daha yaxşıdır. Amma siz (dünyanın bərbəzəyinə 

aldanıb) öz hədiyyələrinizlə sevinirsiniz.  

37. Durma, onların (Səba əhlinin) yanına qayıt! And olsun ki, (əgər müt’i olaraq yanıma 

gəlməsələr) gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və 

xar vəziyyətdə çıxardarıq!"  

38. (Süleyman) dedi: "Ey ə’yanlar! Onlar müt’i vəziyətdə (müsəlman olaraq) yanıma 

gəlməmiş hansınız onun (Bəlqisin) taxtını mənə gətirə bilər?"  

39. Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit dedi: "Sən yerindən (taxtından) 

qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, e’tibarlıyam! 

(Mənim Bəlqisin taxtını götürüb gətirməyə gücüm çatar. Mən taxtın üzərində olan qızıl-

gümüşə, lə’l-cəvahirata əlimi belə vurmaram, onlardan heç bir şey götürmərəm!)"  

40. (Süleyman taxtın daha tez gətirilməsini istədi). Kitabdan (Allahın kitabından, yaxud 

lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi (Cəbrail, yaxud Xızır və ya Süleymanın 

çox ağıllı və tədbirli vəziri Asəf ibn Bərxiya) dedi: "Mən onu sənə bir göz qırpımında 

(gözünü yumub açınca) gətirərəm!" (Süleyman) onu (taxtı) yanında hazır durmuş 

görüncə dedi: "Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana 

çəkməyi üçündür ki, görək (Onun ne’mətinə) şükür edəcəyəm, yoxsa nankor olacağam! 

Kim (Rəbbimin ne’mətinə) şükür etsə, yalnız özü üçün (öz xeyrinə) şükür edər; kim 

nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyildir, kərəm 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   332   333   334   335   336   337   338   339   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin