Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə344/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   340   341   342   343   344   345   346   347   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

354 



qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi 

olan) peyğəmbərlərdən edəcəyik!" - deyə bildirdik.  

8. (Musa doğulduqdan sonra anası bir müddət onu əmizdirdi, sonra mamaçanın onun 

oğlu olduğunu Fir’ona xəbər verəcəyindən qorxaraq körpəsini bir sandığa qoyub 

Allaha dua edərək Nil çayına atdı. Bu zaman Fir’on zövcəsi ilə oturub Nilə tamaşa 

edirdi. Suyun üzündə bir sandığın üzdüyünü görən Fir’on xidmətçilərə onu tutub 

gətirməyi əmr etdi). Fir’onun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına 

bəla olacaq Musanı (içində olduğu sandıqla birlikdə) götürüb gəldilər. Həqiqətən

Fir’on, Haman və onların əsgərləri (küfr etdiklərinə, mə’sum uşaqları öldürdüklərinə 

görə) günahkar idilər.  

9. Fir’onun qadını (Asiyə) dedi: "Bu uşaq mənim də, sənin də göz bəbəyimiz 

(gözaydınlığımız, gözümüzə sevinc olsun). Onu öldürməyin. Ola bilsin ki, (o 

böyüyəndə) bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!" Onlar (işin nə 

yerdə olduğunu, bu uşağın əlində həlak olacaqlarını) bilmirdilər.  

10. (Oğlunun Fir’onun əlinə düşdüyünü bildikdən sonra) Musanın anasının ürəyi 

bomboş (sevimli balasının fikrindən başqa hər şeydən xali) olmuşdu. Əgər (Allahın 

və’dinə) inananlardan olsun deyə, ürəyinə səbir (səbat) əta etməsəydik, az qala onu 

(saraya gətirilmiş körpənin özünkü olduğunu) büruzə verəcəkdi. (Dəhşətindən və ya 

sevincindən: "Bu uşaq mənimdir!" - deyəcəkdi).  

11. O, (Musanın Məryəm, yaxud Gülsüm adlı) bacısına: "Onun dalınca get! (Əhvalatdan 

xəbər tut!)" - dedi. O da (saraya yol tapıb Fir’onun adamları onun kim olduğunu) hiss 

etmədən uzaqdan-uzağa (Musanı) gördü.  

12. Bundan (anası saraya gəlməmişdən) qabaq Biz ona (Musaya) süd analarını (özgə 

qadınların döşünü əmməyi) qadağan etmişdik. (Musanın bacısı Fir’on əhlinə) belə dedi: 

"Sizin üçün o uşağa süd verməyi (ona baxmağı) tə’min edəcək, həm də ona qarşı 

xeyirxah olacaq (onunla yaxşı davranacaq) bir ailəni (ev əhlini) sizə nişan verimmi?"  

13. Beləliklə, gözü aydın olsun, (oğlunun ayrılığına) kədərlənməsin və Allahın və’dinin 

haqq olduğunu bilsin deyə, (Musanı) anasına qaytardıq. Lakin onların (insanların, 

yaxud Fir’on əhlinin) əksəriyyəti (Allahın və’dinin doğru olduğunu) bilməz!  

14. (Musa) yetkinləşib kamilləşəndə (otuz-qırx yaşlarına çatanda) ona hikmət və elm 

(şəriət elmi) verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!  

15. (Musa) şəhərə əhalisi xəbərsizkən (günorta istirahət vaxtı) girdi. Orada iki nəfərin 

vuruşduğunu gördü. Onlardan biri öz adamlarından (yəhudilərdən), digəri isə 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   340   341   342   343   344   345   346   347   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin