Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə353/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   349   350   351   352   353   354   355   356   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

363 



85. (Ya Rəsulum!) Qur’anı (oxumağı və təbliğ etməyi, yaxud hökmlərinə əməl etməyi) 

sənə vacib buyuran (Allah) qayıdacağın yerə (hicrət edərək çıxdığın Məkkəyə) səni 

yenə də qaytaracaqdır. De: "Rəbbim hidayətlə (doğru yolu göstərən rəhbərlə) gələni də 

(yaxud doğru yolda olanı da), haqq yoldan açıq-aşkar azanı da (hamıdan) yaxşı 

tanıyır!"  

86. Sən Qur’anın sənin özünə nazil olacağına ümid etmirdin. Ancaq o, Rəbbindən bir 

mərhəmət olaraq sənə göndərildi. Buna görə də heç vaxt kafirlərə arxa olma! (Kafirlər 

Peyğəmbər əleyhissəlama cürbəcür və’dlər verməklə onu öz atalarının dininə də’vət 

edirdilər. O isə kafirlərin bu və’dini Allahın köməyi ilə həmişə rədd edirdi).  

87. (Ya Rəsulum!) Allahın ayələri sənə nazil edildikdən sonra ehtiyatlı ol ki, (kafirlər) 

səni (onları təbliğ etməkdən) çəkindirə bilməsinlər. (İnsanları) Rəbbinə (ibadətə) də’vət 

et və əsla müşriklərdən olma!  

88. Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı 

yoxdur. Allahdan başqa hər şey məhvə məhkumdur. Hökm Onundur. Siz (qiyamət 

günü) məhz Onun hüzuruna qaytarılacaqsınız! (Peyğəmbər əleyhissəlam üçün icrası 

əsla mümkün olmayan bu şeyləri ona qadağan etmək və tez-tez xatırlatmaq əslində 

müşriklərin və kafirlərin əllərini ondan üzmələri və mə’nasız təkliflərlə onu narahat 

etməmələri üçündür).  

 

 

 



 

 

 



 

 

 



 

 

 




Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   349   350   351   352   353   354   355   356   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin