Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
547
13. (Ey mö’minlər!) Onların (münafiqlərlə yəhudilərin) ürəklərinə qorxu salan Allahdan
çox sizsiniz. Bu isə onların (Allahın əzəmət və heybətini) anlamaz bir qövm olduqlarına
görədir.
14. Onlar (münafiqlərlə yəhudilər) hamılıqla sizə qarşı ancaq möhkəm şəhərlərdə
(kəndlərdə), yaxud divar arxasında (qala içərisində) olarkən döyüşərlər (başqa şəraitdə
sizinlə vuruşmağa cür’ət etməzlər). Onların öz aralarındakı vuruşmaları (və
düşmənçilikləri) isə çox güclüdür. (Ya Peyğəmbər!) Sən onların əlbir olduqlarını güman
edirsən, lakin onların qəlbləri dağınıqdır. Bunun səbəbi onların ağılsız bir qövm
olmalarıdır.
15. Onlar özlərindən bir az əvvəl əməllərinin cəzasını (dünyada) dadmış kimsələrə
(Bədrdə məğlub olmuş Məkkə müşriklərinə) bənzəyirlər. Onları (axirətdə) şiddətli bir
əzab gözləyir.
16. (Münafiqlər Bəni Nəzir yəhudilərini aldatması) Şeytana (Şeytanın insanı
aldatmasına) bənzəyir. O, insana: "Kafir ol !" - deyər. (İnsan) kafir olan kimi (Şeytan onu
qoyub qaçaraq): "Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan
Allahdan qorxuram!" - deyər.
17. Onların hər ikisinin (Şeytanla onun aldatdığı adamın, eləcə də münafiqlərlə Bəni
Nəzir qəbiləsinin) aqibəti cəhənnəm odu içində həmişəlik qalmaqdır. Zalımların
(kafirlərin) cəzası budur!
18. Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün
özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah
etdiklərinizdən xəbərdardır!
19. Allahı unutduları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa
düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!
20. Cəhənnəm əhli ilə cənnət əhli eyni ola bilməz. Cənnət əhli nicat tapıb (əbədi) səadətə
qovuşanlardır!
21. (Ya Peyğəmbər!) Əgər Biz bu Qur’anı bir dağa nazil etsəydik, sən onun Allahın
qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi
olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün
çəkirik ki, bəlkə, düşünələr.
|