Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə549/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   545   546   547   548   549   550   551   552   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

567 



20. Yaxud bu əsgərləriniz (köməkçiləriniz) kimdir ki, onlar sizi Rəhmanın əzabından 

qurtara bilsinlər?! (Bəndələri Allahın əzabından Onun Özündən başqa heç kəs xilas edə 

bilməz!) Kafirlər, sadəcə olaraq, aldanmaqdadırlar!  

21. Əgər (Allah) Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?! Xeyr onlar (cahillikləri 

üzündən) dikbaşlıqdan və (haqqa) nifrət etməkdən (boyun qoymamaqdan) əl 

çəkmirlər.  

22. Elə isə (küfrü ucbatından) üzüstə sürünən daha haqq yoldadır, yoxsa düz yolda düz 

gedən?!  

23. (Ya Peyğəmbər!) De: "Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. 

(Allahın ne’mətlərinə) nə az şükür edirsiniz!"  

24. De: "Sizi yer üzünə yayıb səpələyən Odur. (Qiyamət günü) Onun hüzuruna 

toplanacaqsınız!"  

25. Onlar (müşriklər) deyirlər: "Əgər doğru danışanlardansınızsa, (bir xəbər verin 

görək) bu və’d (haqq-hesab, cəza) nə vaxt yerinə yetəcəkdir?"  

26. De: "Onu bilmək yalnız Allaha məxsusdur. Mən isə ancaq (sizi Allahın əzabı ilə) 

açıq-aşkar qorxudan bir peyğəmbərəm!"  

27. Kafirlər əzabın yaxınlaşdığını gördükləri zaman üzləri eybəcər kökə düşəcək 

(qaralacaq) və onlara: "Sizin (dünyada) istədiyiniz (və həmişə istehza edib 

inanmadığınız) əzab budur!" - deyiləcəkdir.  

28. (Ya Peyğəmbər! Bu müşriklərə) de: "Bir deyin görək, istər Allah məni və mənimlə 

birlikdə olanları məhv etsin, istərsə də bizə bir mərhəmət əta etsin; siz kafirləri şiddətli 

əzabdan (Allahın əzabından) kim qurtara bilər?! (Biz ölsək də, qalsaq da, bu sizə heç bir 

fayda verməz. Allahın əzabından nicat tapmaq üçün ancaq Onun haqq dininə iman 

gətirmək lazımdır!)  

29. De: "O bizim iman gətirdiyimiz və təvəkkül etdiyimiz Rəhmandır. Kimin (haqq 

yoldan) açıq-aydın azmış olduğunu (tezliklə) biləcəksiniz!"  

30. De: "Bir söyləyin görək, əgər suyunuz çəkilib (yerin dibinə) getsə, (Allahdan başqa) 

kim sizə axar su gətirə bilər?!  

 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   545   546   547   548   549   550   551   552   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin