Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə586/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   582   583   584   585   586   587   588   589   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

604 



12. Onlar deyirlər: "Elə isə bu ziyanlı dönüşdür (çünki onun arxasında şiddətli bir əzab 

durur).  

13. (Ey kafirlər! Bu, Allah üçün çətin deyildir). Doğrudan da, o (surun axırıncı dəfə 

çalınması) ancaq tək bir dəhşətli səsdir (nə’rədir)!  

14. Onlar dərhal (qəbirlərindən çıxıb) dümdüz bir yerdə olacaqlar!  

15. (Ya Peyğəmbər!) Musanın hekayəti (söhbəti) sənə gəlib çatdımı?  

16. O zaman ki, Rəbbi ona müqəddəs Tuva vadisində belə xitab etdi:  

17. "Fir’onun yanına get. Çünki o, (allahlıq iddiasına düşməklə, xalqa zülm etməklə) çox 

azmışdır (həddini aşmışdır).  

18. Və de: "(Günahlardan) təmizlənmək istəyirsənmi?  

19. Səni Rəbbinə tərəf gətirimmi ki, (Ondan) qorxasan?"  

20. (Musa gəlib Allahın buyuruğunu Fir’ona ərz elədi) və ona (özünün həqiqi 

peyğəmbər olmasına dəlalət edən) ən böyük mö’cüzəni (əsanın dönüb əjdaha olmasını) 

göstərdi.  

21. Lakin (Fir’on Musanı) təkzib edib (ona) asi oldu.  

22. Sonra üb (özünə buyurulanlardan üz döndərərək fitnə-fəsad törətməyə, Musaya 

qarşı tədbir tökməyə) tələsdi.  

23. Və (ə’yan-əşrafını, bütün təbəələrini) toplayıb (onlara) belə xitab etdi:  

24. "Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!"  

25. Allah da onu axirət və dünya əzabına giriftar etdi. (Yaxud: Allah ona axırıncı və 

əvvəlinci sözlərinin cəzasını verdi).  

26. Şübhəsiz ki, bunda (Allahdan) qorxan kimsələr üçün ibrət dərsi vardır.  

27. (Ey kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa göyü ki (Allah) onu yaratdı;  

28. Qübbəsini ucaltdı, düzəldib nizama saldı;  

29. Gecəsini qaranlıq, gündüzünü işıqlı etdi?!  



Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   582   583   584   585   586   587   588   589   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin