arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
639
.
102
.
ət-Təkasur
(Çoxluqla öyünmə) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə
öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,
2. Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün)
qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə
qədər bu halınızda davam etdiniz)].
3. Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq
biləcəksiniz!
4. Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini)
mütləq biləcəksiniz!
5. Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya
malına uymazdınız)!
6. (Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!
7. Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz!
8. Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) ne’mətlər barəsində mütləq
sorğu-sual olunacaqsınız!
Bizim email:
Dostları ilə paylaş: |