Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə65/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   61   62   63   64   65   66   67   68   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

71 



66. Əgər Biz onlara: "Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!" - deyə yazıb əmr 

etsəydik, içərilərində az bir hissəsi müstəsna olmaqla, (bu əmri) yerinə yetirməzdilər. 

Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və 

daha düzgün olardı. (imanda sabitqədəmlik baxımından daha möhkəm bir addım 

olardı).  

67. O zaman Biz də onlara Öz tərəfimizdən böyük mükafat verərdik.  

68. Və onları düz yola yönəldərdik.  

69. Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın ne’mətlər verdiyi nəbilər 

(peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, e’tiqadı dürüst, peyğəmbərləri 

hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir 

yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!  

70. Bu mükafat Allah tərəfindəndir. (Hər şeyi) bilən Allah (sizə) kifayət edər!  

71. Ey iman gətirənlər! Ehtiyatı əldən verməyib silahınızı götürün və (düşmənə qarşı 

cihada) ya dəstə-dəstə, ya da hamınız bir yerdə çıxın!  

72. Aranızda elələri də (münafiqlər) vardır ki, (siz cihada çıxdıqda) ağır tərpənər və 

əgər sizə bir müsibət üz versə: "Allah mənə lütf etdi ki, onlarla birlikdə (döyüşdə) 

olmadım", - deyər.  

73. Əgər Allah tərəfindən sizə bir ne’mət (qabiliyyət) yetişərsə, o zaman guya aranızda 

heç bir dosluq yoxmuş kimi: "Kaş ki, mən də onlarla birlikdə olub böyük bir qənimət 

əldə edəydim!" (söyləyərlər).  

74. Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar. 

Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya (düşmənə) qalib gələrsə, ona böyük 

mükafat verəcəyik.  

75. (Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi 

Məkkədə qalıb): "Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara 

çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!" - deyə dua edən aciz 

kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?  

76. İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda 

Şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin