Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
101
27. (Ya Rəsulum!) Gətirilib od üstündə saxlandıqları zaman sən onların: "Kaş ki, biz
dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və mö’minlərdən
olaydıq!" - demələrini görəydin!
28. Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr, nifaq və çirkin əməllər) onların
qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə
(küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!
29. (Əgər onlar dünyaya qaytarılsaydılar) yenə də: "Həyat yalnız bu dünyadakı
həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!" - deyərdilər.
30. Sən onları (sorğu-sual üçün) Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin!
Allah onlara (mələklər vasitəsilə) belə buyuracaq: "Bu, (öləndən sonra dirilmək, sorğu-
sual) haqq deyilmi? Onlar: "Bəli, Rəbbimizə and olsun (ki, bu, haqdır!)" - deyə cavab
verəcəklər. (Allah) buyuracaq: "Elə isə etdiyiniz küfrlərə görə dadın əzabı!".
31. Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar.
Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını
dallarında daşıyaraq deyəcəklər: "Dünyadakı təqsirlərimizə görə vay halımıza!" Bir
baxın, daşıdıqları şey (günah yükü) necə də pisdir!
32. Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər
üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?
33. Bilirik ki, onların (Qur’an barəsində) dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə
isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi peyğəmbər olduğunu
yaxşı bilirlər). Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər.
34. Səndən əvvəl də peyğəmbərlər təkzibə mə’ruz qalmışdılar. Lakin onlar təkzib
olunduqları və əziyyət verildikləri şeylərə dözdülər. Nəhayət, Bizim köməyimiz onlara
yetdi. Allahın sözlərini (peyğəmbərlərə verdiyi və’dləri) dəyişə biləcək heç bir kimsə
yoxdur! Doğrudan da, peyğəmbərlərə aid xəbərlərin bə’zisi sənə gəlib çatdı.
35. Onların (haqq dindən) üz döndərməsi sənə ağır gəlirsə, yerdə (yerin dibinə gedən)
bir lağım və ya göyə çıxacaq bir nərdivan tapıb onlara (Bizim sənə verdiyimizdən daha
yaxşı) bir mö’cüzə gətirə bilərsənsə, durma gətir! (Allah sənə bu qüdrəti verməmişdir,
hətta gətirsən belə, yenə onu sehr hesab edəcəklər). Allah istəsəydi, onları yığıb doğru
yola salardı. Elə isə (Allahın insanların zorla deyil, könüllü surətdə iman gətirmək
istədiyini) bilməyənlərdən olma!
|