Qurban Səid (Məhəmməd Əsəd bəy “Əli və Nino” Roman (1927)



Yüklə 5.01 Kb.

səhifə1/21
tarix10.06.2017
ölçüsü5.01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   21

Qurban Səid (Məhəmməd Əsəd bəy 
 
“Əli və Nino”  
Roman (1927), 
 
Əsərin müəllifliyi Yusif Vəzir Çəmənzəminliyə təxmin edilir.  
Türk nəşrindən Azərbaycan dilinə çevirənlər:  Orxan və Fikrət Vəzirov qardaşları. 
 
  I 
   
  Bakıdakı rus imperator humanitar gimnaziyasının üçüncü sinfində oxuyarkən biz qırx 
tələbə idik. Onlardan otuzu müsəlman, dördü erməni, ikisi polyak, üçü sektant, biri isə 
rus idi. Günün ikinci yarısında coğrafiya dərsi keçirdik. O günədək içimizdə şəhərimizin 
son dərəcə maraqlı coğrafi durumuna diqqət edən olmamışdı. Lakin indi professor Sanin 
zəif səsiylə bizə şəhərimizin coğrafi durumunu başa salırdı. Biz, sakitcə oturub onun 
dediklərinə diqqətlə qulaq asırdıq. “Avropanın şərq sərhədləri Şimalda Buzlu şimal 
okeanından, qərbdə Atlantik okeanından, cənubda da Aralıq dənizindən keçir. Avropanın 
şərq sərhədi isə Rus imperiyasının içindən, Ural sıra dağları boyunca aşağı, Xəzər 
dənizindən və Qafqazdan keçir. Bəzi alimlər Qafqaz dağlarının cənubundakı bölgəni 
Asiyaya aid edirlər. Digər alimlər isə bu bölgəni mədəni cəhətdən inkişaf etdiyi üçün 
Avropaya aid edirlər. Uşaqlar, demək istəyirəm ki, şəhərimizin qabaqcıl Avropaya mı, 
yoxsa geridə qalmış Asiyayamı aid olacağını müəyyən etmək sizin mövqeyinizdən 
asılıdır”. 
  Müəllimimizin özündən razı halda gülümsəməsi bilinirdi. 
  Kürəyimizə birdən birə ağır sual yükünün qoyulması bizdə çaşqınlıq yaratdı. Bu suala 
cavab vermək üçün böyük zəka tələb olunurdu. 
  Sonra ən arxa sırada oturan Məmməd Heydər əlini qaldırıb dedi: 
  “Cənab professor, biz Asiyada qalmaq istəyirik”. Sinifdə bərk qəhqəhə qopdu. Məmməd 
Heydər ikinci il idi ki, üçüncü sinifdə oxuyurdu. Bakı Asiya tərəfində qaldığı möhlətdə 
Məmməd Heydərin də üçüncü sinifdə bir il daha oxuması labüd idi. Çünki, maarif 
nazirliyinin qərarına əsasən Rusiyanın Asiya bölgəsindəki yerli tələbələrə eyni sinifdə 
kefləri istədikləri qədər qalmaq icazəsi verilirdi. Rus orta məktəb müəllimlərinin qızılı 
sapla işlənmiş uniformasını geymiş professor Sanin alnını qırışdırıb: “Demək Məmməd 
Heydər, sən Asiyada qalmaq istəyirsən? Bir çox qabağa. De görüm fikrini əsaslandıra 
bilərsənmi? Məmməd Heydər qızarmış halda qabağa çıxdı, lakin bir şey deyə bilmədi. 
Onun ağzı açıq, alnı qırışmış, baxışları isə mənasız idi. Məmməd Heydərin axmaq sayağı 
vəziyyətindən dörd erməni, iki polyak, üç sektant və bir rus son dərəcə həzz aldıqları 
anda, mən əlimi qaldırıb dedim ki: 
  - Cənab professor, mən də Asiyada qalmaq istərdim? 
  - Əli xan Şirvanşir! Sən də mi? Yaxşı çıx qabağa baxaq - Professor Sanin alt dodağını 
qabağa uzadıb, onu Xəzər dənizi sahillərinə qədər gətirmiş talehinə lənətlər yağdırdı. 
Sonra öskürüb, qürurla dedi: -Heç olmasa sən öz fikrini söyləyə bilərsənmi?” 
  - Bəli, ona görə ki, Asiyanı sevirəm. 
 
1

  - Sevirsən, eylə mi? Yaxşı, sən həqiqətən geri qalmış ölkələrdə olmusanmı? Misal üçün 
Tehranda? 
  - Bəli olmuşam? Keçən yaz oradaydım? 
  - Yaxşı, elə isə orada heç Avropa mədəniyyətinin böyük nailiyyətlərindən birini 
gördünmü? Məsələn avtomobil gördünmü? 
  - Bəli gördüm, özü də lap böyüyünü. Yəni otuz nəfərdən artıq adam tutan avtobusları 
gördüm. Bu avtobuslar şəhər içində işləmirlər. Onlar ancaq bir şəhərdən o biri şəhərə 
işləyirlər. 
  - Bu dəfə o gördüklərin avtobusdur, avtomobil deyil. Onları da İranda dəmiryolu 
olmadığı üçün istifadə edirlər. Buna “geri qalmışıq” deyərlər. Otur yerinə, Şirvanşir. 
  Sinifdəki otuz müsəlmanın keyflərinə toxunan yox idi. Onların mənə yönəlmiş 
baxışlarından nə düşündükləri bəlliydi. Professor Sanin əsəbiləşmədi. Ona tələbələrini əsl 
avropalı kimi yetişdirmək vəzifəsi tapşırılmışdı. 
  Professor sanin birdən birə soruşdu:  
  - Yaxşı, sizlərdən Berlinə gedən olubmu? 
  Sektant Maykov əlini qaldırdı və kiçik yaşlarında Berlində olduğunu söylədi. Orada 
yeraltından dəmir yolu keçirdi. O, çox gurultulu bir tunel stansiyasını və anasının ona 
hazırladığı qaxac donuz əti ilə çörəyi yaxşı xatırlayırdı. Onun xatırladığı biz müsəlman 
tələbələrini yaman qəzəbləndirmişdi. Qaxac donuz ətinin xatırlanması tələbələrdən Seyid 
Mustafanın ürəyini bulandırdı və hətta onun sinifdən çıxmasına icazə verildi. Bununla da 
Bakının coğrafi durumu haqqında mübahisə də bu şəkildə sona yetdi. 
  Zəng çalındı. Professor Sanin yüngülcə nəfəs aldı və sinifdən çıxdı. Biz qırx tələbə də 
onun arxasınca sinfi tərk etdik. Bu böyük tənəffüs idi. Böyük tənəffüsdə üç görüləsi 
tədbirimiz var idi: tədbirlərdən biri həyətə qaçıb qonşuluqdakı realnı məktəbin 
tələbələrinin uniformalarındakı düymələrin və kokardlarının qızılı olduqları üçün onları 
döyməkdən ibarət idi. Çünki, bizim uniformalarımızın düymələri və kokardları gümüşü 
idi. İkinci tədbir, azərbaycanlıların Azəri dilində bərkdən danışmaqlarından ibarət idi. 
Çünki ruslar Azəri dilini bilmədiklərinə görə, o dildə danışmağı məktəbdə qadağan 
etmişdilər. Üçüncü tədbir isə küçənin o biri tayına keçib müqəddəs kraliça Tamara qız 
litseyinə getməkdən ibarət idi. 
  Bu dəfə mən qız litseyinə getməyi qərara aldım. 
  Qızlar qar kimi təmiz, ağ döşlüklü mavi uniforma donlarını geymiş, iki-iki, üç-üç 
bağçada gəzişirdilər. Xalam qızı Aişə məni görüb əl elədi. O, Nino Kipiani ilə əl-ələ verib 
gəzişirdi. Nino dünyanın ən gözəl qızlarından biri idi. 
  Mən son coğrafiya dərsində müəllimimlə Asiyaya mənsub olduğumuz barədə 
mübahisəmi qızlara söylədikdə dünyanın ən gözəl qızlarından biri olan Nino burnunun 
ucundan yerə baxıb, dedi: 
  - Əli xan sən düz demirsən. Şükür Allaha ki, biz Avropada yaşayırıq. Əgər Asiyada 
yaşasaydıq mən gərək doğulduğum gündən çadra örtəydim, sən də mənim üzümü 
görməzdin. 
  Mən məğlub olduğumu başa düşdüm. Doğru sözə nə demək olar? Gerçəkdən Bakının 
qərarsız tikilmiş coğrafi durumu sayəsində də dünyanın ən gözəl gözlərinə baxa bilirdim. 
 
2

  Qızlardan ayrıldım. O gün məktəbə daha getmədim. Şəhəri dolaşıb dəvələrə tamaşa 
etdim, dənizə baxdım. Avropa ilə Asiyanı və Ninonun son dərəcə gözəl gözlərini yada 
salıb fikrə daldım. 
  İçimə bir kədər çökmüşdü. 
  Arada üzü ilə əlləri cüzam xəstəliyindən çürümüş bir dilənçi mənə yaxınlaşdı. Ona 
sadağa verdim, əlimi öpmək istədi, lakin onun halı məni o qədər ürkütmüşdü ki, 
iyrənərək əlimi çəkdim. Bir az sonra isə zavallını təhqir etmiş olduğumu düşündüm. 
Səhvimi düzəltmək üçün düz iki saat şəhəri ələk-vələk edib onu axtardım. Lakin onu 
tapmadım. Ondan sonra vicdan əzabı çəkərək evə tərəf getdim. 
  Bütün bu əhvalatlardan beş il keçmişdi. Bu illər ərzində çox şeylər baş vermişdi. Bizə 
yeni bir müdir təyin olunmuşdu. Gimnaziya tələbələrinin döyülməsi qəti qadağan olduğu 
halda, yeni müdir ikidə bir yaxamızdan tutub bizi silkələməkdən həzz alırdı. 
  Həmin beş il ərzində şəriət müəllimimiz, bizə müsəlman olaraq dünyaya gəlmək imkanı 
verdiyi üçün allahın bizə böyük nemət bəxş etmiş olduğunu izah etmişdi. Sinfimizə iki 
erməni və bir rus tələbə gəlmişdi. İki müsəlman tələbə isə məktəbi tərk etmişdi. Onlardan 
biri oxumağı buraxıb on altı yaşında evlənmiş, digəri isə məktəb tətili zamanı qan 
davasının qurbanı olmuşdu. 
  Mən Əli xan Şirvanşir də, bu beş il ərzində üç dəfə Dağıstanda, iki dəfə Tiflisdə, bir dəfə 
Kislovodskda, bir dəfə də İrandakı əmimin yanında oldum. Bir dəfə də Gerundiyum1 ilə 
Gerudiviyum2 arasındakı fərqli bilmədiyim üçün az qala sinifdə qalmışdım. 
  Atam bu barədə məsciddəki imamla danışmaq üçün onun yanına getdi. İmam onu 
dinlədikdən sonra latın dili ilə əlaqədar qoparılan bu hay-küyün mənasız, boş şey 
olduğunu bilirdi. Sonra türk, iran, rus medal və ordenlərinin hamısını yaxasına taxıb, 
direktorun yanına getdi. Atam məktəbin laboratoriyalarına cürbəcür cihaz və ləvazimatlar 
hədiyyə edirdi. Onun sayəsində sinifdən sinfə keçirdim. Bu arada məktəbdə tələbələrin iki 
güllə ilə doldurulmuş tapança ilə məktəbə gəlmələrinin qəti qadağan olduğunu bildirən 
bir elan asıldı. Nəhayət, keçən  beş il ərzində şəhərə telefon xətti çəkildi və iki yeni 
kinoteatr açıldı. Nino Kipiani isə hələ də dünyanın ən gözəl qızlarından biri olaraq 
qalmaqda idi. 
  Məktəblərdə dərslərin qurtarmasına az qalırdı. Yay tətilinə çıxmağımıza cəmi bir həftə 
qalmışdı. Mən evdə oturub, latın kurslarına getməyimin mənasız olduğunu düşünürdüm. 
Evimizin ikinci mərtəbəsindəki otaq çox xoşuma gəlirdi. Divarlar təmamən Buxara, 
İsfahan və Kəşhan xalıları ilə bəzədilmişdi. Bu xalıların naxışları bağçalar, göllər, meşə və 
çayların təsvirilə dolu idi. Çünki, xalıları toxuyanlar bütün meşələri, gölləri öz gözləri ilə 
görmüşdülər. Təsadüfi adam o xalıların üzərindəki naxışların nə olduğunu bilməzdi. 
  - ---------------------------------------- 
  1. Latın və İngilis dillərində feli isim. Red. 
  2. Latın dilində feli sifət. Red. 
--------------------------------------------------- 
 
 Xalılara o rəngləri verə bilmək üçün çox uzaq çöllərin köçəri tayfalarının qadınları yabanı 
tikanlı kolluqlar arasından min cür ot toplayardı. Sonra incə uzun barmaqları ilə o otları 
sıxaraq onlardan şirə çıxarırdılar. Şirəni qarışdıraraq zərif rənglər yaradırdılar. Bu gözəl 
rənglərin sirri yüz illər qədər qədimdir. Çox zaman bir sənət əsərinin tamamlanması üçün 
 
3

toxucu on ildən artıq əmək sərf edərdi. Ondan sonra xalının üstündə ov və döyüşən 
cəngavərlər səhnəsini təsvir edən sirli rəmzlər və işarələr toxunar, qıraqlarında isə 
Firdovsinin bir beyti və yaxud Sədinin bir müdrik kəlamı toxunmuş bu sənət əsəri 
divardan asılıdır. Onlarca xalı divara vurulduğu və yerə sərildiyi üçün otaq qaranlıq 
görünürdü. Otaqda alçaq bir divan, sədəflə işlənmiş iki kətil, bir çox puf yastıq və 
bunların aralarında da son dərəcə gərəksiz bir yığın kimya və həndəsə kitabları vardı. Bu 
kitabları bağlayıb evin hamar damına çıxdım. Oradan baxanda öz dünyamı lap açıq görə 
bilirdim: İçərişəhər qalasının qala divarları ilə bayır qapısının girişində Ərəbcə yazılar 
olan sarayın xarabalıqlarını gözdən keçirtdim... Qıvrım ərəb saçlarına bənzər küçələrlə 
dəvələr gedirdi. Dəvələrin ayaq biləkləri o qədər incə idi ki, adam onları tumarlamaq 
istəyirdi. Ön tərəfdə də əfsanəvi Qız qalasının ətrafında turistlər dolaşırdı. Qalanın 
arxasında baxışları tamamən dönük qurğuşun rəngli, anlaşılmaz Xəzər dənizi yerləşirdi. 
Onun da arxasında kəskin qayalıqlarla kolluqlar uzanıb gedirdi. Bu mənzərə dünyanın ən 
gözəl mənzərəsi idi. 
  Mən düz dənizi, düz yastı çölü və onların arasına girmiş bu qədim şəhəri çox sevirdim. 
Buraya neft axtarmağa gəlib, müəyyən vaxtdan sonra varlanan adamlar səs-küylü səhranı 
sevmədikləri üçün buradan çıxıb gedirdilər. 
  Nökər çay gətirdi. Onu qurtum-qurtum içə-içə buraxılış imtahanlarını düşündürdüm. 
Özümü zərrə qədər o xüsusda üzmürdüm. Necə olsa keçəcəkdim. Kəsilsəydim də 
narahatçılığım yox idi. Məzun olmayıb bir il daha oxumaq məcburiyyətində qalmalı 
olsam da, fabrik-zavodlarımızda çalışan işçilər tənbəlliyimə deyil, hər halda özümü bir 
növ bu elm mərkəzindən qoparıb qurtarmadığıma hörmət edəcəkdilər. Gerçəkdən də 
məktəbi tərk etmək pis bir iş olacaqdı. Gümüşü düyməli, paqonlu və kokardlı boz tələbə 
uniformam son dərəcə şıqdır. Mülki paltarları geydiyim zaman özümü doğrudan da 
narahat hiss edirdim. Lakin mən mülki paltarı çox geyməyəcəyəm. Yalnız bir yay. 
  Sonra da... Moskvadakı Lazarev adına şərq dilləri institutuna gedəcəkdim. Buna qərar 
vermişdim, çünki oraya gedəndə ruslardan çox-çox irəlidə olacaqdım. Mənim üçün asan 
olan xarici dilləri öyrənmək işi ruslar üçün son dərəcə çətin olduğunu ta uşaqlıqdan 
bilirdim. Üstəlik Lazarev institutu tələbələrinin uniforması da bütün uniformaların ən 
gözəli idi. Bu uniforma al qırmızı pencək, qızılı yaxalıq, qızıl suyuna çəkilmiş xəncər, adi 
günlərdə belə taxılmasına icazə verilən yumşaq əlcəklərdən ibarət idi. Tələbələrin 
uniforma geyməsi mütləq lazım idi, yoxsa ruslar bizə hörmət etməzdilər. Rusların 
hörmətini qazanmasam Nino mənə ərə getməz. Ninonun Xristian olmasına baxmayaraq 
onun ilə mütləq evlənməli idim. Gürcü qadınları dünyanın ən gözəl qadınlarıdır. Əgər 
Nino məni istəməsə, nə etməliyəm? O zaman bir neçə igid gənci yanıma salıb onu 
qaçırmalıyam. Ninonu atımın tərkinə alıb İran sərhədlərini aşaraq Tehrana aparmalıyam. 
Orada da Nino mənə təslim olacaqdı. Çünki onun başqa çarəsi yoxdur! 
  Bakıdakı evimizin damından ətrafı seyr edərkən həyat çox gözəl və sadə görünürdü. 
  Nökərimiz Kərim çiynimə toxundu. “Vaxtdır” dedi. Ayağa qalxdım. 
  Həqiqətən də vaxt çatmışdı. 
  Üfüqdə, Nargin adasının arxa tərəfində üzən bir gəmi görünürdü. Xristian poçtunun 
gətirdiyi və teleqraf deyilən kiçikcik kağız parçasının üzərindəki yazılara inanmaq olsa idi 
o zaman əmim, üç arvadı və iki qulluqçusu ilə birlikdə həmin gəmidə olmalı idilər. Onları 
 
4

qarşılamağa getməli idim. Tələsik pilləkənlərdən aşağı endim. Faytona minib, səsli-küylü 
limana yollandım. 
  Əmim gerçəkdən hörmətli bir kişi idi. İran şahı Nəsrəddin böyüklük göstərərək ona 
“imperatorluq şiri” fəxri adını vermişdi. Həmin gündən bəri də kimsənin əmimə başqa bir 
şəkildə müraciət etməsinə izn verilmirdi. Onun üç arvadı, çoxlu nökərləri, Tehranda bir 
sarayı və Mazandaranda da ucsuz-bucaqsız torpaq sahələri və malikanələri vardı. 
Arvadlarından ən cavanı Zeynəbin xəstə olduğuna görə o Bakıya gəlirdi. Zeynəbin on 
səkkiz yaşı hələ tamam olmamışdı. Əmim onu o biri arvadlarından çox istəyirdi. Yazıq 
Zeynəbin uşağı olmurdu. Əmim də nəslini davam etdirmək üçün ondan bir oğlan uşağı 
istəyirdi. Zeynəbə nə Kərbəla dərvişlərinin tilsimləri, nə Məşhədli bilicilərin ovsunları, nə 
də eşq sənətində təcrübəli Tehran qoca qarılarının xeyri dəymişdi. Hətta bu məqsədlə 
Həmədana da getmişdilər. Orada qırmızı daşdan yonulmuş sirli baxışı olan böyük bir şir 
heykəli vardı. Kim bilir bu heykəl nə zamansa hansı unudulmuş krallar tərəfindən 
qoyulmuşdur. Əsrlərdən bəri qadınlar karvan kütləsi halında onu ziyarət edirdilər. Şirin 
qocaman sifətini öpür, sonra da hamilə olub ana olacaqları günləri ümidlə gözləməyə 
başlayardılar. Zavallı Zeynəbə o Şiri ziyarət etmək də bir fayda verməmişdi. Ona görə də 
onlar indi Bakıya gəlirdilər. Onlar buradakı həkimlərin əzəmətindən kömək umurdular. 
Zavallı əmim Bakıya gələrkən yaşlı və sevmədiyi arvadlarını da gətirmək 
məcburiyyətində qalmışdı. Çünki ənənə belə əmr edirdi: “Bir, iki, üç, hətta dörd arvad ala 
bilərsən. Amma onların hamısına bərabər münasibət bəsləmək şərtilə”. Arvadlara eyni 
münasibət isə Bakıya gələrkən hamısını yanında aparmaq deməkdir. Qanuna görə 
bunların mənimlə heç bir əlaqəsi yox idi. Qadın qisminin yeri sarayın daxili sakitliyidir: 
yəni iç hissəsidir. Ədəbli kişi qadınlarla danışmaz, onların arxasınca qaçmaz və onlara 
salam da yollamazdı. Qadın qismi kişinin sadəcə kölgəsidir. Hətta kişilər o kölgədə 
özlərini xoşbəxt hiss edirlər. Bu da doğru və ağıllı bir işdir. Bizim məmləkətdə bir söz 
vardı: “yumurtada qıl, qadında ağıl” olmaz. Ağlı başında olmayan yaranmışlar da daimi 
nəzarətdə olmalıdırlar ki, özlərinin və ətraflarındakıların başlarına bəla gətirməsinlər. 
Məncə, bu çox ağıllı qaydadır. 
  Kiçik gəmi körpüyə yan aldı. Sinələri tüklü, dənizçilər gəmidən körpüyə nərdivan 
endirdilər. Gəmidəki sərnişinlər: ruslar, ermənilər, yəhudilər torpağa ayaq basmağa elə 
tələsirdilər ki, elə bil hər dəqiqə onlar üçün qiymətli idi. Əmim gəmidən hələ çıxmırdı. O, 
həmişə deyərdi ki, “tələsik iş şeytan işidir”. Ancaq gəmidəki bütün sərnişinlər gəmini tərk 
edəndən sonra “imperatorluq şiri”nin yaraşıqlı gövdəsi göyərtədə göründü. Onun 
əynində ipək yaxalı bir libas, başında qara rəngli balaca bir xəz papaq, ayaqlarında isə 
yüngül başmaqlar var idi. Onun sıx-tüklü saqqalı ilə dırnaqları xınalı idi. Bu adət min il 
əvvəl İman Hüseynin haqq dini uğrunda tökmüş olduğu qanın xatirəsini anmaq əlaməti 
idi. Əmimin yorğun balaca gözləri vardı, yavaş-yavaş hərəkət eləyirdi. Onun ardınca 
həyəcanları açıqca duyulan, təpədən dırnağa qədər qara çarşablara bürünmüş, əmimin 
arvadları gəlirdilər. Onların dalınca da xədimağalar gəlirdilər. Xədimağalardan biri ağıllı 
simaya malik idi. ikincisinin sifəti qurumuş bir kərtənkələni andırırdı, üçüncüsü isə 
balacaboy, amma öz ağasının namusu və şərəfinin qarovulçusu olmaqdan qürurlanan bir 
adam idi. 
  Əmim yavaş-yavaş nərdivandan endi. Mən onu qucaqladım və ehtiramla onun sol 
çiynini öpdüm – əslində xalq arasında belə bir şeyə ehtiyac yox idi. Arvadlarına da heç 
 
5

gözucu da baxmadım. Biz faytona mindik. Əmimin arvadları ilə xədimağaları qapalı 
faytonlarla bizim arxamızca gəlirdilər. Dəstəmizin möhtəşəm görünməsi üçün Bakı əhli 
əmimin zənginlik və əzəmətinə heyran qalsın deyə faytona sahil yolundan sürməsi üçün 
faytonçuya əmr verdim. 
  Nino da bulvarda dayanıb, gülər gözləri ilə mənə baxırdı. Əmim isə alicənablıqla 
saqqalını sığallayaraq şəhərdə təzə nə xəbər olduğunu soruşdu. Mən ona yeni bir xəbər 
olmadığını dedim. Çünki vəzifəmin söhbətə xırda lazımsız xəbərlərlə başlamaq və 
gerçəkdən lazımlı olan xəbərlərə daha sonra keçməli olduğunu bilirdim. “Dadaş bəy 
keçən həftə Axundzadəni bıçaqlayaraq öldürdü. Axundzadə səkkiz il əvvəl Dadaş bəyin 
arvadını qaçırdığı üçün təhlükənin hələ sovuşmadığını bilə-bilə şəhərə qayıtmışdı. 
Axundzadə, şəhərə qayıdan gün bıçaqlandı. İndi polis Dadaş bəyi axtarır. Amma onu 
polis tapa bilməyəcək. Baxmayaraq ki, hamı Dadaş bəyin Mərdəkanda olduğunu bilirdi. 
  Çünki ağlı başında olan kişilər Dadaş bəyin çox düz hərəkət etmiş olduğunu söyləyirlər. 
  Əmim sözlərimi başı ilə təsdiqləyib dedi: 
  - Bəli, Dadaş bəy düz etmişdir. 
  Daha nə yeni xəbərlər vardır? Bəli, ruslar Bibiheybətdə yeni neft yataqları tapmışlar. 
Dənizin bir qismini təmizləyib neft axtarışına başlamaq üçün Nobel firması böyük birp 
alman maşını gətirtmişdilər. Əmim heyrət içində idi: “Allah, Allah!” deyərək üzgün bir 
tərzdə dodaqlarını tərpətdi. 
  - Evimizdə isə hər şey öz qaydasındadır. Allah izn versə bir həftəyə qədər gimnaziyanı 
bitirəcəyəm” - dedim. 
  Danışmağa davam etdim, yaşlı əmim də məni diqqətlə dinlədi. Nəhayət faytonumuz 
evimizə yaxınlaşanda mən gözlərimi yan tərəfə zilləyib sözarası dedim: 
  “Rusiyadan Bakıya adlı-sanlı bir həkim gəlib. Deyirlər ki, o, çox zəngin biliyə malikdir. 
Adamın üzünə baxan kimi onun keçmişini və hal hazırdakı vəziyyətini xəbər verir. 
  Darıxdığı üçün əmimin gözləri yarı qapalı idi. Tamamilə laqeyd tərzdə əmim o müdrik 
həkimin adını soruşdu. Mənim söylədiklərimdən əmimin məndən çox məmnun qalmış 
olduğunu anladım. Çünki bütün bunlar bizdə əxlaqın və alicənab tərbiyənin əlamətləri 
sayılırdı. 
   
  II 
   
  Düm-düz dama yumşaq, rəngarəng və üzərilərində cürbəcür naxışlar olan Qarabağ 
xalıları sərilmişdi. Axşam üstü xalıların üstündə atam, əmim və mən bardaş qurub 
oturduq. Bizim arxamızda əllərində fənər tutmuş xidmətçilər dayanmışdılar. 
Qabağımızdakı xalının üzərinə sərilmiş süfrə isə hər cür şərq yeməkləri ilə dolu idi: Ballı-
badamlı çörəklər, şəkərləndirilmiş meyvələr, kabab, bişmiş toyuq və kişmişli plov. 
Əvvəllər də olduğu kimi atamla əmimin incəliklərinə heyran idim. Onlar sol əllərini 
tərpətmədən sağ əlləri ilə lavaşdan kəsib içinə ət doldurub, dürmək düzəldərək ağızlarına 
qoyurdular. Əmim çox incəliklə sağ əlinin üç barmağını buğlanan yağlı plovun içinə saldı, 
və bir az plov götürdü. Onları küftə kimi yumurlayıb, bir düyünü belə yerə salmadan 
ağzına qoydu. 
  Çəngəl, bıçaqla yemək vərdişlərində ruslar bilmirəm nədən bu qədər öyünürlər. Hətta ən 
axmaq adam belə, bir ay ərzində bu cür yemək tərzini öyrənə bilər. Şəxsən mən çəngəl, 
 
6

bıçaqla çox rahat yemək yeməyi bilirəm və avropalıların ziyafət süfrəsində necə hərəkət 
etməyi də yaxşı öyrənmişəm. Lakin, on səkkiz yaşım olmasına baxmayaraq, mən atam və 
yaxud əmim kimi tam alicənablıqla yemək yeyə bilmirəm. Onlar yalnız sağ əlin üç 
barmağı ilə saysız-hesabsız şərq yeməklərini elə yeyib qurtarırdılar ki, hətta əllərinin üstü 
belə tər-təmiz qalırdı. Nino bizim yemək üslubumuza barbar üslubu kimi baxırdı. Kipiani 
ailəsinin evində daima masa arxasında oturub avropasayağı yemək yeyirdilər. Bizim evdə 
isə ancaq rus qonaqlarımız olduğu zaman yemək bu cür yeyilərdi. Nino, mənim xalça 
üstündə oturub əllərimlə yemək yediyimi görəndə dəhşətə gəlirdi. Amma Nino öz 
atasının ancaq iyirmi yaşına çatdıqdan sonra ilk dəfə çəngəl, bıçaq işlətməyə başladığını 
unudurdu. 
  Yemək sona çatdı. Biz əllərimizi yuduq, əmim qısa bir dua oxudu. Sonra yeməkləri 
süfrənin üstündən yığışdırdılar. Kiçik fincanlar içində tünd çay gətirildi. Yaxşı bir 
yeməkdən sonra əmim qoca adamlar kimi havadan, sudan və boş-boş şeylərdən 
danışmağa başladı. Atam heç danışmırdı, mən də susub oturmuşdum. Çünki adət belə 
tələb edirdi. Yalnız əmim söhbət edirdi və hər dəfə Bakıya gələndə etdiyi kimi sarayında 
çox mühüm, amma mənim üçün hələ də tam aydın olmayan bir rol oynadığı böyük 
Nəsrəddin şahın zəmanəsindən bəhs edirdi. Əmim sözünə davam edib dedi: 
  - ”Tam otuz il Şahən-şahın göz bəbəyi idim. Əlahəzrət üç dəfə Avropa səyahətinə 
çıxarkən məni də özü ilə aparmışdı. Bu səyahətlər zamanı mən, kafirlərin dünyası ilə 
hamıdan yaxşı tanış oldum. Biz kralların, kayzerlərin saraylarını və zamanın ən tanınmış 
xristianlarını ziyarət etdik. Qərblilərin dünyası qəribə bir dünyadır. Hamısından qəribəsi 
qadınlarına olan münasibət idi. Qadınlar, hətta kralların, kanslerlərin arvadları belə 
saraylarda çıl-çılpaq gəzirdilər. Onlara kimsə bir söz demirdi. Bəlkə xristianlar əsl mənada 
kişi deyillər, bəlkə də bunun daha bir başqa səbəbi vardır. Allah bilir səbəb nədir? 
  Əhəmiyyətsiz şeylər bu kafirləri qəzəbləndirirdi. Bir dəfə Şahənşah həzrətləri çarın 
sarayındakı bir ziyafətə dəvət edilmişdi. Çariça da onun yanında əyləşmişdi. Şahənşahın 
boşqabında yaxşı bir toyuq  budu vardı. Əlahəzrət o gözəl, yağlı toyuq budunu üç 
barmağı ilə çox zərif bir şəkildə tutaraq qaldırdı və çariçanın boşqabına qoydu: Çariçanın 
rəngi birdən-birə dəyişdi və qorxudan öskürməyə başladı. Sonradan Şahənşahın 
göstərdiyi bu nəzakət çar sarayındakı bir çox prinsi və böyük rütbəyə malik olan şəxsləri 
çaşdırdı. O gecəki ziyafətdən sonra fransız səfiri, çarın arvadını qolları arasına alıb 
eybəcər müsiqi müşayiəti ilə böyük ziyafət salonunda rəqs edirdi. Çarın özü və onun bir 
çox mühafizə zabitləri bu səhnəyə tamaşa edirdilər. Lakin onların heç biri çarın 
namusunu, şərəfini qorumağa qalxmadı... Berlində isə daha bir qəribə şeyin şahidi olduq. 
Bizi “Afrikalı qadın” operasına dəvət etdilər. Səhnəyə bir kök qadın çıxıb, eybəcər şəkildə 

: front -> files -> libraries -> 2421 -> books
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
libraries -> Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
books -> Esxatoloji perspektivdə avtoritarizm anatomiyası
books -> Nizami Gəncəvi. Fitnə
books -> Bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdaram. Əsasən də mənə daim dəstək olan dostlarıma


  1   2   3   4   5   6   7   8   9   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə