Qurban Səid (M.Əsəd Bəy). "Əli və Nino" (1937) kitabının birinci nəşrinin



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə1/17
tarix19.07.2017
ölçüsü2.8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   17


 
 


 
 
Qurban Səid (M.Əsəd Bəy). 
“Əli və Nino” (1937) kitabının birinci nəşrinin 
frontispisindəki şəkil 


 
Qafqazın Strateji Tədqiqatlar İnstitutu
 
          
SERİYA
 
        QAFQAZIN KLASSİKLƏRİ 
 
QURBAN SƏİD
 
 
 
 
 
 
 
 
 
Bakı
 
«Qafqaz»
 
2006
 


 
Seriyanın məsul redaktoru:
 
E
LDAR 
İ
SMAYILOV
 
 
Alman dilindən çevirəni: 
 
Çərkəz Qurbanlı
 
 
Redaktor:
 
prof. Sərxan Abdullayev
 
 
 
Qurban Səid. 
Əli və Nino. 
Bakı, «Qafqaz», 2006. - 252 səh. 
 
 
ISBN 9952-432-49-6 
 
      
 
Kitabda XX yüzilliyin əvvəllərində Bakıda cərəyan edən siyasi 
olaylar  azərbaycanlı  Əli  xanla  gürcü  qızı  Ninonun  məhəbbəti 
işığında  canlı  və  real  boyalarla  təsvir  olunur.  Əsəd  bəyin  Qurban 
Səid  təxəllüsü  ilə  yazdığı  bu  bədii  əsər  dünyada  ən  çox  oxunan 
romanlar  sırasına  daxil  olmuşdur.  Oxuculara  təqdim  olunan  bu 
roman  Azərbaycan  dilinə  ikinci  dəfədir  ki,  yeni  müəllif  tərəfindən 
tərcümə olunub çap etdirilir. 
 
 
4702000000-72 
 
   
Qrifli 
nəşr
 
N -  098 -2006 
 
 
                   
© Qafqazın Strateji
  
                               
Tədqiqatlar İnstitutu, 2006
   
      
© «Qafqaz» Nəşriyyat evi, 2006
 


 
HÖRMƏTLİ OXUCULAR!
 
 
     
 
Qafqazın  mühacir  yazıçılarının  yaradıcılığı  burjua-de- 
mokratik  ideyalarının  formalaşdığı,  milli  azadlıq  hərəkat-
larının fəallaşdığı dövrə təsadüf edir. Bu həm də o vaxtlar idi 
ki,  rus  burjua-demokrat  inqilabları  dünyanın  bir  çox  ölkə-
lərində  yeniləşmə  proseslərinin  sürətlənməsinə  və  nəticə 
etibarilə Qərb və Şərq mədəniyyətlərinin toqquşmasına gətirib 
çıxarırdı.
 
       Qafqaz  ədəbiyyatı  Şərq  dünyası  ilə  əsrlər  boyu  malik 
olduğu əlaqələri inkişaf etdirməklə yanaşı, eyni zamanda həm 
Rusiya,  həm  də  Qərbi  Avropa  ədəbiyyatı  ilə  burjua 
maarifçiliyi  ideologiyası  zəminində  münasibətlər  qururdu. 
Qafqazın  mühacir  yazıçıları  Qafqazın  mənəvi  dəyərləri  ilə 
Avropa şərh (yazı) üslubunu üzvi şəkildə birləşdirə bilirdilər - 
bu  onların  əsərlərinə  xüsusi  çalarlar  gətirirdi.  Əslində  həmin 
əsərlər 
Şərq 
və 
Qərbi 
Avropa 
mədəniyyətlərinin 
çulğalaşmasına birbaşa yardım göstərirdi. Beləliklə də, dünya 
ədəbiyyatının 
iri 
yolayrıclarında 
formalaşan 
Qafqaz 
ədəbiyyatı, o cümlədən XX əsrin əvvəllərində yazıb-yaratmış 
mühacir  yazıçıların  əsərləri  dünya  ədəbiyyatı  xəzinəsinə 
böyük töhfələr verirdi. 
       Həmin  mühacir  yazıçıların  ən  parlaq  nümayəndələrindən 
biri  də  Məhəmməd  Əsəd  bəy  idi.  Onu  geomədəniy-  yətin 
dünyaca  tanınan  klassiklərinə,  şübhəsiz  ki,  tam  haqla  aid 
etmək  olar.  Avropa  ədəbi  mühitində  (Almaniya,  Avstriya, 
İtaliya) alman dilində yazıb-yaratmış Əsəd bəy iyirmidən artıq 
klassik əsər miras qoymuşdur. Bu əsərlərin Avropada çoxsaylı 
tərcümələri və ədəbi-tənqidi araşdırmaları sayəsində Əsəd bəy 
XX  əsrin  ilk  yarısında  qloballaşma  proseslərinin  avrasiya 
sosial-mədəni mühitindəki səciyyəvi xüsusiyyətlərini obyektiv 
əks  etdirmiş  Azərbaycan  yazıçısı  kimi  bütün  dünyada 
tanınmışdır. 
   
 


 
 
      Böyük  yazıçımızın  100  illik  yubileyi  ərəfəsilərə  onun  şah 
əsərini  -  Qurban  Səid  təxəllüsü  ilə  yazdığl'  «Əli  və  Nino» 
romanını  diqqətinizə  təqdim  edirik.  Oxucular  arasında  çox 
populyar  olan  bu  roman  haqlı  olaraq  dünya  ədəbiyyatının 
incilərindən  sayılır.  Roman  son  40  il  ərzində  demək  olar  ki, 
bütün  qitələrdə  təkrar-təkrar  nəşr  edilmişdir.  Təkcə  1970-ci 
ildə  ABŞ-da  o  beş  dəfə  çap  olunmuş  və 
 
uzun  illər  ölkənin 
bestsellerləri siyahısında yer almışdır. İndiyədək roman 18 dilə 
tərcümə olunmuş, 50-dən artıq ölkədə işıq üzü görmüşdür. 
Bu kitabın sirri nədədir? Nədəndir ki, «Əli və Nino» romanını 
bu qədər nəşr edir və sevirlər? Nədəndir ki, bu dərəcədə fərqli 
insanlar - praqmatik almanlar və soyuqqanlı ingilislər, işgüzar 
amerikalılar və çılğın ispanlar
 
onu
 
eyni məhəbbətlə oxuyurlar? 
Bəlkə ona görə ki, «Qərb - Qərbdir, Şərq isə - Şərq; bunlar heç 
zaman bir araya gələ bilməyəcək» söyləyən Kiplinq yanılırmış 
və  ipsanların  qarşılıqlı  anlaşma  və  bütövləşmə  istəyi, 
həqiqətən  də  çox  güclüdür!  Bəlkə  «Əli  və  Nino»nun  uğuru 
ondan  qaynaqlanır
 
ki,  insanlar  uca,  ehtiraslarla  dolu  və  bir 
qədər də sirli Şərq ruhunun «açarını» tapmağa çalışırlar?! 
Romanın  qəhrəmanları  Əli  xan  Şirvanşir  və  Nino  Kipianıdir. 
Biri müsəlman azərbaycanlı oğlu, digəri xristian gürcü qızıdır. 
Hər ikisi öz dinlərinin ayələri və öz xalqlarının
 
dünyaduyumu 
ilə  tərbiyə  olunmuşlar.  Amma  bu  gəncləri  birləşdirən 
Məhəbbət səhnəyə çıxar-çıxmaz onlara  lap uşaqlıqdan təlqin 
edilən mənəvi ehkamlar kölgəyə çəkilir. 
        Əli və Nino - bir-biri ilə əbədi ziddiyyətdə qala-qala bir-
birinə can atan iki dünya - Şərq və Qərb, Asiya və Avropadır. 
Onlar  Avrasiya  materiki  kimi  bütövdürlər  ~  bu  materikdə 
yaşayan  insanların  qan  və  mədəniyyət  ümumiliyi  kimi.  O 
mədəniyyət  ki,  əsası  onlarca  əsr  qabaq  bəziləri  indi  də 
yaşayan,  bəziləri  isə  tarix  səhnəsindən  itmiş  xalqlarin  milli 
mədəniyyətlərinin qovuşub-yoğrulması ilə qoyulmuşdur. 
 
 


 
 Bu qarşılıqlı zənginləşmə XX əsrdə, elə indi də davam edir. 
       «Əli və Nino» sadə addır. Onu oxuyan kimi yaddaşımızda 
«Leyli  və  Məcnun»,  «Romeo  və  Culyetta»,  «Tristan  və 
İzolda»  canlanır.  Amma  o  sevgililər  arasında  ailəvi  və  sosial 
maneələr  durur.  XX  əsr  isə  öz  övladlarına  daha  sərt  yanaşır: 
onları  ayırmaq  üçün  bütün  dünyanı  ikiyə  bölür,  bir-birinin 
üstünə təkcə ailə və nəsilləri deyil, xalqları qaldırır, insanların 
qəlbinə  nifrət  toxumu  səpir,  hər  yerdə  zorakılıq  və 
mənəviyyatsızlıq  bayrağı  qaldırır.  Amma  Əli  və  Ninonun 
məhəbbəti hətta bu şəraitdə də Birinci Dünya müharibəsindən 
doğan  qaranlığa  qalib  gəlir,  çünki  onlar  bu  cahanşümul 
hadisələr  burulğanında  da  ən  mühüm  dəyərləri  -  insan 
ləyaqətini və Vətənə sədaqəti qoruyub saxlaya bilirlər. 
      Harada  doğulub  böyüməyimizdən  asılı  olmayaraq  Əli  və 
Nino  bizim  hər  birimizin  içində  yaşayır.  İnsanın  öz  ləyaqəti 
uğrunda  vuruşduğu  hər  yerdə  Əli  və  Nino  da  var.  Heç  fərq 
etməz  ki, o bu savaşı  kimə qarşı aparır  - nişanlısına sataşmış 
bir erməni alçağına, iranlı hərəmxana ağasına, yoxsa vətənini 
işğal  edərək  onun  dünyasının  məhvinə  çalışan  rus  ordusuna. 
Məhz elə buna görədir ki, oxumağa hazırlaşdığınız bu sirli və 
gözəl əsər hələ uzun əsrlər boyu yaşayacaq... 
 
Eldar İsmayılov 
seriyanın məsul redaktoru 
 
 
 
 
 
 
 
 


 
B
İ
R
İ
NC
İ
 
FƏSIL
 
 
      Biz  Bakıdakı  çar-rus  humanitar  gimnaziyasının  üçüncü  sinfində 
qırx  şagird  idik:  otuzu  müsəlman,  dördü  erməni,  ikisi  polyak,  üçü 
təriqətçi  və  bir  rus.  Professor  Saninin  bizə  şəhərimizin  qeyri-adi 
coğrafi vəziyyəti barədə dediklərinə ehtiramla qulaq asırdıq. 

Avropa  qitəsinin  təbii  sərhədləri  şimaldan  Şimal  dənizi, 
qərbdən  Atlantik  dənizi,  cənubdan  Aralıq  dənizi  ilə  sınırianır. 
Avropanın  qərb  sərhədi  Ural  boyunca  rus  imperiyasından  keçib 
Xəzər  dənizini  bölür  və  sonra  Cənubi  Qafqazdan  addayır.  Bəzi 
alimlər  Qafqaz  sıra  dağlarından  cənubdakı  ərazini  Asiyaya  aid 
etdikləri  halda,  digərləri  deyirlər  ki,  bu  yerlərə  də  Avropanın  bir 
parçası  kimi  yanaşmaq  lazımdır,  başlıcası  da  mədəni  inkişaf 
baxımından.  Deməli,  müəyyən  mənada  sizin  davranışınızdan  asılı 
olacaq  ki,  balalarım,  şəhərimiz  inkişaf  etmiş  Avropayamı,  yoxsa 
geridə qalmış Asiyayamı aid edilsin. 
        Əynində rus gimnaziya müəlliminin qızıl haşiyəli mundiri olan 
professor  özündən  razı  halda  gülümsədi.  Elmin  dərinliklərindən  və 
məsuliyyətin  ağırlığından  nəfəsimiz  durdu.  Sonra  arxa  cərgədə 
əyləşmiş Mehmet Haydar əlini qaldırıb dedi: 

Lütfən,  cənab  professor,  biz  məmnuniyyətlə  Asiyada 
qalmaq istərdik. 
       Şaqqanaqlı  gülüş  otağı  başına  götürdü.  Mehmet  Haydar  ikinci 
dəfəydi  ki,  üçüncü  sinfin oturacağından qopa  bilmirdi və  nəqədərki 
Asiyada  qalmaq  istəyirdi,  tam  imkanı  vardı,  bunu  üçüncü  kərə  də 
təkrarlasın.  Əslində  nazirliyin  qərarı  Rusiyanın  Asiya  hissəsindəki 
yerli sakinlərə, onlar buna layiq olduqları təqdirdə, istənilən müddətə 
sinifdə qalmağa icazə verirdi. 
Professor Sanin alnını düyünlədi: 

Belə,  Mehmet  Haydar,  deməli,  sən  asiyalı  qalmaq  istə-
yirsən? Qabağa gəl görək. Fikrini əsaslandıra bilərsənmi? 
Mehmet  Haydar  irəli  çıxdı,  qızarıb  susdu.  Ağzı  açıla  qaldı,  alnı 
düyünləndi, gözləri gic-gic qabağa zilləndi. Dörd erməni, iki polyak, 
üç təriqətçi və bir rus onun gicliyinə sevinəndə əlimi qaldırıb dedim:  


 

Cənab  professor,  mən  də  məmnuniyyətlə  Asiyada  qalmaq 
istəyirəm. 

Əli  xan  Şirvanşir!  Sən  də?!  Yaxşı,  çıx  irəli.  -  Professor 
Sanin alt dodağını irəli  uzadıb onu Xəzər dənizinin sahilinə  sürgün 
etmiş taleyini ürəyində lənətlədi. Sonra içini arıtlayıb ağır-ağır dedi: 
- Heç olmasa, sən öz fikrini açıqlaya bilərsənmi? 

Bəli. Asiyada mən özümü çox rahat hiss edirəm. 

Belə  dee.  Ömründə  bir  dəfə  haçansa  əsl  cahil  Asiya 
məmləkətində olmusanmı, məsələn, Tehranda? 

Əlbəttə, keçən yay. 

Aha!  Avropa  kültürünün  böyük  başarıları  orda  gözə  də-
yirmi, məsələn, avtomobil? 

Bəs  necə,  özü  də  lap  iriləri.  Otuz  və  daha  çox  adamlıq. 
Onlar şəhərin içində işləmir, əyalətdən əyalətə gedir. 

Onlar avtobusdur və dəmir yolunun yoxluğundan işləyirlər. 
Geriqalmışlıq da elə buna deyilir. Otur, Şirvanşir! 
Qalan asiyalılar xürrəmləşdilər və razılıqla mənə baxdılar. 
Professor  Sanin  pərtləşib  susdu.  Biz  şagirdləri  yaxşı  avropalı  kimi 
tərbiyə etmək onun vəzifə borcu idi. 

Sizlərdən  kimsə,  xaricdə,  məsələn,  Berlində  olubmu?  - 
qəflətən soruşdu. 
      Bugün  onunku  gətirmirdi:  təriqətçi  Maykov  əlini  qaldırıb  etiraf 
etdi  ki,  hələ  uşaq  ikən  Berlində  olub.  İyli,  nəm,  vahiməli  metronu, 
səsli-küylü dəmir yolunu və anasının ona dilimlədiyi donuz qaxacını 
yaxşı xatırlayır. 
      Biz otuz müsəlman dərindən mütəəsir olduq. Seyid Mustafa hətta 
bayıra  çıxmağa  icazə  istədi,  çünki  donuz  qaxacı  kəlməsi  onun 
ürəyini  bulandırmışdı.  Bakı  şəhərinin  coğrafi  vəziyyəti  barədəki 
müzakirə bununla tamamlanmış oldu. 
Zəng çalındı. Professor Sanin özündə bir yüngüllük duyub sinfi tərk 
etdi. Biz qırx şagird də bayıra cumduq. Böyük tənəffüs idi və ortada 
üç  imkan  vardı:  həyətə  qaçıb  qonşu  real  gimnaziyanın  şagirdlərini 
əzişdirmək,  çünki  onların  qızıl  düymələri  və  qızıl  kokardları  vardı, 
halbuki  biz  yalnız  gümüşlə  qənaətlənməli  olurduq;  bir-birimizlə 
ucadan  tatarca  danışmaq  ki,  ruslar  heç  nə  başa  düşməsinlər,  bir  də 
ona görə ki, bu, qadağan olunmuşdu; yaxud küçədən keçib özümüzü 

10 
 
müqəddəs çariça Tamarın qızlar litseyinə çatdırmaq. Mən sonuncuya 
üstünlük verdim. 
       
    Qızlar  ağ  önlükdə,  ənənəvi  mavi  məktəbli  geyimində  bağda 
gəzişirdilər. Əmim qızı Aişə mənə əl elədi. O, Nino Ki- piani ilə qol-
qola  tutub  gəzişirdi  və  Nino  Kipiani  dünyanın  ən  gözəl  qızı  idi. 
Onların hər ikisinə coğrafiya barədəki mücadi- lələrimdən danışanda 
dünyanın ən gözəl qızı dünyanın ən gözəl burnunu yığışdırıb dedi: 
-  Sənin ağlın hardadır, Əli xan?! Allahına şükür et ki, Avropadayıq. 
Asiyada  olsaydıq, gərək  mən örtülü gəzəydim, onda  məni ömründə 
görməzdin. 
       Elə  bil  məni  ildırım  vurdu.  Bakı  şəhərinin  coğrafi  durumu 
barədəki  şübhələr  məni  az  qala  dünyanın  ən  gözəl  gözlərinə  həsrət 
qoyacaqdı. 
       Qüssə  içində  dərsin  qalan  hissəsinə  girmədim.  Şəhərin  küçələri 
ilə  gəzişdim,  dəvələrə,  dənizə  baxıb  Avropa,  Asiya,  Ninonun  gözəl 
gözləri barədə düşündüm və daha da qəmləndim. Sir-sifəti əyiş-üyüş 
bir dilənçi mənə yaxınlaşdı. Ona pul verdim, kişi əlimi öpmək istədi. 
Mən əlimi qorxu içində geri çəkdim. Amma sonra düz iki saat şəhəri 
dolaşıb  həmin  dilənçini  axtardım  ki,  əlimi  öpsün.  Fikirləşdim  ki, 
xətrinə  dəymiş  olaram  və  vicdan  əzabı  keçirdim.  Onu  tapmaq 
mümkün olmadı. 
     Bütün bunların hamısı beş il bundan qabaq olmuşdu. 
     Bu beş ildə çox şey dəyişmişdi. Bizə yeni direktor gəlmişdi, o da 
ərklə  yaxamızdan  yapışıb  bizi  silkələyirdi,  çünki  gimnazistləri 
şillələmək ciddi qadağan edilmişdi. İlahiyyat  müəllimimiz təfərrüatı 
ilə  başa  salırdı  ki,  bizi  dünya  üzünə  müsəlman  kimi  gətirməkdə 
Allah Öz mərhəmətini əsirgəməmişdir. Sinfimizə iki erməni, bir rus 
əlavə olunmuş, iki müsəlman isə siyahıdan silinmişdi: biri ona görə 
ki, onaltı yaşında ikən evlənmişdi, digəri də ona görə ki, tətil zamanı 
qan düşmənləri tərəfindən qətlə yetirilmişdi. Mən, Əli xan Şirvanşir 
üç dəfə Dağıstanda, iki dəfə Tiflisdə, bir kərə Kislovodskda, bir kərə 
də İranda əmimgildə olmuşdum və bir dəfə az qalmışdı sinifdən sinfə 
keçə  bilməyim,  çünki  qerindiumu  qerindivumdan  ayıra 
bilməmişdim.  Atam  bu  barədə  məsciddə  molla  ilə  danışmış,  o  da 
demişdi  ki,  latın  dili  ümumiyyətlə  başdan-başa  giclikdir.  Bundan 

11 
 
sonra  atam  özünün  türk,  rus  və  fars  ordenlərinin  hamısını  sinəsinə 
taxıb direktorun yanına yollanmış, məktəbə hansısa bir fizika cihazı 
bağışlamış, mən də sinifdən sinfə keçirilmişdim. Məktəbdə təzəlikcə 
gimnaziya  şagirdlərinə  dolu  tapançalarla  binaya  girməyi  qadağan 
edən  bir  bildiriş  asmışdılar,  şəhərə  telefon  çəkilmişdi,  iki  kinoteatr 
açılmışdı və Nino Kipiani hələ də dünyanın ən gözəl qızı .idi. 
    
 İndi  bunların  hamısına  son  qoymağın  vaxtı  çatmışdı;  məktəbi 
bitirməkdən məni bircə həftə  ayırırdı və  mən evdə otağımda oturub 
Xəzər  dənizinin  sahilindəki  latın  dili  dərsinin  mənasızlığını  götür-
qoy edirdim.
 
      Evimizin  ikinci  qatında  gözəl  bir  otaq.  Buxara,  İsfahan  və 
Kəşandan  gətirilmiş  tutqun  xalçalar  divarları  bəzəyir.  Adi  insanın 
qavramadığı,  lakin  gözəlliyi  ilə  mütəxəssisi  heyran  qoyan  çeşnilər 
xalçaçının  fantaziyasında  canlanan  bağ  və  gölləri,  meşə  və  çayları 
əks  etdirir.  Bu  boyalar  üçün  lazım  olan  otları  uzaq-uzaq  çöllərin 
köçəri  qadınları  yabanı,  tikanlı  kolların  arasından  yığırdılar.  Şüş 
barmaqlar  sıxıb  onlardan  şirə  çıxarırdı.  İncə  boyaların  sirri  əsrlərlə 
ölçülür  və  toxucu  öz  sənət  əsərini  ərsəyə  gətirənə  qədər  bəzən  on 
ildən artıq bir vaxt keçir. Sonra xalça divardan asılır, ov səhnələrinin, 
cəngavər  döyüşlərinin  sirli  rəmzləri,  eyhamları  ilə  dolu,  yelənində 
naxışlı  yazılar,  Firdovsinin  bir  beyti,  yaxud  Səədinin  müdrik  bir 
kəlamı.  Xalçaların  çoxluğu  otağa  tutqunluq  gətirirdi.  Alçaq  bir 
divan, perlamutla süslənmiş kiçik bir kətil, çoxlu yumşaq balınc; və 
bütün  bunların  ortasında,  ahəngi  pozaraq  və  tam  mənasız  təsir 
bağışlayaraq,  qərb  elminin  kitabları:  kimya,  latın  dili,  fizika, 
triqonometriya  -  gic-gici  şeylər,  öz  barbarlıqlarını  ört-basdır  etmək 
üçün barbarların tapıntısı. 
       Kitabları  qapadım,  otaqdan  çıxıb  dar  şüşə  aynabəndlə  evimizin 
yastı damına qalxdım. Ordan öz dünyama, qədim şəhərin qalın qala 
divarlarına və girişində ərəb yazıları olan sarayın uçuqlarına tamaşa 
etdim.  Küçələrin  qat-qarışığında  incə  ovsarlı  dəvələr  löhrəmləyirdi 
ki,  adam  az  qala  onları  tu-  marlamağın  həsrətini  çəkirdi.
 
Qarşımda 
dəyirmi,  pəndəm  Qız  qalası  baş  qaldırırdı,  ətrafında  əfsanələrin  və 
əcnəbiləri gəzdirən bələdçilərin dolaşdığı qala. Qaladan o üzdə dəniz 
başlayırdı, tam donuq, qurğuşun rəngli və sirli Xəzər dənizi, arxada 
da  çöl  -  diş-diş  qayalar,  qum  və  tikanlı  əncər,  sakit,  lal,  yenilməz, 
dünyanın ən gözəl təbiət mənzərəsi. 

12 
 
      Mən  kirmişcə  damda  oturmuşdum.  Nəyimə  gərək  idi  başqa 
şəhərlər,  başqa  damlar  və  başqa  təbiət  mənzərələri?!  Mən  hamar 
dənizi, dümdüz çölü və onların qoynundakı bu qədim şəhəri, buraya 
gəlib  neft  axtaran,  çölü  sevmədiklərinə  görə  varlanıb  buranı  tərk 
edən səsli-küylü insanları sevirdim. 
     Nökər çay gətirdi. Çayı içib buraxılış imtahanı barədə düşündüm. 
Çox da narahat olmadım. Sinifdə qalsaydım,
  
o qədər də faciə sayılmazdı. Onda mülklərimizdə yaşayan kəndçilər 
deyəcəkdilər  ki,  alimlik  çabası  üzündən  elm  ocağından  ayrılmaq 
istəməmişəm.  Adam  doğrudan  da  məktəbi  tərk  etmək  istəmirdi. 
Gümüş  düyməli  mundir,  zərli  çiyinlik  və  ko-  kard  yaraşıqlı  idi. 
Mülki  işlərdə  özümü  tamam  batmış  sayırdım.  Fəqət  mən  mülki 
geyimi çox gəzdirməyəcəm. Yalnız bircə yay və sonra - elədir, sonra 
Moskvaya,  Lazarev  adına  Şərq  Dilləri  İnstitutuna  gedəcəm.  Buna 
özüm qərar vermişəm. Orda ruslardan bir addım öndə olacam, çünki 
onların  güc-bəla  öyrənməli  olduqlarını  mən  uşaq  yaşlarımdan  bili-
rəm. Bundan əlavə, Lazarev İnstitutunun mundirindən gözəl mundir 
yoxdur:  qırmızı  pencək,  qızılı  yaxalıq,  qızıl  suyuna  çəkilmiş  nazik 
xəncər,  adi  iş  günlərində  də  parad  əlcəyi.  İnsan  gərək  mundir 
geyinsin,  yoxsa  ruslar  adama  hörmət  eləmir,  ruslar  da  ehtiram 
göstərməyəndə  Nino  məni  özünə  ər  seçməz.  Amma  mən  Nino  ilə 
evlənməliyəm, onun xristian olmasına baxmayaraq. Gürcü qadınları 
yer üzünün ən gözəl qadınlarıdır. Bəs birdən istəməsə? Onda bir-iki 
bığıburma  oğlan  taparam,  alaram  Ninonu  atın  tərkinə  və  haydı  fars 
sərhədi üzərindən Tehrana. Belə olanda istəyər, daha istəməyib ney-
ləyəcək? 
     Bakıdakı  evimizin  damından  baxdıqda  həyat  doğrudan  da  gözəl 
idi. 
Nökər Kərim çiynimə toxundu. 
- Vaxtdır, - dedi. 
Yerimdən qalxdım. Doğrudan da vaxt idi. Nargin adasından o üzdə, 
üfüqdə  bir buxar gəmisi göründü.  Xristian teleqraf  məmurunun evə 
göndərdiyi  çap  olunmuş  kağıza  inanası  olsaq,  həmin  gəmidə  əmim 
üç arvadı və iki xacəsi ilə Bakıya gəlirdi. Mən onu qarşılamalıydım. 

13 
 
Tələsik  pilləkəni  aşağı  endim.  Fayton  tərpəndi.  Səs-küylü  limana 
doğru yol aldı. 
      Əmim  adlı-sanlı  kişilərdən  biri  idi.  Nəsrəddin  Şah  öz  iltifatı  ilə 
ona  Əsəd  Əddavleh  «Şah  Səltənətinin  Şiri«  titulunu  vermişdi.  Onu 
başqa cür çağırmaq olmazdı. Üç arvadı, çoxlu nökər-naibi, Tehranda 
bir  sarayı  və  Mazandaranda  iri  mülkləri  vardı.  Bakıya  arvadının 
birindən  yana  gəlirdi.  Bu,  kiçik  arvadı  Zeynəb  idi.  Onun  vur-tut 
onsəkkiz  yaşı vardı və əmim onu o biri arvadlarından çox istəyirdi. 
Qadının  dərdi  vardı,  uşağı  olmurdu,  əmim  də  məhz  ondan  uşaq 
istəyirdi.  Bu  məqsədlə  o,  Həmədana  getmişdi.  Orda  çölün  düzündə 
qızarttaq daşdan müəmmalı baxışlı bir şir heykəli vardı.  Onu adları 
az qala unudulmuş qədim padşahlar ucaltdırmışdı. Əsrlər boyunca  
 
qadınlar  bu  şirin  yanına  ziyarətə  gəlirlər,  onun  iri  cinsi  orqanından 
öpüb  analıq  ətası  və  uşaq  sevinci  arzulayırlar.  Şir  yazıq  Zeynəbə 
kömək  etməmişdi.  Eyni  ilə  də  Kərbala  dərvişlərinin  həmayili, 
Məşhəd  üləmalarının  ovsunları  və  Tehranın  sevgi  mütəxəssisləri 
sayılan  qarıların  sirli  sənəti.  Yerli  əqlin  gücü  çatmadığına  Qərb 
həkimlərinin başarısı ilə yetişmək üçün indi o, Bakıya gəlirdi. Yazıq 
əmim!  Sevgidən
 
məhrum  və  yaşlı  digər  iki  arvadını  da  özü  ilə 
gətirməli olmuşdu. Şəriət belə buyururdu: 

Sən bir, iki, üç və dörd arvad ala bilərsən, əgər onlara eyni 
gözlə baxacaqsansa. 
    Eyni  gözlə  baxmaq  da  o  deməkdir,  eyni  şeyi  hamısına  təklif 
edəsən, məsələn, Bakıya səfəri. 
     Düzünə  qalsa,  bütün  bunların  mənə  qəti  dəxli  yox  idi.  Qadın 
məsələsi evin sirri sayılırdı. Qanacaqlı adam onlardan söhbət salmır, 
onlar  barəsində  heç  nə  soruşmur  və  kimdənsə  onlara  salam 
göndərmir.  Onlar  ərlərinin  kölgəsidir,  həmin  ərlər  bu  kölgədə  çox 
vaxt özlərini yaxşı hiss etsələr də. Bu, daha yaxşı və daha ağıllı işdir. 
Bizdə bir atalar sözündə deyilir: «Qadının ağlı - toyuğun ağlı». Ağlı 
olmayan varlıqları gərək gözdən qoymayasan, yoxsa onlar özlərinin 
və başqalarının başına bəlalar açar. Məncə bu, müdrik düzəndir. 

14 
 
      Balaca gəmi bərəyə yaxınlaşdı. Tüklü, geniş sinəli matroslar eniş 
pilləkənini  qoydular.  Sərnişinlər  aşağı  cumdu:  ruslar,  ermənilər, 
yəhudilər, tələsə-tələsə; mən sahildə dayanıb hər anı sayırdım. Əmim 
görünmək bilmirdi. 

Tələskənlik şeytan əməlidir, - həmişə belə deyərdi. 
Yalnız bütün yolçular gəmini tərk etdikdən sonra «Şah 
Səltənətinin Şiri»nin nəcib siması göründü. 
      Əynində ipək yaxalıqlı sürtük, başında xırda, dəyirmi dəri papaq, 
ayağında  sürütləmə  vardı.  Saqqalına  və  dırnaqlarına  həna 
qoydurmuşdu,  hər  ikisi  də  şəhid  Hüseynin  min  il  bundan  qabaq 
həqiqi iman uğrunda axıtdığı qanın xatirəsi kimi. Onun xırda, yorğun 
gözləri  və  ağır  yerişi  vardı.  Arxasınca  başdan-ayağa  qalın,  qara 
çadraya  bürünmüş  üç  fiqur  yeriyirdi,  aşkar  həyəcan  içində:  onun 
arvadları.  Sonra  həmin  o  iki  xacə  gəlirdi,  biri  qurudulmuş 
kərtənkələnin  alimanə  sifəti  ilə,  digəri  isə  alçaqboy,  şişman  və 
məğrur - əlahəzrətin namus keşikçiləri. 
       Əmim  eniş  pilləkəni  ilə  ağır-ağır  yeriyirdi.  Onu  qucaqlayıb 
ehtiramla sol çiynindən öpdüm, baxmayaraq küçənin ortasında buna 
heç  lüzum  da  yox  idi.  Arvadlarına  heç  gözucu  da  baxmadım, 
Faytona mindik.
  
    
Qadınlar  və  xacələr  bağlı  ka-  retada  arxamizca  gəlirdi.  Elə 
azman bir mənzərə idi ki, şəhər əmimi layiqincə məftun etsin deyə, 
sahil  bağından  fırlanası  olduq.  Nino  sahil  bağında  dayanmışdı  və 
gülüş yağan gözləri ilə mənə baxırdı.
 
      Əmim  saqqalını  səliqə  ilə  sığallayıb  şəhərdəki  yeniliklər  barədə 
soruşdu. 

Elə  bir  şey  yoxdur,  -  sonradan  daha  vacib  məsələlərə 
keçmək  üçün  əhəmiyyətsiz  şeylərdən  başlamaq  vəzifəmi  başa 
düşərək  dedim.  -  Dadaş  bəy  ötən  həftə  Axundzadəni  xəncərlə 
doğradı,  çünki  Axundzadə  səkkiz  il  qabaq  Dadaş  bəyin  arvadını 
qaçırmasına baxmayaraq şəhərə qayıtmışdı. Elə şəhərə dönən gün də 
Dadaş bəy onu xəncərlədi. İndi polis onu axtarır, amma tapmayacaq, 
baxmayaraq  Dadaş  bəyin  Mərdə-  kanda  oturduğunu  hər  kəs  dəqiq 
bilir. Ağıllı adamlar deyir ki, Dadaş bəy düz eləyib. 
     Əmim  razılıq  əlaməti  olaraq  başını  tərpətdi.  Daha  yeni  bir  şey 
yoxdur ki?! 

15 
 

Bir  də,  Bibi-Heybətdə  ruslar  çoxlu  neft  tapıblar.  Nobel 
dənizdən bir parçanı torpaqla doldurub neft çıxarmaq üçün şəhərə iri 
bir alman maşını gətirib. 
Əmim bərk heyrətləndi. 

Allah,  Allah,  -  deyib  dodaqlarını  qayğılı-qayğılı  bir-birinə 
sıxdı. 

... bizdə hər şey qaydasındadır, mən də, inşallah, gələn həftə 
elm ocağı ilə üzülüşürəm. 
Bütün  vaxtı  beləcə  danışdım,  qoca  da  ehtiramla  qulaq  asdı.  Yalnız 
fayton evimizə yaxınlaşanda kənara nəzər salıb sözarası dedim: 

Şəhərə  Rusiyadan  məşhur  bir  həkim  gəlib.  Deyirlər,  çox 
bilikli insandır, adamın üzünə baxan kimi onun keçmişini və indisini 
görür və gələcəyini müəyyənləşdirir. 
       Darıxdığından  əmimin  gözləri  yarı  yumulmuşdu.  Guya  heç  nə 
ilə maraqlanmırmış kimi bu bilikli insanın adını soruşdu və gördüm 
ki, məndən razı qalıb.
 
      Zira  bütün  bunların  hamısı  bizdə  yaxşı  davranış  və  nümunəvi 
tərbiyə sayılırdı. 
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə