Enterebioz. Enterebioz pereral kontaktlı helimentoz, antroponozdur. İnsan invaziyanın vahid ocağıdır. Cinsi yetkin qurdlar nazik bağırsağın distal hissəsində,kor bağırsaqda, qalça və çənbər bağırsaqda parazitlik edir. Mayalanmış dişi qurdlar düz bağırsağa enir, anus dəliyindən aktiv surətdə çıxıb perenal nahiyyənin və aralığın dərisi üzərinə ymurta qoyur. Yumurtalarda yetkin mərhələyə çatmış sürfələr olur, onlar insanın dərisi üzərində 4-6 saat ərzində tam inkişaf edir. Bizquyruqla uoluxma autoinvaziya yolu ilə- yataq ləvazimatı, alt paltarları və s. vasitəsilə olur.
Entrebiozun sonrakı fazasında xəstələr əsasən perenal nahiyədə gicişmədən şikayətlənirlər ki, bu da onları ancaq gecələr narahat edir. Massiv invaziya zamanı gicişmə dözülməz olur, aralıq bud, qarın tənasül orqanları nahiyəsinə yayılıb, xəstəni həm gündüz, həm də gecə narahat edir.
Qaşınma nəticəsində piodermiya olur. Xəstələrin yuxusu pozulur, onlar əsəbi olur, iş qabiliyyətini itirir.
Bəzi xəstələrdə enterebiozun spesifik terapiyasının effektli olmaması, ümmumiyyətlə, sanitariya-gigiyena normalarına riayət edilməməsi nəticəsində təkrar autoinvaziya ilə əlaqədardır. Çox şiddətli qaşınma zamanı anestezin məlhəmi təyin edilir.
Dostları ilə paylaş: |