Balkan Savaşları başladığında Trablus-qərbdə vəzifə edən Dərnə Komandiri Mustafa Kamal və Mayor Nuri bəy, bu döyüşlərdə vəzifə almaq istədilər.[18] Mustafa Kamal, dövrün Osmanlı Hərbiyə Nəzarəti Ənvər bəyin də icazəsi ilə 24 Oktyabr 1912-ci ildə Trablus-qərbdən ayrılmışdır. 24 noyabr 1912-ci ildə qərargahı Bolayırda olan Bahri-sefit boğazı (Aralıq dənizi boğazı) qüvayi-mürəttəbəsi hərəkat şöbəsi müdirliyinə təyin edildi. Osmanlı ordusu burada general Stilian Georgiev Kovachev əmrindəki Bolqar 4-cü Ordusuna məğlub oldu. İyun 1913-cü ildə başlayan İkinci Balkan müharibəsində əmri altındakı birliklərlə Dimetoka və Ədirnəyə girdi.
27 oktyabr 1913-cü ildə Sofiya hərbi ataşəliyinə təyin edilərək yaxın yoldaşı Sofiya səfiri (elçisi) Fəthi bəyin (Okyar) emri altında çalışdı. Əlavə vəzifə olaraq Belqrad və Çətinə hərbi ataşəliyinə də icra etdi. Bu vəzifədə ikən 1 mart 1914-cü ildə podpolkovnik (məmur) yüksəldi.