R b a y c a n X z r d n z g m



Yüklə 24,14 Mb.
Pdf görüntüsü
səhifə22/55
tarix02.01.2022
ölçüsü24,14 Mb.
#2201
1   ...   18   19   20   21   22   23   24   25   ...   55
“Qaspi bolşeviki” qəzeti, 

3 oktyabr 1933-cü il, № 103

Zərbəçi teploxodun  

ehtiyacı zəif ödənilir

“Ağamalı oğlu” teploxodu ilə yarışan “Qo-

mintern” teploxodu neft daşınma planının ye-

rinə yetirilməsində heç də geridə qalmayır. Bu 

teploxod  sentyabr  ayında  9  reislik  planı  100 

faiz yerinə yetirmişdir. Oktyabr ayında dəxi 9 

reisdən 6 reisini edərək, orta hesabla planı 105 

faiz  yerinə  yetirmişdir.  Bütün  qomanda  plan 

uğrunda  mübarizədə  səfərbərliyə  alınmaqla 

sosyarış və zərbəçiliyə əhatə edilmişlərdir.

Aşağı  qomanda  makinaya  yaxşı  baxması 

və yanacağa qənaət uğrunda namuslu çalışma-

sı nəticəsində sentyabr ayının hər günündə sərf 

edilən yanacağın 10 % - nə qənaət edilmiş və 

buna görə də neft donanması tərəfindən 1500 

manatla mükafatlandırılmışdır.

Teploxod  hər  reisi  83  saata  getməli  ikən, 

qapitanın  idarə  etməsi  nəticəsində  axırıncı 

reisə  75  saat  getmişdir.  Oktyabrın  25-də  39 

nəfərlik ekipaja 8 cüt çəkmə və 6 cüt pencək 

verilmişdir.

Lakin bütün bu müvəffəqiyyətlərə baxma-

yaraq, bir sıra nöqsanlar da yox deyildir. Belə-

ki,  soyuqlar  başlandığı  halda  neft  donanması 

teploxodun yuxarı qomandasını hələ də isti pal-

tarlarla təmin etməmişdir. Ərzaqların verilməsi 

dəxi  qooperativ  tərəfindən  bəzən  gecikdirilir. 

Teploxodun  mədəni  ehtiyaclarının  ödənilmə-

si  yaxşı  qurulmamaqla  buraya  vaxtı-vaxtın-

da mədəni baza tərəfindən qəzetələr verilmir. 

Radionun aqqumlyatoru xarab olduğundan və 

mandalina,  balalayka  qarmon  və  sair  musiqi 

alətləri təmir olunmadığından, istifadəsiz qal-

dığı  halda  bu  xüsusda  Qaspi  hövzə  qomitəsi 

mədəni  yaşayış  sektoruna  məlumat  verilmiş-

dirsə də, heç bir tədbir görülməmişdir.

Teploxodun  bəzən  yanacaqla  yaxşı  təmin 

edilməməsi nəticəsində prostoy saatları əmələ 

gəlir. Məsələn, oktyabrın 18-də 32-ci körpüdə 

Azneft tetorq tərəfindən teploxoda sulu yana-

caq  verildiyindən  dənizdə  maşın  dayanaraq 

2  saat  prostoy  olmuş,  bu  xüsusda  akt  tərtib 

edilərək əlaqədar təşkilatlara xəbər verilmişsə 

də, heç bir nəticə çıxmamışdır.

Neft donanma müdiriyyəti, teploxodun bü-

tün ehtiyaclarını təmin edərək bir saat da olsun 

prostoya yol verməməklə, YIQ (b) F ZÖQ və 

AQ  (b)  F  BQ-nin  neft  daşınması  haqqındakı 

qərarlarını danışıqsız yerinə yetirməlidir.


Yüklə 24,14 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin