Azərbaycan xalqı öz
keçmişi, xüsusilə də fa-
şizmə qarşı müharibədə
iştirakı ilə fəxr edir. Bu
baxımdan İkinci Dünya
müharibəsinin veteran-
ları ən əziz və ən mötə-
bər insanlarımızdır.
Bu günlərdə biz –
Azərbaycan Dövlət Dəniz
Akademiyasının bir qrup
tələbəsi belə mötəbər in-
sanlardan birinə -101 yaşlı
müharibə veteranı Əhməd
Məmməd oğlu Mirzəyevə baş çəkdik.
Söhbət zamanı öyrəndik ki, sinəsini Bö-
yük Vətən müharibəsi ordeni, “Almaniya
üzərində Qələbəyə görə”, “Qafqazın mü-
dafiəsinə görə” medalları və sair təltiflər
bəzəyən Əhməd baba 1915-ci il mayın
8-də Bakıda doğulub. Energetika sahəsin-
də mühədis işləyib. Müharibə başlayanda
26 yaşı olub. Moskva ətrafında , Kalinin
cəbhəsi istiqamətində gedən döyüşlərdə
qəhrəmancasına vuruşub və belə döyüşlə-
rin birində gənc leytenant Əhməd Mirzə-
yev ağır yaralanır...
Amma Böyük Vətən müharibəsin-
dən 71 il ötsə də, o illərin ağrı-acıları nə
Əhməd babanın yaddaşından silinib, nə
də canından çıxıb. Oğlu Vadim bildirdi
ki, 10 il bundan əvvəl tibbi müayinədən
keçərkən həkimlər atasının kürəyində
qəlpə aşkarlayıblar.
Söhbət zamanı Əhməd baba ölkə-
mizdə müharibənin ağrı-acılarını görmüş
insanlara daim diqqət və qayğı göstəril-
məsindən razılıq etdi. Dedi ki, Ümum-
milli lider Heydər Əliyev Böyük Vətən
müharibəsi veteranlarının igidlik və şü-
caətlərini həmişə yüksək qiymətləndirib.
Ulu Öndərin layiqli davamçısı Prezident
İlham Əliyev də faşizmə qarşı müharibə-
nin iştirakçısı olmuş insanlara hər zaman
diqqət və qayğı ilə yanaşır. Dövlətimi-
zin başçısının həyata keçirdiyi mühüm
əhəmiyyətli tədbirlər hesabına müharibə
veteranlarının sosial müdafiəsi daha da
yaxşılaşır. Elə bu yaxınlarda - Qələbənin
71 illiyi ərəfəsində Azərbaycan Preziden-
tinin Sərəncamı ilə 1941-1945-ci illər
müharibəsi iştirakçılarına, həlak olmuş və
ya sonradan vəfat etmiş döyüşçülərin dul
arvadlarına, arxa cəbhədə fədakar əməyə
görə orden və medallarla təltif olunmuş
şəxslərə birdəfəlik maddi yardımın veril-
məsi də dövlətimizin başçısının veteran-
lara qayğısının bariz nümunəsidir.
Bütün bunlara baxmayaraq, zaman öt-
dükcə sıraları seyrəlir onların. Seyrəldik-
cə də daha çox mənəvi yardıma ehtiyac
duyurlar. Söhbət əsnasında da bunu hiss
etmək çətin deyildi.
Sonda Əhməd baba ilə xatirə şəkli
çəkdik və ona tez-tez baş çəkəcəyimizə
söz verdik.
Dostları ilə paylaş: |