ismixanov Əhmədxan Günəş oğlu – İstehsalat Xidmətləri İdarəsi
Əsaslı təmir sahəsinin rəisi
imanov Süleyman həmzə oğlu – “Bibiheybət” Gəmi Təmiri Za-
vodu Elektrik-quraşdırma bölməsinin gəmi elektrik quraşdırıcısı
Mikayılov Rəfail qərib oğlu – “Zığ” Gəmi Təmiri Zavodunun
direktoru
Əliyev Çingiz Mansur oğlu - Azərbaycan Dövlət Dəniz Akade-
miyasının rektoru
iyunun 26-da Azərbaycan Silahlı
qüvvələrinin yaranmasının 98-ci ildönü-
mü tamam oldu.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq
Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk
müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan
korpusu yaradılıb. Həmin il mayın 28-də qə-
bul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd
edilirdi ki, Azərbaycan özünü xarici mü-
daxilələrdən müdafiə etmək, daxili düşmən
qüvvələrini zərərsizləşdirmək üçün nizami
orduya malik olmalı, özünün silahlı qüvvələ-
rini yaratmalıdır. Hökumət tərəfindən 25 min
nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü.
Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi
təsis olundu, ilk müdafiə naziri isə Xosrov
bəy Sultanov təyin edildi.
Azərbaycanda ilk hərbi parad 1919-cu
ildə Bakıda indiki Muzey Mərkəzinin yerləş-
diyi ərazidə keçirilib. Qısa müddətdə Milli
Ordu Osmanlı imperiyasının Qafqaz İslam
Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları
erməni-bolşevik işğalından azad edə bilmişdi.
1920-ci ildə Azərbaycan sovet Rusiyası
tərəfindən işğal edildikdən sonra Hərbi Na-
zirlik ləğv olundu, ordumuzun 15 generalı
bolşeviklər tərəfindən güllələndi.
1991-ci ildə dövlət müstəqilliyinin bərpa-
sından sonra Azərbaycan Ordusunun yaradıl-
ması haqqında qərar qəbul edildi. Ümummilli
lider Heydər Əliyevin 1998-ci il 22 may tarix-
li qərarına əsasən, 26 iyun - Silahlı Qüvvələr
Günü elan olundu. 2011-ci il iyunun 26-da
Bakıda Silahlı Qüvvələrin Ali Baş Komanda-
nı, Prezident İlham Əliyev iştirakı ilə Silahlı
Qüvvələr Günü və müstəqilliyin bərpasının
20 illiyi münasibətilə müasir Azərbaycan Or-
dusunun hərbi paradı keçirildi. Növbəti hərbi
parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün
yaranmasının 95 illiyinə həsr edildi.
Son illər ərzində Azərbaycan hərbi po-
tensialını xeyli artırıb. Ölkəmizə ən müasir
silah-sursat, texnika, avadanlıq gətirilib. Ha-
zırda maddi-texniki təchizat və döyüş qabi-
liyyəti baxımından Azərbaycan Silahlı Qüv-
vələri Cənubi Qafqazın ən güclü ordusudur.
Ümummilli lider Heydər Əliyev siyasətinin
layiqli davamçısı olan Azərbaycan Preziden-
ti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin orduya göstərdiyi diqqət və
qayğı nəticəsində Silahlı Qüvvələrimiz son
illər sürətlə inkişaf edir. Bu gün ordu quru-
culuğu dövlətimizin başçısının diqqət mərkə-
zindədir. Ordunun döyüş hazırlığı səviyyəsi-
nin artırılması, onun müasir hərbi texnika və
vasitələrlə gücləndirilməsi, hərbi qulluqçula-
rın sosial-məişət şəraitinin yaxşılaşdırılması
istiqamətində müvafiq tədbirlər həyata keçi-
rilir.
Apreldə baş verən hərbi əməliyyatlar
dövlətimizin, Ordumuzun gücünü və qüdrə-
tini düşmənə və bütün dünyaya nümayiş et-
dirdi. Düşmən təxribatlarının qarşısını almaq
məqsədilə Silahlı Qüvvələrimizin bölmələri-
nin keçirdiyi əks-hücum əməliyyatı nəticəsin-
də işğal altındakı mühüm əhəmiyyətə malik
yüksəkliklər azad edildi. Bu döyüşlərdə zabit
və əsgərlərimizin göstərdiyi rəşadət xalqımı-
zın yaddaşında həkk olundu. Aprel hadisələri
zamanı Silahlı Qüvvələrimizə ən yüksək qiy-
məti Ali Baş Komandan İlham Əliyev verdi.
Prezident İlham Əliyevin Sərəncamı ilə
Azərbaycanda hərbi sənaye kompleksi ya-
radılıb. Azərbaycanda min addan çox hər-
bi təyinatlı məhsul istehsal edilir. Dünyanın
aparıcı beynəlxalq sərgilərində Azərbaycanın
hərbi məhsulları nümayiş olunur.
Son illər Azərbaycan Müdafiə Nazirliyi-
nin beynəlxalq hərbi əlaqələri də genişlənib.
Azərbaycan Ordusu beynəlxalq terrorizmə
qarşı mübarizədə fəallıq göstərir. Ölkənin
Sülhməramlı Qüvvələri Əfqanıstandakı koa-
lisiya əməliyyatlarında iştirak edir.
Azərbaycan müdafiə sektoruna dövlət
büdcəsindən yönəltdiyi vəsaitin həcminə görə
Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri-
ni bir neçə dəfə üstələyir. Ötən dövrdə əsas
diqqət ordunun maddi-texniki təchizatının
yenilənməsi, infrastrukturun yaradılması,
hərbçilərin məvaciblərinin artırılması, mən-
zil təminatının yaxşılaşdırılması, həmçinin
müdafiə sənayesinin inkişaf etdirilməsinə
yönəldilib. Bu gün dövlət qayğısı ilə hərtərəf-
li əhatə olunmuş Silahlı Qüvvələrimiz əldə
edilmiş nailiyyətlərlə kifayətlənmir, torpaqla-
rımızın ərazi bütövlüyünü və müstəqil dövlət-
çiliyimizi qorumağa qadir olan bütün imkan-
ları səfərbər edir.
Dostları ilə paylaş: |