Mənsur CÜMŞÜDOV,
Azərbaycan Dövlət Dəniz
Akademiyasının tələbəsi
Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyinin “Om” ye-
dək-təchizat gəmisinin “Bibi-
heybət” Gəmi Təmiri Zavo-
dunda dok təmiri yekunlaşıb.
Gəmi doka qaldırıldıqdan
sonra bütün gövdəsi təmiz-
lənərək rənglənib, zəruri
gövdə-qaynaq işləri aparılıb.
Gəmi təmirçiləri “Om”un
mexanizm və boru sistemlərində
lazımi yoxlama və təmir işləri
görüblər. Gəminin elektrik ava-
danlıqları və avtomatikası tənzimlənərək, istismara hazır vəziyyətə gətirilib, xidməti
və yaşayış otaqlarında heyətin çalışması və dincəlməsi üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, AXDG-nin yedək və təchizat gəmiləri dənizdəki neft-qaz yataq-
larının təminatında əhəmiyyətli rol oynayır. “Om” gəmisi də “Azneft” İstehsalat
Birliyi ilə müqavilə əsasında “Günəşli” yatağında aparılan əməliyyatlarda yaxından
iştirak edəcək.
Dostları ilə paylaş: |