Bakı qran-prisini 187 ölkədə
500 milyon tamaşaçı izləyib
Yarım milyard tamaşaçı auditoriyası ilə
dünyada ən çox izlənilən idman turnirlərin-
dən olan Formula-1 yarışının keçirilməsinin
Bakıya həvalə olunması Azərbaycanın bey-
nəlxalq idman aləmində qazandığı nüfuzun
göstəricisi hesab edilə bilər. Ölkəmiz birinci
Avropa Oyunlarından sonra Formula-1 kimi
mühüm yarışı da yüksək səviyyədə təşkil etdi
və bu mütəxəssislər, eləcə də pilotların özləri
tərəfindən yüksək qiymətləndirildi.
Formula-1 azarkeşlərinin, habelə turistlə-
rin ölkəmizə rahat gələ bilməsi üçün müva-
fiq prosedur sadələşdirildi və bununla bağlı
Azərbaycan Prezidenti İlham Əliyev bir neçə
sərəncam imzaladı. Dövlətimizin başçısı Av-
ropa Qran-prisinə hazırlıq işlərini də daim
nəzarətdə saxlayırdı. Azərbaycan Prezidenti
İlham Əliyev ilə görüşdə Berni Ekklstoun
Bakıda gördüyü inkişaf proseslərinin onda
dərin təəssürat yaratdığını, bu tədbirin Bakı-
da keçirilməsinin Azərbaycanda gedən inki-
şaf prosesləri ilə bağlı məlumatların dünyada
yayılması işinə xidmət edəcəyini bildirmişdi.
Təbii ki, mötəbər yarışlar ölkəmizin
sürətli inkişafını, Azərbaycan xalqının zəngin
mənəvi dəyərlərini, qonaqpərvərliyini bütün
dünyaya nümayiş etdirmək baxımından misil-
siz imkandır. Bu baxımdan dünyanın müxtəlif
ölkələrindən minlərlə Formula-1 azarkeşinin
ölkəmizə gəlməsi, həmçinin yarışı işıqlandır-
maq üçün 160-dək əcnəbi jurnalistin Bakıya
ezam olunması, ümumilikdə Qran-prini tele-
viziya vasitəsilə 187 ölkədə 500 milyon ta-
maşaçının izləməsi Azərbaycanın təbliğində
mühüm rol oynadı.
Dostları ilə paylaş: |