R b a y c a n X z r d n z g m


ölkə əHalisinin sayı cari ilin



Yüklə 26,96 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix02.01.2022
ölçüsü26,96 Mb.
#1678
1   ...   16   17   18   19   20   21   22   23   24
ölkə əHalisinin sayı cari ilin  

əvvəlinə 9705,6 min nəFər oluB

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



29 fevral 2016-cы il   № 9-12 (9015)

7


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


29 fevral 2016-cы il   № 9-12 (9015)

Baş redaktor

rasif iman oğlu

taHirov

ünvanımız:

az1003, Bakı şəhəri,

Xanlar küçəsi, 22

teleFonlarımız:

Baş redaktor

(050) 670-33-76

redaktor

(070) 252-39-02

qəzetin təsisçisi:

“azərbaycan Xəzər dəniz

gəmiçiliyi”

qapalı səhmdar 

cəmiyyəti

qəzet “dəniz” qəzetinin 

kompyuter mərkəzində 

yığılmış, səhifələnmiş və 

“azərbaycan” nəşriyyatında 

çap olunmuşdur

şəhadətnamə: 271

tiraj: 2000

sifariş: 29

8

Zəfər Beynəlxalq İdman Müka-

fatının 2015-ci il qalibləri müəyyən 

olunub. “Sportsman” jurnalının təsis 

etdiyi mükafat, Azərbaycan Gənclər 

və İdman Nazirliyi, Milli Olimpi-

ya Komitəsi və Azərbaycan İdman 

Jurnalistlərinin dəstəyi ilə hər il 

idman sahəsində fərqlənənlərə verilir. 

“Jumeirah Bilgah Beach Hotel”də 

keçirilən tədbirdə idmançılar, idman 

mütəxəssisləri, ictimaiyyət nümayən-

dələri, iş adamları, eləcə də incəsənət 

xadimləri iştirak edirdilər. 

Qeyd edək ki, 2007-ci ildən təqdim 

edilən  Zəfər  Mükafatı,  özünün  9  illi-

yində  beynəlxalq  status  qazanmağı  da 

bacarıb.  Beynəlxalq  İdman  Jurnalist-

ləri Assosiasiyasının üzvü (AİPS) olan 

“Sportsman”  jurnalı,  məhz  bu  təşkila-

tın baş katibini, əslən maltalı olan Çar-

li  Kamenzulini  “İdmanın  təbliğindəki 

xidmətlərinə  görə”  nominasiyasına  la-

yiq  görüb.  Cənab  Kamenzuli  AİPS-in 

Qətərdə  keçirilən  toplantısında  iştirak 

etdiyi üçün bu tədbirə qatıla bilməyib. 

Lakin,  həmin  toplantıda  Azərbaycanı 

təmsil edən AİJA prezidenti Eldar İsma-

yılov mükafatı sahibinə çatdırıb.  

Tədbirdə  iştirak  edən  Azərbaycan 

Gənclər  və  İdman  nazirinin  müavini 

İsmayıl  İsmayılov  qonaqları  salamla-

yaraq, ölkə idmanının uğurlarından da-

nışdı. O, 2015-ci ildə idmançılarımızın 

beynəlxalq arenada qazandıqları nailiy-

yətləri qeyd edərək, ilk Avropa Oyunla-

rının Bakıda keçirilməsinin yaddaqalan 

hadisə olduğunu dedi: “Ötən il ölkəmiz 

mötəbər turnirə evsahibliyi etdi. Birinci 

Avropa  Oyunları  paytaxtımızda  yük-

sək səviyyədə keçirildi. İdmançılarımız 

uğurlu çıxış edərək, azarkeşlərə böyük 

qələbələr  bəxş  etdilər.  Əldə  olunan 

nailiyyətlər  ölkə  rəhbərliyinin  idma-

na  göstərdiyi  diqqət  və  qayğının  bariz 

nümunəsidir.  İdmançılar  və  mütəxəs-

sislərlə  görüşlər  zamanı  Azərbaycan 

Prezidenti, Milli Olimpiya Komitəsinin 

prezidenti İlham Əliyevin bu sahəyə nə 

qədər  diqqət  göstərdiyinin  şahidi  olu-

ruq”.


İsmayıl  İsmayılov  “Sporstman”ın 

ölkə  idmanındakı  rolunu  xüsusi  qeyd 

edərək, yaradıcı kollektivə gələcək fəa-

liyyətində uğurlar arzuladı: “Uzun illər-

dir fəaliyyət göstərən jurnal öz dəsti-xət-

ti  ilə  idman  mediasında  yerini  tutub. 

Ənənəvi  təşkil  olunan  Zəfər  mükafatı 

“Sportsman”ın  uğurudur.  Mən  bu  işdə 

nəşrin kollektivnə uğurlar arzulayıram”. 

Bundan  sonra  qaliblərin  mükafat-

landırılması mərasimi başlanıb. Tədbi-

rin  rəsmi  hissəsindən  sonra  qonaqlar, 

şux musiqi sədaları altında mətbəximi-

zin ləziz təamlarından dadıblar.



Vidadi Baxşiyev

   ZƏfƏr

 

         BEynƏlxalQ idman mükafaTı

   2015

*  İlin idmançısı

* İlin əzmkar idmançısı

*  İlin məşqçisi

*  İlin idman hakimi

*  İlin federasiyası

* Ilin idman klubu

* İlin Fitnes Klubu

* İlin idman həkimi

* İlin idman nəşri

* İlin idman jurnalisti 

* İlin idman avtomobili

* İdmanımızın gələcəyi

* Azərbaycanın təbliğindəki xidmətlərinə görə

* Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə

* Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə

* Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə

* Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə

* Qarabağ cins atlarının qorunması və artırılmasındakı xidmətlərinə görə

* İdmanın təbliğindəki xidmətlərinə görə

* İdmanın təbliğindəki xidmətlərinə görə

İlham Zəkiyev

Elvin İsmayılov

Rəhman Hətəmov

Fuad Aslanov

Azərbaycan Güləş Federasiyası

“Zirvə” İdman Klubu

VİTRFİTNESS

Rəşad Mahmudov

“İdman” qəzeti

Rasim Mövsümzadə

Nissan Maxima

Hacaloğlu Ayşə Sevgi Ayxan qızı

Rasim Məmmədov

Abel Məhərrəmov

Yaşar Bəşirov

Naiq Məmmədhəsənov

Elnur İsayev

Yaşar  Quluzadə

Çarli Kamenzuli

Kristof Mousset

QaliB nOminanTlar

Yüklə 26,96 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin