Demokratik üslub
Demokratiya yunan sözü olub demos–xalq, kratos–
hakimiyyət sözlərindəndir, xalqın hakimiyyəti mənasını
43
ifadə edir.
Demokratik üslub idarəetmədə işçilərin hüquq bəra-
bərliyini, onların öz mövqeyini ifadə etmək, danışmaq,
azad surətdə fikrini bildirmək hüquqlarını və imkanlarını
nəzərdə tutur.
Demokratik üslubda əsas qərarlar kollegial qaydada
qəbul edilir. Bu üslubda aşağıdakı prinsiplər əldə rəhbər
tutulur:
1. Qərarları kollegial qaydada qəbul etmək;
2. Yuxarı vəzifələrə seçmək və seçilmək hüququ;
3. Müstəqil surətdə informasiya əldə etmək;
4. Vəzifələrin yerinə yetirilməsi zamanı yuxarıda
gələn diktələrə deyil, qanunlara riayət etmək;
5. Müəssisədə insan hüquqlarını qorumaq.
Demokratik təbiətli rəhbər hakimiyyəti kollektivlə və
ya onların nümayəndələri ilə bölüşür, idarəetmənin kolle-
giallıq, demokratik mərkəziyyət, bərabər hüquqluluq prin-
siplərini tətbiq edir, sosial metodların tətbiqinə daha çox
üstünlük verir.
Avtokrat üslub
Avtokrat sözü latın dilində hakimiyyət, təsir demək-
dir. Avtokratiya yunan dilində avto özü, kratiya hakimiy-
yət deməkdir. Avtokratizm əsasən hakimiyyətin siyasi for-
masıdır. Bu cür idarəetmə forması müəssisə və təşkilatlar
üçün də xarakterik olur. Avtoritar hakimiyyəti aparan sub-
yekt şəxs və ya qrup ola bilər. Yəni hakimiyyət bir nəfərin
və ya qrupun əlində cəmləşir. Avtokrat rejimdə qərarları
təkbaşına formada rəhbərlər qəbul edir, idarəetmənin aşağı
sferaları yalnız icraçı kimi çıxış edirlər. Avtokrat rejim
özü də totalitar və avtoritar rejimlərdən ibarətdir.
44
Avtokrat üslubda rəhbərlər bütün hakimiyyəti əlində
cəmləşdirməklə idarəetmənin vahid rəhbərlik (və ya tək
başına) prinsipinin tətbiqinə üstünlük verirlər. Bu cür rəh-
bərlər işçinin motivə olunmasında inzibati üsullara daha
çox üstünlük verir, onları məcbur etməklə, hədələməklə,
cəza tədbirləri tətbiq etməklə işləməyə məcbur edirlər.
Avtokrat üslubda qeyd etdiyimiz kimi, bəzən rəhbər
hakimiyyətin idarə edilməsinə hər hansı bir şəxsi və ya
qrupu cəlb edir. Lakin yenə də həmin rəhbər özünü hakim
şəxs kimi təqdim edir.
2.5. Menecmentin prinsipləri
Prinsip latın sözü olub, “əsas” deməkdir. Prinsip an-
layışı öz mahiyyət və məzmununa görə fəaliyyətin həyata
keçirilməsi qaydalarını özündə əks etdirir. Prinsip idarəet-
mənin metodları və funksiyaları sistemində aparıcı möv-
qeyə malikdir. Çünki idarəetmənin prinsipi idarəetmə fun-
ksiyalarının həyata keçirilməsində müdirlərin əldə rəhbər
tutduqları ideyaları, qanun və qaydaları özündə əks etdirir.
Təşkilatın idarəetmə prinsipləri idarəetmə sisteminin
strukturuna və təşkilinə olan tələbləri müəyyən edir. Yəni
təşkilatın idarə edilməsi bütün səviyyələrdən olan mene-
cerlərin əldə əsas tutduqları idarəetmə prinsipləri vasitəsilə
həyata keçirilir. Bu qaydalar menecerin davranış xəttini
müəyyən edir.
1912-ci ildə Amerika meneceri T.Emerson tə-
rəfindən idarəetmənin səmərəli prinsiplərindən “Məhsul-
darlığın on iki prinsipi” kitabında bəhs edilmişdir. Lakin
əməyin elmi təşkilinin əsasını qoyanlardan biri, “inzibat-
45
çılıq nəzəriyyəsi”nin yaradıcısı A.Fayol idarəetmə prin-
siplərinin sayının qeyri-məhdud olması barədə fikirlərini
irəli sürmüşdür. Çünki idarəetmədə tətbiq edilən hər hansı
qayda idarəetmənin prinsipləri arasında öz yerini tutur.
İdarəetmə prinsiplərinə aşağıdakıları aid etmək olar:
Sistemlilik prinsipi. Sistemlilik prinsipi idarəetməyə
sistem kimi baxmağı və idarəetməyə sistem halında ya-
naşmanı nəzərdə tutur. Bu prinsip idarəetmə prinsiplərinin
idarəetmə sisteminin bütün tərəflərinə, elementlərinə,
funksiyalarına tətbiqini tələb edir.
Elmilik prinsipi. Bu prinsipin əsas məzmunu elə bir
tələbdən ibarətdir ki, təşkilatda atılan bütün məqsədli ad-
dımlar, yerinə yetirilən fəaliyyət elmi cəhətdən əsaslan-
dırılmalıdır. Çünki idareətmə elmi daim tədqiq olunur və
inkişaf edir. Rəhbərlər, menecerlər idarəetmə elminə dair
nəzəri biliklərə daha çox malik olarlarsa, təcrübədə onların
fəaliyyəti elmi əsaslara söykənərsə nəticə uğurlu olar.
İnteqrasiya prinsipi. İnteqrasiya prinsipi idarəetmə
fəaliyyətinin həyata keçirilməsində inkişaf etmiş müəssi-
sələrin təcrübələrindən istifadə edilməsini, beynəlxalq ida-
rəetmə sistemlərinə inteqrasiya olunmasını nəzərdə tutur.
Hüquq və məsuliyyət prinsipi. Bu prinsip tələb edir
ki, hər bir şəxs öz hüquqlarından istifadə etməli, üzərinə
düşən vəzifələri yerinə yetirməli və nəticəyə görə cavab-
dehlik daşımalıdır.
Tabeçilik prinsipi. Tabeçilik prinsipi idarəetmənin
əsas və başlıca prinsiplərindən biridir. Tabeçilik prinsipi
idarəetmənin yuxarı və aşağı pillələrinin bir-birindən asılı-
lığını təmin edir. Bu prinsip yuxarı səviyyədən gələn qə-
rarların, tapşırıqların, göstərişlərin, sərəncamların aşağı sə-
46
viyyələrdə lazımi qaydada icra olunmasını, yerinə yetiril-
məsini nəzərdə tutur. Aşağı struktur vahidinin hansı yuxa-
rı struktur vahidindən asılılığı müəssisənin təşkilati struk-
turu, daxili qaydaları, təlimatları əsasında müəyyən olunur
və tabeçilik münasibətləri qeyd–şərtsiz yerinə yetirilir.
Bərabərlik (bərabər hüquqluq) prinsipi. Bərabərlik
prinsipi eyni idarəetmə səviyyəsində fəaliyyət göstərən st-
ruktur vahidləri və ya funksional icraçıların bərabər hü-
quqlara malik olması ilə xarakterizə olunur. Çünki bəra-
bərlik prinsipi əsasında səlahiyyət və əmək bölgüsünün
həyata keçirilməsi, onlar arasında qarşılıqlı əlaqənin, sağ-
lam ünsiyyətin formalaşmasına nail olmaq mümkündür.
Obyektivlik prinsipi. Obyektivlik (ədalətlilik) prinsi-
pi rəhbərlər tərəfindən həyata keçirilməsi tələb olunan
əsas prinsiplərdən biridir. Obyektivlik prinsipi, əsasən qə-
rarların qəbul olunmasıda, əmək bölgüsünün, vəzifə böl-
güsünün həyata keçirilməsində, kadrların işə qəbulu, hərə-
kəti və işdən azad olunmasında, onlar haqqında inzibati
tədbirlərin görülməsində istifadə olunur. Ədalətli qərarlar
təşkilatda hüquq bərabərliyini təmin edir, müəssisədə sağ-
lam sosial-psixoloji mühitin formalaşmasına səbəb olur,
motivləşmənin, stimullaşdırmanın əsasını təşkil edir.
Müstəqillik prinsipi. Müstəqillik prinsipi hər bir
işçiyə əmək fəaliyyətində azadlıq və sərbəstlik verilməsi
ilə əlaqədardır. Bu prinsip işçinin öz bacarığından, peşə
vərdişlərindən, fəaliyyət imkanlarından müstəqil surətdə
istifadə etməsinə şərait yaradır, onun təşəbbüskarlıq, nova-
torluq qabiliyyətinin inkişafına səbəb olur.
Vahid rəhbərlik prinsipi. Vahid rəhbərliyin mahiyyə-
ti ondan ibarətdir ki, müəssisə rəhbəri onun səlahiy-
47
yətlərinə daxil olan məsələləri təkbaşına həll etmək
hüququna malikdir. Əslində bu təşkilatın rəhbərinə və ya
menecerlərinə idarəetmə funksiyalarının yerinə yetirilməsi
üçün geniş səlahiyyətlərin verilməsidir. Lakin bu prinsip
əsasən kiçik müəssisələr üçün səciyyəvidir. Bəzən böyük
müəssisələrdə də bu prinsip tətbiq olunur ki, həmin müəs-
sisələrdə idarəetmə fəaliyyətində, qərarların qəbul edilmə-
sində kollektivin deyil, rəhbərlərin iradəsinə daha çox
üstünlük verilir. Bu prinsipdən idarəetmənin avtokrat
üslubunda daha geniş istifadə edilir.
Kollegialılıq prinsipi. Bu prinsip müxtəlif səviyyəli
rəhbərlərin, icraçıların, habelə kollektivin rəyi əsasında
qərarların işlənib hazırlanmasını nəzərdə tutur. Kolle-
gialılıq prinsipində qərarlar kollektivin müzakirəsinə veril-
dikdən və müzakirə süzgəcindən keçdikdən sonra qəbul
olunur. Əsasən strateji qərarların qəbul edilməsində bu
prinsipdən istifadə olunur. Kollegialılıq prinsipi idarə-
etmənin demokratik üslubunda daha geniş formada tətbiq
edilir.
Demokratik mərkəziyyət prinsipi. Bu prinsip təşkila-
ti-struktur vahidlərinin vahid rəhbərə tabe olmasını və bu
tabeçiliyin demokratik prinsiplər əsasında həyata keçirmə-
sini tələb edir. Hakimiyyət müəssisədə rəhbərə məxsus
olur, lakin demokratiyanın səviyyəsindən asılı olaraq aşağı
rəhbərlər arasında səlahiyyətlər formasında bölünür. Təş-
kilatda ümumi və strateji məqsələrin müəyyən olunması,
ümumi nəzarətin həyata keçirilməsi, struktur vahidlərinin
koordinasiyası vahid mərkəzdən gəlir. Deməli, demokratik
mərkəziyyət prinsipi demokratik qaydalar əsasında haki-
miyyətin təşkilatın yuxarı pillələrində cəmləşməsinə
48
əsaslanır. İdarəetmənin aşağı səviyyələri isə, tabeçilik mü-
nasibətləri əsasında rəhbərin ətrafında birləşməli, yuxarı-
dan gələn qərarları icra etməlidirlər.
Sahə və regional idarəetmənin əlaqələndirilməsi
prinsipi. Bu prinsip sahə strukturları ilə regional struktur-
ların fəaliyyətinin əlaqələndirilməsini tələb edir. Çünki,
bir sıra müəssisələr özünün regional strukturuna malik
olurlar. Regional strukturların tərkibində sahə strukturları
fəaliyyət göstərir. Bu prinsip müəssisənin regionlarda
fəaliyyət göstərən sahə strukturlarının mərkəzi idarəetmə
aparatından idarə olunmasını və onların koordinasiya
olunmasını nəzərdə tutur.
49
FƏSİL III. MENECMENTİN FUNKSİYALARI
3.1. Planlaşdırma funksiyası. Biznes – plan
Planlaşdırma menecmentin ilkin funksiyasıdır və o,
təşkilatın qarşıya qoyduğu məqsədə çatmaq yollarını və
mərhələlərini özündə birləşdirir. Plan–qarşıya qoyulan
məqsədləri, onların məzmununu, ardıcıllığını, müəyyən
müddət ərzində onlara nail olunması yollarına dair fikirləri
və ideyaları özündə əks etdirir.
Planlaşdırma prosesi planların tərtib edilməsi ilə əla-
qədar bir prosesdir. Planlaşdırma prosesi qərarların qəbul
edilməsi və reallaşdırılması ilə əlaqədar təsəvvürlərin sis-
temləşdirilməsi mexanizmdir. Planlaşdırmanın idarəçilik
fəaliyyəti baxımından aşağıdakı funksiyaları vardır:
1. Məqsədin müəyyən edilməsi.
2. Proqnozlaşdırma.
3. Layihələşdirmə.
4. Daxili koordinasiya.
5. Ehtiyatların bölüşdürülməsi.
Müddətinə görə planlar 3 növə bölünür:
1. Qısa müddətli planlar (Qısa müddətli planlar bir
ilədək olan müddəti əhatə edir).
2. Orta müddətli planlar (Orta müddətli planlar iki il-
dən dörd ilədək olan müddəti əhatə edir).
3. Uzun müddətli planlar (Uzun müddətli planlar isə
beş ildən yuxarı müddəti əhatə edir).
Planlar təsərrüfat fəaliyyətinin iqtisadi mahiyyəti və
məzmununa görə aşağıdakı kimi təsnifləşdirilir:
1. Strateji planlar.
2. Taktiki planlar.
50
3. Cari planlar.
4. Operativ planlar.
Strateji planlar beş ildən yuxarı olan dövrü əhatə
edir. Strateji planlar müəssisənin strategiyasının, onun
fəaliyyət istiqamətlərinin, perspektiv inkişafının müəyyən-
ləşdirilməsindən ibarətdir. Strateji planlar yeni və mütə-
rəqqi məhsulların istehsalını, müəssisənin rəqabət qabiliy-
yətinin möhkəmləndirilməsini nəzərdə tutur.
Strateji məqsədlərə aşağıdakılar aiddir:
1. Fəaliyyət istiqamətlərinin seçilməsi.
2. İstehsal olunacaq məhsul növünün seçilməsi.
3. Kapital qoyuluşunun həyata keçirilməsi.
4. Mövcud istehsalın təkmilləşdirilməsi.
5. Perspektivlərin müəyyən olunması.
6. Təşkilatın rəqabət qabiliyyətinin möhkəmləndiril-
məsi və s.
Strategiya təşkilatın mövcudluğuna dair əsas suallara
cavab verir. Strategiya təşkilatın zəif və güclü tərəflərini
araşdırır, imkanları və gözlənilən təhlükələri müəyyənləş-
dirir. Strategiya xarici mühitdə dəyişkənliyə reaksiya ve-
rilməsinin vasitəsidir.
Strategiya uzun müddətli layihələr əsasında işlənilir.
Həmin layihələrin işlənməsi zamanı düzgün ətraflı məlu-
matlar toplusundan istifadə etmək lazım gəlir.
Strateji planlar şirkətin hansı biznes fəaliyyəti ilə
məşğul olacağını və bu istiqamətdə həyata keçiriləcək və-
zifələri özündə əks etdirir. Bundan sonra biznes vahidinin
daxilində daha dəqiq planlaşdırma baş verir. Strateji məq-
sədlər marketinq, maliyyə, informasiya, istehsal, nəzarət
sahələr üzrə birgə işlənir.
Taktiki planlar strategiyaya nail olmaq üçün müəs-
51
sisəni müxtəlif vaxtlarda müəyyən fəaliyyət mövqelərinə
çıxarır. Taktiki planlar strateji plana nail olmaq üçün takti-
ki gedişləri, mərhələləri, dövrləri özündə əks etdirirlər.
Cari planlar isə bir illik cari dövrü əhatə edir. Həm
taktiki, həm də cari plan strateji planlara nail olunmasına
xidmət edir. Cari plan uzun müddətli maliyyə-təsərrüfat
fəaliyyətini illər üzrə özündə əks etdirən aralıq plandır.
Cari planlara bir illik istehsal, maliyyə, maddi-texniki təc-
hizat, satış və s. planlar aiddir.
Operativ planlar fəaliyyət dövründə baş vermiş
mənfi dəyişikliklərin və onun yaratdığı problemlərin dər-
hal aradan qaldırılmasına xidmət edir. Operativ tədbirlər
planı aşağıdakı məsələlərin həllini özündə cəmləşdirir.
1. Dəyişikliklərin və onların yaranma səbəblərinin
öyrənilməsi.
2. Dəyişikliklərin və onların yaranmasına təsir edən
amillərin təhlil edilməsi və təsir dərəcələrinin minimuma
endirilməsi.
3. Dəyişikliklərin və onların yaratdığı problemlərin
nəticələrinin dərhal aradan qaldırılması.
4. Müəssisədə həmin dəyişiklik və problemlərin ya-
ranmaması üçün profilaktik tədbirlərin görülməsi.
Planlaşdırmanın aşağıdakı prinsipləri mövcuddur:
1. Planların ardıcıllığı prinsipi. Qarşıya qoyulan
məqsədə nail olmaq yollarının və müddətlərinin ardıcıllığı
düzgün müəyyənləşdirilməlidir.
2. Planların reallığı prinsipi. Planda nail olunması
nəzərdə tutulan göstəricilər və nəticələr reallığa uyğun ol-
malıdır.
3. Planların aydınlığı prinsipi. Planlar aydın, başa
düşülən tərzdə tərtib edilməlidir. Çünki ayrı-ayrı şöbələr
52
və bölmələr onun müddəalarını başa düşməli və fəaliyyət-
lərində tətbiq etməlidirlər.
4. Planların çevikliyi prinsipi. Planlar situasiyanın,
yaranmış vəziyyətin tələblərinə uyğun olaraq çevik for-
mada dəyişdirilmək imkanına malik olmalıdır.
Biznes-plan. Planlaşdırmanın həyata keçirilməsində
biznes–planların əhəmiyyəti və mahiyyəti olduqca böyük-
dür. Biznes–planlar əsasən biznes sahələri üçün nəzərdə
tutulan plan sənədidir. Biznes–planlar biznes sahələrinin
inkişaf perspektivlərinin, iqtisadi səmərəliliyin göstəricisi-
dir. Biznes-planlar müəssisənin sanki güzgüsüdür.
Biznes-planlar müəssisənin istehsal və maliyyə-tə-
sərrüfat fəaliyyətinin geniş proqramıdır. Biznes-plan yeni
ideyaların həyata keçirilməsini, mövcud istehsalın geniş-
ləndirilməsini əhatə edir. Həmçinin biznes-plan müəssisə-
sinin keçmiş, indiki və gələcək fəaliyyətinin qısa yazılmış
şərhidir.
Biznes-plan həm müəssisədaxili, həm də müəssisə-
xarici sənəddir. Biznes-plan ona görə müəssisənin xarici
sənədidir ki, digər müəssisələr, rəqiblər, tərəfdaşlar, alı-
cılar, sifarişçilər müəssisə haqqında informasiya almaq
istədikdə, onlar biznes-planın məlumatlarına istinad edə
bilərlər. Biznes–plan ona görə müəssisədaxili sənəddir ki,
müəssisənin daxili strukturları biznes-planın onlara aid
olan bölmələrini əldə rəhbər tutaraq fəaliyyət göstərirlər.
Biznes-plan bir neçə bölmələrdən ibarət olur. Biznes-
planın ən çox istifadə olunan bölmələri aşağıdakılardır:
1. Biznes-plan haqqında qısa xülasə;
2. Müəssisə haqqında məlumat;
3. Təşkilati plan;(Təşkilati struktur)
4. Marketinq planı;
53
5. İstehsal planı;
6. Maddi-texniki təchizat planı;
7. Satış planı;
8. Maliyyə planı;
9. Mənfəət planı;
10. Layihənin iqtisadi səmərəliliyi.
Birinci bölmədə biznes-plan haqqında ümumi məlu-
mat verilir. Yəni biznes-plan hansı məqsəd üçün tərtib
olunub, fəaliyyətin hansı tərəflərini və hansı istiqamətləri-
ni əhatə edir, hansı müddət üçün nəzərdə tutulur. Bu böl-
mə yeni layihə üçün lazım olan kapital qoyuluşunun həc-
mini də müəyyən edir.
İkinci bölmədə müəssisənin özü haqqında məlumat
verilir. Burada müəssisənin fəaliyyət sferaları, onun möv-
cud vəziyyəti və iqtisadi durumu, əsas vəsaitləri, ehtiyac
duyulan təmir və bərpa işləri haqqında informasiyalar və
s. nəzərdə tutulur. Bu mərhələdə müəssisənin maliyyə im-
kanları, onun aktivləri və passivləri əks etdirilir.
Üçüncü bölmə təşkilati strukturun müəyyən olunma-
sını və biznes-planın həyata keçirilməsi üçün vəzifə böl-
güsünü özündə əks etdirir. Bu bölmədə biznes-planın han-
sı tərəflərinin və müddəalarının təşkilati strukturun hansı
bölmələri tərəfindən yerinə yetiriləcəyi qeyd edilir.
Dördüncü bölmə bazarın öyrənilməsini, bazarda
məhsula olan tələbatın müəyyən edilməsini əks etdirir. Bu
plan “hansı məhsuldan nə qədər və hansı keyfiyyətdə is-
tehsal olunarsa və bazara hansı qiymətlə çıxarılarsa onu
satmaq olar” sualına cavab verir. Həmçinin marketinq
plan müəssisənin rəqabət qabiliyyətinin artırılması üçün
böyük əhəmiyyət kəsb edir.
Beşinci bölmə istehsalla bağlı olub, marketinq plana
54
istinad edərək məhsulun kəmiyyətini, növünü, çeşidini,
keyfiyyətini, dəyərini planlaşdırır. Yəni bu bölmədə mar-
ketinq planında irəli sürülmüş müddəalara əsasən, məhsu-
lun kəmiyyət və keyfiyyət göstəriciləri üzrə istehsal plan-
laşdırılır.
Altıncı bölmə istehsalın əsas vəsaitlərlə, xammal və
materiallarla, yanacaq və enerji ilə təchiz edilməsini
müəyyənləşdirir.
Satış planı satılacaq məhsulun həcmini, çeşidini, qiy-
mətini müəyyən edir. Bu plan satışdan əldə olunacaq gə-
lirin müəyyən olunmasında əhəmiyyətli rol oynayır. Satış
planları, həmçinin məhsulun satış bazarlarının müəyyən
olunmasını, satışın həvəsləndirilməsi tədbirlərini özündə
əks etdirir. Bəzən satış və marketinq planları bir plan
bölməsində birləşdirilir.
Maliyyə planı yuxarıda sadalanan bütün proseslərin
maliyyələşməsini və əldə ediləcək gəlirin həcmini özündə
əks etdirir. Maliyyə planı iki hissədən ibarətdir. Gəlirlər və
xərclər. Onların müqayisəsi nəticəsində mənfəət aşkar edilir.
Yeddinci bölmə isə mənfəətə həsr olunur. Bu bölmə
maliyyə planı ilə birgə verilə bilər. Bu bölmədə mənfəətin
bölüşdürülməsi və ondan hansı məqsədlər üçün istifadə
olunması nəzərdə tutulur. Mənfəətin bölüşdürülməsi və
istifadəsi müəssisənin gələcək strategiyasının formalaşma-
sının əsasını təşkil edə bilər.
Nəhayət, biznes-plana sərf olunmuş kapitalın nə vaxt
geri qaytarılacağı və onun iqtisadi səmərəlilik göstəriciləri
müəyyən olunur. Bu bölmədə təhlillər və müqayisələr
aparılır, müəssisənin fəaliyyətinə iqtisadi qiymət verilir.
Proqnozlaşdırma (qabaqcadan demə). Proqnozlaş-
dırma planlaşdırmanın əsas funksiyalarından biridir. Proq-
55
nozlaşdırma yunanca “proqhasis” sözündən götürülüb
“gələcəyin biliyi” deməkdir. Hələ 2000 il bundan əvvəl
qədim yunan alimi Hippokrat “proqnozlaşdırma” adlı əsə-
rini yazmış və proqnozlasdırmaya dair elmi təsəvvürlərin
əsasını qoymuşdur.
Proqnozlaşdırma anlayışı “öncə görmə” mənasında
başa düşülür, hər hansı hadisə və obyektin gələcəkdəki və-
ziyyəti barədə elmi cəhətdən əsaslandırılmış mülahizələr
irəli sürməyə imkan verir. Proqnozlaşdırmanın aşağıdakı
üsulları mövcuddur:
Ekstrapolyasiya üsulu. Ekstrapolyasiya üsulu ən
sadə üsul olmaqla, başa çatmış dövrün məlumatları əsasın-
da gələcəyin dinamika sırasında proqnozlaşdırılmasıdır.
Məsələn keçən il müəssisənin mənfəəti 100 min manat
olmuşdur. Növbəti il üçün hər rüb üzrə 25 min manat
olmaqla, mənfəətin illik məbləği 100 min manat proqnoz-
laşdırılır. Bu proqnozlaşmanın ən sadə üsuludur. Burada
rüblər, aylar, illər üzrə dinamik sıralama aparıla bilər.
Analogiya üsulu. Analogiya oxşar hadisələrlə bağlı
proqnozların verilməsi üsuludur. Məsələn bazar qanun-
larından bəlli olduğu kimi hər hansı bir məhsul növü üzrə
bazarda tələb artdıqda, təklif azaldıqda həmin məhsulun
qiyməti artır. Bu hadisə bütün sahələrdə qiymətin artması
barədə proqnoz verməyə əsas verir. Deməli, analoji olaraq
tələb artdıqda və təklif azaldıqda qiymətlərin qalxmasına
dair proqnoz vermək olar.
Normativ üsul. Normativ üsul proqnozlaşdırmada
tənzimləyici üsuldur. Çünki bəzi parametrlərin, amillərin
müəyyən olunmasında norma və normativ göstəricilərin
rolu vardır. Məsələn qiymət qoymada material normala-
rının, amortizasiya ayırmalarının, vergi dərəcələrinin təsiri
56
böyükdür. Deməli, qiymətin proqnozlaşdırılması zamanı
həmin normaların nəzərə alınması normativ üsulun tətbiqi
ilə əlaqədardır.
Dostları ilə paylaş: |