3. Müstəqİl hazırlaşmış şəxslərdən İmtahanların qəbulu
3.1. Müstəqil hazırlaşmış şəxs imtahanlara buraxılması üçün aşağıdakı sənədləri təqdim etməlidir:
onun DYP İdarəsində qeydiyyata götürülməsi barədə ərizə;
müvafiq kateqoriyalı nəqliyyat vasitəsinin idarə edilməsinə yararlığı barədə tibbi arayış;
orta ixtisas və ali təhsili haqqında sənəd;
imtahan və sürücülük vəsiqəsi verilməsi üçün rüsumun və haqqın ödənilməsi barədə qəbzləri;13
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi.
3.2. İmtahanlara müstəqil hazırlaşmış sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkətinin qaydaları üzrə əvvəlcə nəzəri, sonra isə nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməlidir.
3.3. Nəzəri imtahanı verməmiş şəxslər təcrübi imtahana buraxılmırlar.
3.4. Sürücülük vəsiqəsi yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə, qeydiyyat imtahan məntəqələri tərəfindən bir gün ərzində verilir.
4. Yekun müddəalar
4.1. Müstəqil hazırlaşmış şəxslərdən yalnız bir dəfə nəzəri və ya təcrübi imtahan qəbul edilir.
4.2. İmtahanların birindən qeyri-məqbul qiymət alan şəxs tədris müəssisələrində müəyyən olunmuş qaydada hazırlıq kursları keçdikdən sonra bir daha imtahanlara buraxılırlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR.
Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında
Əsasnamə
I. Ümumİ müddəalar
1.1. Bu Əsasnamə nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən nəzəri və təcrübi imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi, onların uçotunun aparılması üzrə vahid qaydaları müəyyən edir.
1.2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu* ilə müəyyən olunmuş yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.
1.3. "Nəqliyyat vasitələrinin tipindən, təyinatından və idarəetmə xüsusiyyətlərindən asılı olaraq, sürücülük vəsiqələrində aşağıdakı kateqoriyalar göstərilir:
1) "Al" - mühərrikinin işçi həcmi 125 kubsm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün;
2) "A" - bütün növ motosikletləri idarə etmək üçün;
3) "B" - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün:
"A" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri;
qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "B" kateqoriyasından olan avtomobilləri;
qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan "B" kateqoriyasından olan avtomobilləri;
4) "C" - "D" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
5) "D" - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
6) "BE" - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox olan "B" kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan "B" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
7) "CE" - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "C" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
8) "DE" - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "D" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
9) "Tramvay" - tramvayları idarə etmək üçün;
10) "Trolleybus" - trolleybusları idarə etmək üçün; 14
1.4. “B”, “C” və ya “D” kateqoriyalarına aid nəqliyyat vasitələrinin sürücülərinə, bu dərəcəyə aid olan nəqliyyat vasitələrini, eləcə də tam kütləsi 3500 kq-dan artıq olmayan qoşqularla birlikdə idarə etməyə icazə verilir. Tam kütləsi 3500 kq-dan artıq qoşqusu olan “B”, “C” və ya “D” kateqoriyasına aid nəqliyyat vasitələrini və qoşqulu avtobusları idarə etmək üçün sürücünün sürücülük vəsiqəsində “E” kateqoriyasına icazə verilən qeydiyyat olmalıdır. 15
1.5. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:
1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;
2) asma mühərrikli velosipedi, mopedi və "Al" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;
3) "A", "B" və "C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 18 yaşdan;
4) "BE" - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan;
5) tramvayları, trolleybusları, "CE" və "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan;
6) "DE" - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 24 yaşdan.16
1.6. Sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməlidir.
Əvvəlcə nəzəri, sonra isə təcrübi imtahanlar aparılır. Nəzəri imtahanı verməmiş şəxslər, təcrübi imtahana buraxılmırlar. Nəzəri və təcrübi imtahanların qəbulu bu Əsasnaməyə 3 və 4 nömrəli əlavələrə uyğun aparılır.
1.7. Bu Əsasnamədə nəzərdə tutulmuş dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilə bilər.17
Qeyd: Peşə tədris müəssisələrini bitirmiş şagirdlər, eləcə də “A”, “C” və “BC” kateqoriyalı nəqliyyat vasitələri sürücülərini hazırlamaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən cəlb olunmuş çağırışçılar, kursları bitirdikdən və müvafiq şəhadətnamələr aldıqdan sonra qeydiyyat-imtahan məntəqələrində imtahanlara buraxılırlar. İmtahanları müvəffəqiyyətlə verən 18 yaşı çatmamış şəxslərə sürücülük vəsiqəsi verilir və “xüsusi qeydlər” qrafasında “18 yaşı tamam olduqdan sonra avtomobilləri idarə edə bilər” qeydi aparılır.18
Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidməti müddətli hərbi xidmət aparan hərbçiləri "CE", "D" və "DE" kateqoriyalı sürücülük vəsiqəsi almaq üçün müstəsna olaraq, 10 ay sürücülük təcrübəsi olduqda və 19 yaşa çatdıqda imtahanlara buraxılırlar. 19
2. DYP-də İmtahanlara və nəqlİyyat vasİtələrİnİn İdarə edİlməsİnə buraxılma qaydaları
2.1. İmtahanların qəbulu və "Al", "A", "B", "C", "D", "BE", "CE" və "DE" kateqoriyalarına aid nəqliyyat vasitələrinin, tramvay və trolleybusun idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi Dövlət Yol Polisinin qeydiyyat-imtahan məntəqəsi* tərəfindən aparılır. 20
Traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi Kənd Təsərrüfatı Nazirliyinin Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi ilə razılaşdırılmış təlimatı əsasında həyata keçirilir.
2.2. “C”, “D”, “BE”, “CE” və “DE” kateqoriyalarına aid nəqliyyat vasitələrindən birinin, “tramvay” və “trolleybusun” idarə edilməsi məqsədi ilə sürücülük vəsiqəsi almaq üçün fiziki şəxslər, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi* ilə razılaşdırılmış vahid tədris planları və proqramları əsasında tədris müəssisələrində hazırlıq kursları keçməlidirlər.21
2.3. Avtonəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri Dövlət Yol Polisi İdarəsi Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçota alır. 22
2.4. Tədris təşkilatlarında məşğələlərin başlanmasından keçən 15 gün ərzində, hər bir tədris qrupu qeydiyyata alınmalıdır. Qeydiyyat—imtahan məntəqəsinə daxil olan hər bir tədris qrupunun siyahısı qeydiyyata alındıqdan sonra 7 gün müddətində DYPİ-nə göndərilməlidir.
2.5. Bu kurslara qəbul üçün namizədlər müəyyən edilmiş qaydada tibbi müayinədən keçməlidirlər.
2.6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, yaxud nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan, yaxud son iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər, avtobusları, tramvayları və trolleybusları idarə etməyə və həmin kateqoriyalar üzrə imtahanlara buraxılmırlar.23
2.7. Sürücülük vəsiqələrinin alınması üçün imtahan, yalnız QİM tərəfindən, onların xidmət apardıqları ərazilərdə yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatda olan şəxslərdən qəbul olunur. Digər hallarda şəxslərin imtahanlara buraxılması məsələsi DYPİ-si rəhbərliyi tərəfindən müstəsna hal kimi həll oluna bilər. 24
Qeyd: Ekstremal hallarda (təbii fəlakət, yanğın, ərazinin işğalı) müvəqqəti məskunlaşdığı ərazilər üzrə Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, DİN-nin və Dövlət Sərhəd Xidmətinin müddətli xidmət aparan hərbçiləri isə sürücülük vəsiqələri almaq üçün hərbi hissələrin yerləşdikləri ərazi üzrə yerləşən QİM-də imtahana buraxılırlar.25
2.8. "Al", "A", "B", "C", "D", "BE", "CE" və "DE" kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqələri, QİM-də nəzəri və təcrübi, tramvay və trolleybusların idarə edilməsi üçün isə nəzəri imtahanları (təcrübi imtahanlar tramvay və trolleybus parklarında götürülür) müvəffəqiyyətlə verən şəxslərə verilir.
2.9. Tədris plan və proqramlarında avtomobil ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta xüsusi tədris müəssisələrini bitirmiş şəxslərə, "Al ," “A”, “B”, “C” kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün, istənilən kateqoriya üzrə nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra sürücülük vəsiqələri verilir.
Avtomobil ixtisası üzrə fənnin tədrisi haqqında təsdiqedici sənəd kimi:
orta xüsusi təhsili olanlar üçün diplom və imtahan cədvəlindən çıxarış;
ali təhsili olanlar üçün diplom və ona əlavə qəbul edilir. 26
2.10. İmtahanlara müstəqil hazırlaşmış şəxslər yalnız "Al ," “A” və ya “B” kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsi almaq məqsədi ilə imtahanlara buraxılırlar. Yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşmış şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə bu Əsasnamənin 3.9-1-ci bəndində nəzərdə tutulmuş qaydada müraciət etdikdən sonra 3 (üç) gün müddətində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.27
2.11. BE" kateqoriyası "B" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə edilməsinə ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslər, "CE" və ya "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə edilməsinə müvafiq olaraq "C" və ya "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il idarəetmə təcrübəsinə malik olan şəxslər müvafiq hazırlıq kurslarını bitirdikdən sonra və QİM-də nəzəri və təcrübi imtahanlar verdikdən sonra buraxılırlar.28
“D” kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə, “B” və ya “BE”, “C” və ya “CE” kateqoriyalarına aid nəqliyyat vasitələrini idarə etmə hüququ olan (2.6 bəndinin tələblərində nəzərdə tutulan şərtlər daxilində) və müəyyən olunmuş proqram əsasında yenidən hazırlıq kurslarını keçərək, nəzəri və təcrübi imtahanlar vermiş sürücülər buraxılırlar. 29
“B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə hüququ olan sürücülər, tədris müəssisəsində müəyyən edilmiş proqramla yenidən hazırlıq keçdikdən, nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra “CD” və ya “BE” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malik olurlar.
“C” ya da “D” kateqoriyalarına aid nəqliyyat vasitələrini idarə etmə hüququ olan sürücülər "B" və ya "A" kateqoriyalı nəqliyyat vasitələrini idarə etmə hüququ almaq üçün əlavə olaraq kurs keçmədən nəzəri və təcrübi imtahanlara buraxılırlar. 30
“D” və “DE” kateqoriyaları üzrə təcrübi imtahan, tədris müəssisələri tərəfindən ayrılmış avtobuslar və qoşqulu nəqliyyat vasitələrində qəbul edilir. 31
2.12. Nəzəri və təcrübi imtahan qəbul edilən şəxsin sağlamlığı aşkar əlamətlərlə şübhə doğurursa, imtahanları qəbul edən DYP vəzifəli şəxsi tərəfindən o təkrar tibbi müayinəyə göndərilir.
2.13. Nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır:
nəqliyyat vasitəsini idarəetmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;
nəqliyyat vasitəsini idarəetmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün32
Dostları ilə paylaş: |