R. M. Belbin tərəfindən təklif edilmişdir. Öz işini səmərəli qurmaq istəyən hər bir layihə komandasında, onun say tərkibindən asılı olmayan aşağıdakı 8 rollar yerinə yetirilməlidir



Yüklə 53 Kb.
səhifə1/2
tarix11.05.2022
ölçüsü53 Kb.
#57562
  1   2



Mövzu 10. Layihələrdə heyətin və kommunikasiyaların idarə edilməsi
10.1 Heyətin idarə edilməsi

10.2 Kommunikasiyaların idarə edilməsi


10.1 Heyətin idarə edilməsi
Layihə heyətinin idarə edilməsi dedikdə-heyətin planlaşdırılması və seçilməsi, layihə komandasının yaradılması başa düşülür.

Təşkilati planlaşdırma müəssisə strukturunda layihə komandasının fəaliyyət statusunun təyin edilməsini nəzərdə tutur. Müəssisədə ya xətti funksional struktur idarəetməyə malik müvəqqəti yaradıcı kollektiv yaxud “layihə matrisi” yaxud da müvəqqəti struktur bölməsinin yaradılması mümkündür. Təşkilati strukturun planlaşdırılmasında layihə komandasının və heyətin seçilməsi zamanı aşağıdakılar zəruridir:



  • hər bir iştirakçının komandada öz yerini dərk etməsi;

  • ümumi dəyər və davranış normalarının qəbul edilməsi;

  • işçi təcrübəsi qaydalarının saxlanılması;

  • hakimiyyət statusunun qəbul edilməsi;

  • qeyri-formal münasibət qaydalarının ifadə edilməsi;

  • yaranmış vərdiş və ənənələrin saxlanılması;

  • əmək və işgüzar etika.

Səmərəli layihə komandasının aşağıdakı əlamətlərini qeyd edək:

  1. Qeyri-formal şərait.

  2. Məqsəd yaxşı anlanılıb və yerinə yetirilmək üşün qəbul olunub.

  3. Komanda üzvləri bir-birini yaxşı eşidir.

  4. Komanda üzvləri ideyalarını öz hissləri kimi ifadə edirlər.

  5. Münaqişə və fikir ayrılıqları mövcuddur, lakin bu şəxsiyyətlər ətrafında deyil, bunlar ideya metodları ətrafında cəmlənir.

  6. Qəbul edilən qərar çoxluğun səsi əsasında deyil, razılığın əldə edilməsinə əsaslanır.

Layihə komandasının heyəti arasında rolların paylaşmasına klassik yanaşma R.M.Belbin tərəfindən təklif edilmişdir. Öz işini səmərəli qurmaq istəyən hər bir layihə komandasında, onun say tərkibindən asılı olmayan aşağıdakı 8 rollar yerinə yetirilməlidir.

“Sədr”-komandanın irəli, ümumi məqsədlərə aparan yolunu seçərək, onun resurslarnın ən yaxşı istifadəsini təmin edir; komandanın ən güclü və zəif tərəflərini tapmağı bacarır və komanda heyətinin hər bir üzvünün potensialının ən səmərəli tətbiqini təmin edir. Bir qayda olaraq belə insan layihənin rəhbəridir.

“Tərtibatçı”-komandanın hərəkətlərinə tamlıq forması verir; qrup müzakirələrinə və birgə fəaliyyət nəticələrinə müəyyən çərçivə verməyə cəhd göstəririr. Belə insan rəsmi olaraq “memar” və ya “aparıcı layihələndirici” vəzifəsini tuta bilər, əsası isə budur ki, bu rol “xəyalidir”.

“İdeyalar generatoru”-qrupun üzləşdiyi əsas problemlərə xüsusi diqqət yetirərək, yeni ideya və strategiyalar irəli sürür.

“Tənqidçi”-proqmatik nöqteyi nəzərdən problemləri təhlil edir, ideya və təklifləri elə qiymətləndirir ki, komanda tarazlaşdırılmış qərar qəbul edə bilsin. Çox hallarda belə insan skeptik şəkkak kimi hərəkət edir və “tərtibatçı” ilə “ideyalar generatorunun” nikbin təkliflərini tarazlaşdırır. “Tənqidçi” yaxşı bilir ki, yeni texnologiyalar heç də həmişə işləmir, tədarükçülərin yeni vəsaitlər imkanları haqda söz vermələri hərdən baş tutmur və hər şey düşünülən kimi getməyə də bilər.

“İş arısı”-plan və təklifləri praktiki iş prosedurlarına çevirir, qəbul olunmuş öhdəlikləri müntəzəm və səmərəli olaraq yerinə yetirir. Həqiqətdir ki, hər hansı bir ümidsiz layihənin ən azı 1 cüt belə “iş arısına” ehtiyacı var, ancaq özü-özlüyündə onlar layihəyə müvəffəqiyyət gətirmək iqtidarında deyillər, çünki geniş görüş dairəsinə malik deyillər.

“Komandanın dayağı”-layihənin iştirakçılarını ruhlandırır, çətin situasiyalarda onlara köməklik göstərir, aralarında olan əlaqəli münasibətləri yaxşılaşdırır və bütövlükdə komandanın inamının artırılmasına səbəb olur. Bir sözlə belə insan komandada diplomat rolunu oynayır.

“Əldə edən”-layihə qrupu xaricində olan yeni ideyaları, işləmə və resursları tapıb məlumat verir, komanda üçün yararlı olan xarici kontaktları qurur və bütün gələcək danışiqları aprır. Komandanın “əldə edəni” öz təşkilatında zəruri resursları xahiş və ya borc yolu ilə almağa köməklik göstərən çoxlu dost və əlaqələrə malik olan insandır. Ən əsası odur ki, “əldə edən” öz fəaliyyətinin vurğunudur.

“Tamamlayan”-komandanın məqsədə çatma səylərində inadkarlıq göstərməsinə köməklik edir, yüksək diqqət tələb edən işi fəallıqla axtarıb tapmağa çalışır və mümkün qədər komandanı fəaliyyətlə və fəaliyyətsizliklə bağlı səhvlərdən xilas edir. Komanda üzvlərinin zaman-zaman yadına salmaq lazımdır ki, onlar özlərinə ömürlük karyera qurmurlar, sadəcə çox sərt müddətli və aralıq nəzarət nöqtələri olan layihədə iştirak edirlər və bunlara vaxtında nail olmaq lazımdır ki, layihə heçə çıxmasın. Komanda işinin səmərəliliyini təmin etmək üçün layihənin meneceri iştirakçıların bütün kateqoriyalarını aşkar etməlidir ki, komandanın hər bir üzvü üçün dəqiq iş seçilsin və onların iş şəraitləri maksimum dərəcədə rahat olsun. Bunlara nail olandan sonra menecer komandanın daha səmərəli işinə ümüd bəsləyə bilər. Eyni zamanda o özü hər bir qrupun işinin keyfiyyətinə nəzarət etməyi bacarmalıdır, hər bir əməkdaşın motivləşdirilməsini başa düşməlidir və layihə komandasının perspektiv inkişafını görməyi bacarmalıdır.

Bundan əlavə, menecer komandanın bütün üzvlərinin davranışını dəyişə bilən stress vəziyyətlərini qabaqcadan görməlidir. Belə vəziyyətlərdə mütəfəkkirlər özlərini itirə bilər, rəhbərlər isə əksinə, əla nəticələr göstərə bilər. Layihə menecerinin cəhdləri əməkdaşların fəaliyyətindən maksimal dərəcədə fayda almağa istiqamətlənməlidir. Bu zaman hər hansı bir təzyiqdən qaçmaq lazımdır ki, komanda iştirakçılarının güclü tərəfləri maksimal olaraq açılsın və komandanın zəifliyinə çevrilməsin. Eləcə də komandanın ruhi və səmərəli kommunikasiya vərdişlərini inkişaf etdirmək lazılmdır.

10.2 Kommunikasiyaların idarə edilməsi
Kommunikasiyaların idarə edilməsi layihə iştirakçıları arasında qarşılıqlı təsir sisteminin müdafiə edilməsini, layihənin məqsədlərinin əldə edilməsinə yönəlmiş i/e və hesabat informasiyalarının verilməsini təmin edir. İnformasiya rabitələrinin idarə ediməsi funksiyasına aşağıdakı prosesləri daxildir:


  • kommunikasiyalar sisteminin planlaşdırılması-layihə iştirakçılarının informasiya təlabatlarının təyin edilməsi (informasiyanın tərkibi, onun çatdırılması müddəti və üsulları);

  • informasiyanın toplanılması və bölgüsü, zəruri informasiyanın müntəzəm toplanması və layihə iştirakçılarına vaxtında çatdırılması prosesləri;

  • tərəqqinin qiymətləndirilməsi və təsviri, layihə işinin praktiki nəticə vəziyyətinin işlənilməsi, plan tapşırıqları ilə müqayisə, meyllərin təhlili, proqnozlaşdırma;

  • işlərin gedişinin sənədləşdirilməsi-layihə üzrə formal sənədlərin yığılması, işlənilməsi və ya saxlanılmasının təşkili.


Yüklə 53 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin